XIX əsrin 40-cı illərində Marks və Engelsin əsərlərində
siyasi iqtisad məsələləri:
F.Engels
"
Siyasi iqtisadın tənqidinə dair qeydlər
"
əsə-
rində proletariatın mövqeyindən çıxış edərək kapitalist istehsal
münasibətlərini - istehsal qüvvələri üzərində xüsusi mülkiyyəti
kapitalist rəqabətini pisləmiş, kortəbii bazar münasibətlərinin
dağıdıcı anarxiyalı xarakterini göstərmişdir. O, qeyd edirdi ki,
rəqabət sahibkarları inhisara doğru aparır, kapitalist cəmiy-
yətində ticarət mühüm rola malikdir, tələb və təklifin təsiri
161
altında bazar qiymətlərinin tərəddüd etməsi dəyər qanununun
pozulmasına gətirib çıxarır.
İzafi dəyər nəzəriyyəsinin tənqidinin əsası:
Əgər Marks əlyazmalarında Rikardonun əmtəə-dəyər
nəzəriyyəsinin mühüm əhəmiyyətini görmürdüsə, bu kitabda
onu qəbul edərək dəyər nəzəriyyəsinin bir çox tərəflərində
Rikardo ilə həmrəy olurdu. O, şeylərin dəyərini ictimai zəruri
əmək məsrəfləri ilə müəyyən edirdi (fərdi əməklə deyil).
Marks izafi dəyər nəzəriyyəsinin bir sıra ilkin təhlilini
verir, Rikardo kimi o da fəhlənin iş qüvvəsini deyil, əməyinin
kapitalistə satdığını iddia edirdi. Əməkhaqqına dəyərin çev-
rilmiş forması kimi deyil, əməyin qiyməti kimi baxırdı. Əmək-
haqqının miqdarını Rikardo kimi minimum yaşayış vasitə-
lərində görür, əməyə kapitalist istehsalının spesifik mərhələ-
sində əmtəə kimi baxırdı.
O da Rikardo kimi mütləq və diferensial rentanı görmür-
dü. Ancaq Rikardonun renta nəzəriyyəsinin əksinə olaraq məh-
suldarlığın azaldılması qanununun əksinə çıxmış torpaqların
milliləşdirilməsini mütərəqqi tədbir kimi qiymətləndirmişdi.
Marks "Fəlsəfə yoxsulluğu" əsərində F.Engelsin qeydlə-
rində göstərdiyi inhisar və rəqabət haqqında fikirlərini inkişaf
etdirmiş, ziddiyyətli xarakterini göstərmiş, bunların bir-birini
doğurduğunu, şərtləndirdiyini qeyd etmişdir.
"Muzdlu əmək və kapital" (1849 ) əsərində əsas diqqət
əməkhaqqının və kapitalın mahiyyəti, kapital yığımının fəhlə
sinfinə təsiri, əmtəənin qiymətini müəyyən edən amillər, dəyər
qanununun mexanizminin açılması verilmişdir.
Marks fəhlənin kapitalistə öz əməyini satır fikrini, o vaxt
əməklə iş qüvvəsi arasındakı fərqi görməmiş, daha sonra isə
əməyin satılması əvəzində iş qüvvəsinin satılması anlayışından
istifadə etmişdir. Əməkhaqqı fəhlələrin istehsal etdiyi əmtəə-
lərdən payı deyildir. Fəhlələrin həyat fəaliyyəti əmtəə istehsalı
prosesi başlamamışdan qabaq kapitalistə satılır. Fəhlə əmtəə
istehsalı prosesində özünün yaşaması xərclərindən çox dəyər
162
yaradır. Əməkhaqqının miqdarı dəyərdən, tələb və təklifdən
asılıdır. Rəqabət şəraitində bazar qiymətlərinin yaranması,
əmək məsrəflərini (əmtəə dəyərinin miqdarını müəyyən edən)
istehsal xərcləri adlanır. İş qüvvəsinin istehsal xərclərini fəhlə-
nin və onun ailəsinin yaşaması kimi göstərir, əməkhaqqı
minimum yaşayış vasitələrilə müəyyən edilirdi.
Kapitala şeylər kimi baxan nəzəriyyənin əksinə olaraq
Marks göstərir ki, yığılmış əmək müəyyən şəraitdə kapitala
çevrilir. Kapital burjua cəmiyyətinə xas olan istehsal münasibə-
tidir. Kapital muzdlu əməyi-muzdlu əmək isə kapitalı tələb
edir.
"Siyasi iqtisadın tənqidi", 1857-1858-ci illərdə - qeydlər,
əlyazmalar - "Kapital"ın I cildinin əsas problemlərini əhatə
edir.
Burada izafi dəyərin nəzəri problemləri, onun mahiyyəti,
izafi dəyərin norma və kütləsi, kapitalın sabit və dəyişən
kapitala bölünməsi, kapitalın üzvi quruluşu, kapitalın inkişafı-
nın iqtisadi və sosial ziddiyyətləri öz əksini tapır. Bu əsər nəşr
olunmaq üçün nəzərdə tutulmamışdı, bəzi mürəkkəb məsələləri
aydınlaşdırmaq məqsədi güdürdü.
1857-1858-ci illərdə Karl Marks "Siyasi iqtisadın tən-
qidinə dair" "Kapital"a hazırlıq qeydlərindən istifadə edərək
nəşr olunmaq üçün iqtisadi əsərlər yazmaq qərarına gəlir.
Burada istehsal münasibətlərinin məhsuldar qüvvələrin
səviyyəsi ilə müəyyən olunması, onların arasındakı ziddiy-
yətlərin, vəhdətliliyin, zəruriliyinin ilk dəfə dəqiq xarakteristi-
kasını verir. İqtisadi bazis, üstqurum, ictimai-iqtisadi formasiya
anlayışlarını izah edir.
I fəsildə - “Əmtəə” - əmək dəyər nəzəriyyəsinin izahı,
klassik siyasi iqtisadının müsbət və mənfi cəhətləri, mübadilə
dəyəri ilə istehlak dəyəri arasındakı ziddiyyət Smit və Rikardo-
nun əksinə olaraq əməyin ikili xarakteri məsələləri izah olunur.
II fəsildə pul, tədavül, pul tədavülünə pozitiv yanaşma və
pul haqqında müxtəlif nəzəriyyələrin tənqidi "Kapital"a
163
nisbətən daha geniş öyrənilir. Pulun meydana gəlməsi və funk-
siyaları araşdırılır.
İctimai istehsalın ayrı-ayrı momentlərini izah edərək
göstərir ki, başlıca yeri bölgü deyil, istehsal tutur. Siyasi
iqtisadın elmi abstraksiyasının, abstrakdan konkretə, tarixi və
məntiqi metodlarının şərhini verir.1861-ci ildə "Kapitala ikinci
hazırlıq", 1864-1865-ci illərdə üçüncü hazırlıq gedir.
"Kapital"ın I cildi 1867-ci ildə çapdan çıxır və kapitalist
iqtisadiyyatının hərtərəfli təhlili verilir – 7 bölmə 25 fəsildən
ibarətdir. Öz məzmununa görə I fəsil "Siyasi iqtisadın tənqi-
dinə dair" əsərinin davamıdır. Burada dəyər və mübadilə
dəyərinin, daha dəqiq dəyər formasının təhlili verilir, pulun
meydana gəlməsi, əmtəə fetişizmi izah olunur.
II bölmə "Pulun kapitala çevrilməsi"nə – iş qüvvəsinin is-
tismarına, izafi dəyərin mahiyyətinə, iş qüvvəsinin əmtəə olma-
sına, iş qüvvəsinin xüsusiyyətlərinə həsr olunur.
Sonrakı üç bölmədə izafi dəyər istehsalı təhlil edilir: sa-
bit və dəyişən kapitalın, izafi dəyərin artmasının iki üsulunun
şərhi verilir.
II bölmədə əməkhaqqının mahiyyəti, onun formaları,
əməkhaqqına dəyərin və iş qüvvəsinin qiymətinin çevrilmiş
formaları kimi baxılır.
Daha sonra kapitalist yığımı prosesinin dəqiq təhlilini və
onun fəhlə sinfinə təsirini aydınlaşdırmışdır. Axırıncı bölmə
“Muzdlu əmək və kapital” əsəri ilə bağlıdır. Burada izafi dəyə-
rin kapitala çevrilməsi, kapital yığımının həcmi və ona təsir
göstərən amillər, nisbi əhali artıqlığının əsas səbəbləri, kapita-
lın üzvi quruluşu, kapital yığımının ümumi qanunu şərh olunur.
Beləliklə, I cildin əsas diqqət mərkəzində-izafi dəyər
nəzəriyyəsinin şərhi durur.
"Kapital"ın II cildində kapitalın tədavülü prosesi izah
olunur. Tədavül prosesini tədqiq edərkən ona istehsalla vəh-
dətdə baxılır. Üç bölmədən ibarətdir. I bölmədə kapitalın
metamorfozları və onun dövranı, II bölmədə kapitalın döv-
164
riyyəsi, III bölmədə ictimai kapitalın təkrar istehsalı tədqiq
olunur. I və II bölmələrdə kapitalın dövranı və dövriyyəsi,
kapitalın dövranının üç mərhələsi, kapitalın əsas və dövriyyə
kapitalı, iş vaxtı məsələləri izah olunur. III bölmədə A.Smitin,
fiziokratların təkrar istehsala aid fikirlərini inkişaf etdirərək,
F.Kenenin iqtisadi cədvəlində tənqidi cəhətləri ümumiləş-
dirərək sadə və geniş təkrar istehsal, ictimai istehsalın reallaş-
masının zəruri şərtləri və s. məsələlər öz əksini tapır.
"Kapital"ın III cildində kapitalist istehsal prosesi bütöv-
lükdə tədqiq olunmuş və yeddi bölmədən ibarətdir. İzafi dəyə-
rin mənfəətə, mənfəətin orta mənfəətə və dəyərin istehsal qiy-
mətinə çevrilməsi tədqiq olunmuşdur. Orta mənfəət və istehsal
qiyməti haqqında təlimdə qeyd olunur ki, dəyərin istehsal qiy-
mətinə çevrilməsi dəyər qanunun prinsiplərinin pozulması
deyil, onun təzahürünün mürəkkəb formasıdır.
IV bölmədə ticarət kapitalının və ticarət mənfəətinin
geniş təhlili verilmişdir.
V bölmədə borc kapitalı və borc faizi izah olunmuş, tor-
paq rentası Rikardodan fərqli olaraq diferensial renta, mütləq
rentanın əmələ gəlməsi məsələsi təhlil edilmişdir.
K.Marks "Kapital"da kapitalist iqtisadiyyatının çox çalar-
lığını, kapitalların rəqabəti, kredit, səhm kapitalı, torpaq mül-
kiyyəti, muzdlu əmək, dövlət, xarici ticarət, dünya bazarı və s.
kimi məsələlərdən kənarlaşdırmışdır.
"Kapital"ın IV cildi "İzafi dəyər" nəzəriyyələrinə həsr
olunmuşdur. I hissədə Stüartın, Smitin və Rikardonun iqtisadi
görüşlərinin tənqidi verilmişdir. Burada məhsuldar və qeyri-
məhsuldar əmək, iqtisadi böhranların mahiyyəti, təkrar istehsal,
orta mənfəət və istehsal qiyməti, bazar dəyəri, diferensial və
mütləq renta haqqında fikirləri verilmişdir.
