Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
Milli Silahlı Qüvvələr günü münasibətilə
“Ordu dövlətimizin qürur mənbəyidir”
(metodik vəsait)
Şəki-2013
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və
Biblioqrafiya şöbəsinin müdiri.
I.Bölmə. Milli Silahlı Qüvvələr günü.
26 iyun tariximizin əlamətdar səhifərindən biri-Azərbaycan Milli Ordusunun yarandığı gündür. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk milli diviziyanın və Hərbi Nazirliyi yaradılması barədə qərar qəbul etmişdir.
Milli Qurtuluşun yaranması Azərbaycan xalqının milli özünütəsdiq tarixinin ən önəmli mərhələlərindən biri idi. Məhz güclü, nizami ordu 1918-ci il may ayının 28-də elan edilmiş istiqlalın bütün ölkə ərazisində qələbə çalmasını təmin edə bilərdi. Artıq iyun ayının əvvəlində Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti əksəriyyəti ermənilərdən ibarət olan 20minə yaxın döyüşçü ilə cümhuriyyətə qarşı savaşa başlamışdı. Məqsəd milli hökumətin Tiflisdən Gəncəyə köçməsinə mane olmaq idi. Lakin daşnaklar buna nail ola bilmədilər.
İyun ayının 26-da ilk hərbi körpusunun yaradılması barədə qərar qəbul edilmiş, Azərbaycan Milli ordusunun təməli qoyulmuşdu.
1919-cu il Milli Ordu quruculuğunda həlledici mərhələ olmuşdu. Ordunun yaradılması prosesi 1920-ci il yanvar ayında əsasən başa çatdırılmışdı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi.
1920-ci ilin aprel ayında XI Qızıl Ordu Azərbaycan sərhədlərinə yaxınlaşmış və A. Mikoyan başda olmaqla Bakı bolşevikləri rus ordusunu Bakıya çağırmışdı. Milli Ordunun sərhəddəki azsaylı hissələri ruslara müqavimət göstərə bilməmişdi. Aprelin 27-də Bakı buxtasına yan alan XI Ordunun hərbi gəmiləri artıq toplarını parlament binasına tuşlamış, Bakıda milli hökumət süqut etmişdi. Azərbaycan istiqlaliyyətinin süqutu ilə Milli Ordunun mövcudluğuna da son qoyulmuşdu. Bolşevik hökuməti isə artıq 1920-ci il mayın 7-də Azərbaycanda ordu və donamanın yenidən təşkil edilməsi barədə dekret vermişdi. Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i bolşevik tərəfindən güllələnmiş, komandirlərin böyük hissəsi repressiyaya məruz qalmışdı.
İlk dəfə Azərbaycan Respublikasının 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix-9 oktyabr, Azərbaycan Silahlı Qüvvələri günü elan edilmişdir.
Məhz H.Əliyev Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə gerçək ordu quruculuğuna başlanmışdı.
Azərbaycan Respublikasının Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən əlahiddə Azərbaycan Korpusunun yarandığı gün-26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edilmişdir.Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Dostları ilə paylaş: |