Nəqliyyat şəbəkəsi. Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun nəqliyyatı regionun nəqliyyat sistemi onun iqtisadiyyatının normal fəaliyyət göstərməsində, daxili və xarici yük, sərnişin daşımalarında mühüm yer tutur. Ərazinin nəqliyyat şəbəkəsi dəmir və avtomobil yolları, qismən hava və boru kəməri xətləri ilə təmsil olunmuşdur. İqtisadi-coğrafi rayon bütövlükdə Yevlax-Balakən dəmir və şosse yollarının üzərində yerləşir. Bu dəmir yolu 1986-cı ildə istifadəyə verilmişdir. İqtisadi-coğrafi rayonda dəmir yolunun uzunluğu olmaqla, ərazidə daşınan yüklərin təqribən 50-100%-i, sərnişinlərin isə 12–15%-i onun payına düşür. Dəmir yolu xətti əsasən 4 inzibati rayon ərazisindən – Şəki, Zaqatala, Qax və Balakəndən keçir. İqtisadi-coğrafi rayon ərazisində formalaşan dəmir yol xəttinin 62 km-i və ya 38%-i Şəki, 38 km-i və ya 24%-i Zaqatala, 40 km-i və ya 24,5%-i Qax, 22 km-i və ya 13,5%-i Balakən rayonlarının payına düşür.
Regionda Bakı-Yevlax-Balakən və ona paralel olan Bakı-İsmayıllı-Qəbələ-Balakən avtomobil yolları mühüm yer tutur. İqtisadi-coğrafi rayonda avtomobil yollarının ümumi uzunluğu 1921 km-dir ki, bunun da 141 km-i və ya 7,3%-i respublika, 1780 km-i və ya 92,7%-i yerli əhəmiyyətli yolların payına düşür. Respublikamız müstəqillik qazandıqdan sonra Yevlax-Balakən şosse yolunun davamı kimi Balakən-Loqodexi xəttinin beynəlxalq əhəmiyyəti artmışdır. İqtisadi-coğrafi rayon bu avtomobil yolu vasitəsilə Cənubi Qafqaz və TRACECA nəqliyyat şəbəkəsinə qoşulur.
İqtisadi-coğrafi rayonun avtomobil yollarının quruluşunda asfalt yollar və ya 11%, qara örtüklü və ya 26%, çınqıl örtüklü və ya 55%, qrunt yollar və ya 8% təşkil edir.20 11-ci ilin göstəricilərinə görə, avtomobil nəqliyyatı ilə 6,1 mln ton yük və 48,3 mln nəfər sərnişin daşınmışdır ki, bu da 2000-ci ilə görə uyğun olaraq 3,6 mln ton və 18,3 mln nəfər artım deməkdir.
Göstərilən dövrdə yük dövriyyəsi 803,6 mln ton/km, sərnişin dövriyyəsi 272,7 mln sərnişin/km olmuşdur. Yuxarıda göstərilən bir sıra iqtisadi göstəricilər iqtisadi-coğrafi rayonun nəqliyyat şəbəkəsinin mənfi və müsbət tərəflərini görməyə imkan verir. İlk növbədə iqtisadi-coğrafi rayonun ərazisini kəsib keçən Yevlax-Balakən və Balakən-Loqodexi şossesinin təmir olunması nəzərə alınmalıdır.
Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafında hava nəqliyyatının mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, keçmiş sovet dövründə Bakıdan mütəmadi olaraq Zaqatala və Şəkiyə sərnişin təyyarələri uçurdu. Eyni zamanda, bölgənin digər inzibati rayonlarında (Balakən, Qax, Qəbələ) sanitar aviasiyanın qəbul edilməsi üçün aeroportlar istifadə olunurdu.
Son illər regionların inkişafına diqqətin artırılması Şəki-Zaqatala rayonunda hava nəqliyyatının bərpa edilməsinə imkan yaratmış və 2007-ci ildə Zaqatalada yeni aeroport istifadəyə verilmişdir. Qəbələdə dünya standartlarına cavab verən aeroport fəaliyyət göstərir. Onlar sərnişin daşımalarının artırılması ilə yanaşı, regiona turistlərin gəliş-gedişini asanlaşdıracaqdır.
Dövlət səviyyəsində regionların davamlı inkişaf proqramı qəbul olunmuş, yerli bələdiyyələrin lokal səviyyədə səlahiyyətlərinin artırılması nəzərə alınmışdır. Regionda hər bir təsərrüfat sahəsinin inkişaf etdirilməsi üçün konkret proqramlar hazırlanmışdır.
Dostları ilə paylaş: |