F.Engelsin "Anti-Dürinq" əsəri burjua ideoloqu Dürinqin
nəzəriyyələrinin tənqidinə həsr olunmuşdur. Giriş və üç
fəsildən-fəlsəfə, siyasi iqtisad və sosiologiyadan ibarətdir.
Girişdə özündən əvvəlki fikrin nümayəndələrinin Marksın iki
165
kəşfinin təhlili verilmişdir. I bölmədə - dialektik materializm
və onun ictimai inkişafa tətbiqi-tarixi materializm, II bölmədə
siyasi iqtisadın predmeti və metodu – iqtisadi qanunların
xarakteri şərh edilmiş, siyasi iqtisadın geniş və dar mənada
tərifi verilmişdir. III bölmədə sosializm istehsalının ictmai xa-
rakteri, mənimsəmənin xüsusi forması, proletariatla burjua
arasında ziddiyyətlilik, kapitalist istehsalının tsiklik xarakteri,
inhisarların yaranması, rəqabətin inhisara çevrilməsi və s.
məsələlərin izahı verilmişdir.
K.Marksın başlıca kəşfləri: formasiyaların bir-birini əvəz
etməsinə əsaslanan ictimai-iqtisadi formasiya təliminin yaran-
ması, kapitalizmin inkişaf qanunlarının-ziddiyyətlərinin açıl-
ması, təkrar istehsal və iqtisadi böhran haqqında nəzəriyyənin
işlənib hazırlanması, istehsal, qiymət, əməyin ikili xarakteri,
əmtəənin ziddiyyətləri, izafi dəyər haqqında təlimin yaranması,
dəyərin inkişaf formalarının təhlili, mütləq rentanın mahiy-
yətinin açılması olmuşdur.
Cəmiyyətin tam halda öyrənilməsinə yanaşma Marksa
inkişaf qanunlarını açmağa; ictimai nəzəriyyə qarşısında duran
bir sıra problemləri qaldırmağa və tədqiq etməyə; (o cümlədən
əməyin özgəninkiləşdirilməsi), əmtəə fetişizmi, ideal ilə
maddinin nisbəti, şəxsiyyətin formalaşması və inkişafı, sub-
yektin tarixi və iqtisadi baxımdan spesifikasını (azadlıq, dövlət
problemi) və s. aşkar etməyə imkan vermişdir. Marksın iqtisadi
nəzəriyyəyə töhfəsi xüsusi ilə diqqətəlayiqdir. İlk dəfə olaraq
K.Marks tərəfindən məhsuldar qüvvələrin səviyyəsindən asılı
olan istehsal münasibətləri elm kimi iqtisadi nəzəriyyənin,
siyasi iqtisadın predmeti kimi izah olunmuşdur. Marks ma-
terializmin "şüuru varlıq müəyyən edir" prinsipindən çıxış edə-
rək vurğulayırdı ki, tarixin hərəkətinin əsası istehsalın sosialist
formasıdır və bu hərəkətin spesifikası ictimai istehsal münasi-
bətləri ilə şərtlənir. Odur ki, Marks dəyərin sosial istehsal
forması kimi tədqiq edilməsinə, onun əmək xarakterinə böyük
166
əhəmiyyət verirdi. İzafi dəyər nəzəriyyəsi isə kapitalizm
dövründə istehsal münasibətlərinin xarakterini ən uyğun şəkil-
də əks etdirən bir təlimdir. Bu qanunun kəşfində onun əmək-
dəyər nəzəriyyəsi, əməyin ikili xarakteri haqqında təlimi
müstəsna əhəmiyyət kəsb etmişdir. Marksizm, sadəcə olaraq,
ictimai inkişafın meyillərini tədqiq etməklə kifayətlənməmiş,
həm də inqilabi praktikaya doğru istiqamətlənmişdir.
Dostları ilə paylaş: |