Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


II. Bölmə. Respublika Günü münasibətilə keçiriləcək tədbirlər



Yüklə 244,04 Kb.
səhifə44/66
tarix02.01.2022
ölçüsü244,04 Kb.
#2382
1   ...   40   41   42   43   44   45   46   47   ...   66
II. Bölmə. Respublika Günü münasibətilə keçiriləcək tədbirlər.

28 may-Respublika günü münasibəti ilə bir sıra tədbirlərin keçirilməsi vacibdir. Kitabxanada kitab sərgilərinin, oxucu konfranslarının, ədəbi-bədii gecələrin, mühazirə, söhbətlərin keçirilməsi vacibdir. Belə ki, kitabxanalarda hər il 28 may Respublika günü münasibətilə sərgi təşkil olunmalıdır. Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Sərgini aşağıdakı sxem üzrə hazırlamaq olar.

1.Başlıq “Xalqın xilas günü”.

2.Sitat.


3.Kitablar.

4.Şeir parçası.

5.Mövzuya aid məlumat nəşrləri

____1____

________ ___2___ ________

________ 3________

______4_____

_______ ____5____ _______

Sitatlar.Ömrünün çoxunu Azərbaycanın istiqlal ideyasının təbliğinə, Azərbaycan ədəbiyyatının böyük naliyyətlərinin yayılmasına həsr etmiş M.Ə. Rəsulzadənin yaradıcılığı mədəniyyət tariximizdə dəyərli xəzinədir.

Pənah Xəlilov

Professor

“Rəsulzadə, bütün ömrü boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan bir idi. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir”.

Seyid Həsən Tağızadə

Dövlət xadimi

Şeir parçası:

Pozulsun sərhədlər, silinsin xətlər,

Qarışsın bir-birinə şəhərlər, kəndlər.

Çəpərli sərhədlər dağılıb itsin,

İnsanlar qəlbində gül-çiçək bitsin.

Şeir parçası:

Dövlət himnini oxumayanlar,

Dövlət bayrağını abidə edir.

Nə yaxşı anlaya bilmir ki, onlar

Bayrağın özü də Rəsulzadə.

Azərbaycan Xalq Cümhuriyyətini yaradanlardan biri M.Ə.Rəsulzadə haqqında yazılmış “Dönməzlik” adlı kitabın müzakirəsini keçirmək olar.Bu görkəmli şair, publisist Teyyub Qurbaninin M.Ə.Rəsulzadə haqqında yazdığı əsəridir. “Dönməzlik” əsəri bütün həyatını Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş M.Ə. Rəsulzadədən danışır.

Kitabı yazarkən görünür müəllif uzun müddət arxivlərdə çalışmış, o dövrün mətbuatı, yazışmaları, həmçinin dövrün canlı şahidlərinin söhbətinə qulaq asmışdır. Gərgin zəhmətin nəticəsi olan bu kitab əsasında qələmə alınıb. Bu da əsasən kitabın oxunaqlı olmasını şərtləndirən amillərdən biridir.

Povestdəki hadisələr müxtəlif məkanlarda –Bakıda, Finlandiyada, Novxanı və lahıc kəndlərində, Almaniyada, İtaliyada , Qazaxıstanda və başqa yerlərdə baş verir.Harada olur-olsun, M.Ə.Rəsulzadə müxtəlif mənbələr vasitəsilə doğma vətəndən xəbər tutur, uzaqda yaşasa da, Azərbaycanı bolşevik boyunduruğundan xilas etmək üçün gecə-gündüz çalışır. Kitabda Məmməd Əmin Rəsulzadənin İstanbulda Atatürklə qısa, lakin mənalı görüşü də öz əksini tapmışdır. Bu görüş çox təsirli və yadda qalandır.

Oxucu povestdəki hadisələri izlədikcə xaricdə gecə-gündüz işləyib, mübarizə aparan M.Ə.Rəsulzadənin fikir və düşüncələri ilə tanış olur, digər tərəfdən də Qazaxıstanın Çimkənd şəhərində yaşayan Azərin taleyi ilə maraqlanır, onun çətin həyat yolunun çətinliyindən mütəəssir olur. Əsərin sonunda onun ağır xəstələnməsi, ölümü və qadını Leyla xanımın özünə qəsd etməsi göstərilsə də, povest nikbin ruhla başa çatır. Təxminən yarım əsr əvvəl vətəndən dərbədər düşən, sürgün edilən Azərbaycan el-obasına dönür. Onu qarşılayan izdihamı görən Azər kövrəlir, atasının necə əvəzedilməz bir insan olduğunu sanki indi başa düşür. Ümüd edirik ki, bu əsər oxucuların ən çox sevdiyi və oxuduğu əsərlərindən biri olacaqdır.

Respublika günü münasibətilə məlumatları xalqa daha geniş çatdırmaq üçün kitabxana işçilərinin qarşısında böyük vəzifələr durur. “Qalxıb bir də enməz elin bayrağı”, “Vətən qayğısı-millət duyğusu”, “Milli iftixar günümüz-28 may”, “Tariximizin parlaq səhifəsi” və sair başlıqlarda mühazirə, söhbətlər təşkil etmək olar. Kitabxanaçılara tövsiyə edirik ki, Respublika günü ilə əlaqədar dərc olunan materialları mövzu kartotekası şəklində hazırlayıb oxucuların istifadəsinə versinlər.

İstifadə olunmuş ədəbiyyatın siyahısı:

1.Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti.-B.: Azərnəşr, 1992—470s.

2.Elçin M.Ə.Rəsulzadə.-B.: Şərq-Qərb, 1994.-22s.

3.Qurban T. Dönməzlik.-B.: Şirvannəşr, 1997.-114 s.

4.Qurbanov A. Ucalan bayraq enməyəcək: Azərbaycan Xalq Cümhuriyyəti-90 //Füyuzat.-2008.-N.3(41).-s.26-30.

5.Çağdaş Azərbaycan tarixi.-B.: Gənclik, 1991.-112s.

6.Yaqublu N. M.Ə.Rəsulzadə .-B.:Gənclik, 1991.-308s.




Yüklə 244,04 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin