Sosial infrastrukturu. İqtisadi rayonun sosial infrastrukturuna ümumtəhsil və orta ixtisas məktəbləri, ali məktəblərin filialları, mədəni-maarif və səhiyyə ocaqları, muzey və teatrlar daxildir.
İqlimi. İl ərzindəki günəş parıltısının miqdarı 2200-2400 saatdır.Ən soyuq ayın orta temperaturu baxımından qışın sərtliyi ərazi üçün yumşaq (0;-5° C), çox yumşaq (2.5-0°C) və həddən çox yumşaq (5-2.5° C) şəraitdə keçir.İsti dövrlərdəki (aprel-oktyabr)mümkün buxarlanma 400-1000 mm tərtibindədir.İyun-sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5-25 günvə az, küləyin orta illik sürəti isə 2m/san və az olur.İqlim kontinentallığı zəif, mülayim və orta kotinentallıq intervalında səciyyələnir.İl ərzində şaxtasız dövrün davamiyyəti 150-250 gün və daha çox,havanın temperaturunun 0°C-dən aşağı olan günlərin sayı 20-120 gün ətrafında tərəddüd edir.Dəniz səviyyəsindən 500-700 m yüksəkliklərə qədər sahələrdə subtropik, yuxarılarda isə mülayim, sərin və soyuq iqlim hakimdir.Düşən yağıntıların miqdarına görə Lənkəran-Astara zonasından sonra ikinci yeri tutur.Ərazinin ən quraq yeri Acınohur ətrafı (300-350 mm), ən rütubətli yerlər (1000-1300 mm) orta yüksək dağlıq ərazilərdir.