Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi



Yüklə 244,04 Kb.
səhifə37/66
tarix02.01.2022
ölçüsü244,04 Kb.
#2382
1   ...   33   34   35   36   37   38   39   40   ...   66
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Ədəbiyyatşünas Aydın Məmmədovun 70 illiyi münasibətilə

Respublikamızın iftixarı”

(metodik vəsait)



Şəki-2014
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: İb.xəlilova Rahilə - MKS-nin Metodika və

biblioqrafiya şöbəsinin böyük metodisti.



I bölmə. Həyat və yaradıcılığı

Aydın Mirsaleh oğlu Məmmədov 1944-cü il yanvar ayının 16-da Şəkidə anadan olmuşdur. Orta təhsilinin qızıl medalla başa vurub.1960-cı ildə ADU-nun filologiya fakultəsinə daxil olmuşdur. Oranı fərqlənmə diplomu ilə bitirərək 1965-ci ildə Moskvada aspiranturada təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə orta məktəbdə müəllim kimi başlamışdır.

Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi gerçəkliyə çevirməyi bacaran alim istər “Sovetskaya türkologiya” jurnalının redaktor müavini, istərsə də Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanınması, onların doğmalaşması üçün ölçüyə gəlməz işlər görmüşdür.

Ömrünün təxminən son onilliyini bütövlükdə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında ilk günlərdən dayanmışdır. Onu həmişə tətil edən fəhlələrin, tələbələrin, ziyalıların içərisində, özü də ən narahat, ən ağrılı anlarda görmək mümkün idi. Ayıq siyasətçi və ardıcıl demokrat olan Aydın Məmmədovun hadisələrə öz şəxsi münasibəti və onları öz şəxsi yozum üslubu vardı.

Güclü məntiqə malik, alovlu natiq on minlərlə insanı arxasınca aparmağı bacarırdı. Xalqın sevgisini qazanmış Aydın Məmmədov millət vəkili seçilmişdir. Bu vəzifədə o, milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkatımızı düz yolla aparmaq üçün ciddi işlər görmüşdür.

Respublika Ali Sovetinin Millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri idi.

O,Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuş, Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir.

Bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr etmişdir.

1991-ci il aprel ayının 19-da avtomabil qəzasında faciəli şəkildə həlak olmuşdur. Öz doğma Kiş kəndində dəfn edilmişdir.

Onun ömür yolu Azərbaycan xalqının ömür yoluna qovuşdu. Bu yol isə əbədiyyət yolçularının yoludur. Nə qədər ki, Azərbaycan var, Aydın Məmmədov da yaşıyacaqdır.



Yüklə 244,04 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin