ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


F.Kene və  onun tələbəsi  Markiz de Mirabo



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

F.Kene
və 
onun tələbəsi 
Markiz de Mirabo 
(1715-1789) tərəfindən 
yazılmış "Kənd fəlsəfəsi" (1763) kitabında öz əksini tapmışdır.
Lakin istiqamətin adı Kenenin digər tələbəsi 
Dü Pon de 
Nemur 
(1739-1817) tərəfindən redəktə olunmuş "Fiziokratiya" 
(1768) əsərində verilmişdir. 
Fiziokrat iqtisadi nəzəriyyəsinin liderlərindən biri də 
"Sərvətin yaranması və bölüşdürülməsi haqqında düşüncələr" 
(1776) əsəri ilə A.Smitdə böyük maraq oyadan Jak Türqo idi.
Ann Raber Jak Türqo
1727-ci ildə Parisdə anadan 
olmuşdur. O, mənşəcə dövlət xidməti sahəsində əsrlərlə ənə-
nəsi olan qədim normand zadəgan ailəsindən idi. Türqonun 
bacarıq və qabiliyyəti gənc yaşlarından müəllimlərini və yol-
daşlarını heyran qoyurdu. O, altı dili yaxşı bilir, çoxlu elmlər 
öyrənir, nadir yaddaşa malik idi. Türqo hələ 22 yaşında ikən 
kağız pul haqqında fikir dərinliyinə malik gözəl əsər yazmışdı. 
A.R.Jak Türqo F.Kene kimi gəlirlərin konkret formaları 
olan "əməkhaqqı", "renta" və "faizdən" bəhs etmişdir. Həmçi-


85 
nin, onlar "mənfəəti" də qəbul etmiş və özlərinə məxsus onun 
şərhini vermişlər. Türqo əməkhaqqını yaşayış minimumu ilə, 
mənfəəti faizlə, faizi isə renta ilə izah etməyə çalışmışdır. O, 
faizi rentanın törəmə forması hesab edirdi.
10
A.R.Jak Türqo F.Kenenin əhalinin sinfi quruluşuna dair 
təlimini inkişaf etdirmişdir. Kene təlimində göstərilir ki, 
fiziokratlar sistemində cəmiyyət üç sinifdən: məhsuldar 
sinifdən (əkinçilər), torpaq sahiblərindən və bəhrəsiz (bütün 
yerdə qalanlar) sinifdən ibarətdir. Türqo bu sxemə gözəl bir 
əlavə edir. Sonuncu sinif Türqoda "necə deyərlər, iki dərəcəyə: 
manufakturaçı sahibkarlara, fabrikçi ağalara bölünür; bütün 
bunlar iri kapital sahibləridir. Bu kapitalı onlar öz avanslarının 
hesabına iş verərək mənfəət əldə etmək üçün istifadə edirlər. 
İkinci dərəcə öz əllərindən başqa heç bir şeyləri olmayan sadə 
sənətkarlardan ibarətdir; onlar da sahibkarlara avans olaraq 
yalnız öz gündəlik əməklərini verirlər və onların mənfəəti 
əmək haqqı almaqdan ibarət olur"
11
.
Beş sinifdən ibarət olan bu cəmiyyət modeli cəmiyyəti üç 
sinfə bölən Kene modelinə nisbətən həqiqətə daha yaxındır. 
Türqonun digər bir nailiyyəti isə Kenedə olduğuna nisbətən 
kapitalın daha dərin və səmərəli təhlilindən ibarətdir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin