İlk məhəbbət və şəhvət duyğusu
Ailənin sonrakı fazasında, övladlar əmələ
gəldikdən
sonrakı
mərhələsində
eyniyyət
məhəbbəti daha həlledici rol oynayır; həm fərdi
məhəbbətdə övladların taleyi ilə bağlı birgə
məsuliyyət hissi tamamlama səciyyəli cinsi ca-
zibəni üstələyir, həm də övladlara yönəldilmiş
yeni tipli münasibətlər yaranır. Bu, – valideynin
övlada məhəbbətidir. Valideyn uşağında özünün
ikinci varlığını, həyatının öz cismindən kənardakı
mövcudluğunu görür. Daha doğrusu, genetikanı
bilib-bilməməsindən asılı olmayaraq, ona belə
gəlir. Ta o vaxta qədər ki, uşaq böyüyüb başqa bir
xarakter, başqa bir mənlik nümayiş etdirməsin.
Bu başqalıq, «yadlıq» əlaməti üzə çıxanda
məhəbbət elə bil ki, daşa çırpılır. Amma sınmır.
Çünki valideyn neçə illər ərzində qəlbində
70
bəslədiyi eyniyyət ümidini itirməmək üçün
faktları qulaq ardına vurur, dərinə getmir, reallığı
anlamağa çalışmır. Fərq çox böyük olmayanda,
acı nəticələrə gətirməyəndə hər şey təbəddülatsız
ötüşür. Tək-tək hallarda, – fərq özünü təkidlə
biruzə verəndə, qarşıdurmaya keçəndə məhəbbət
içindən
sarsılır.
Bu
valideynliyin
faciə
məqamıdır. Bu məhəbbət, xarakterinə görə ilk
məhəbbəti xatırladır.
Valideyn məhəbbəti genetik eyniyyət
duyğusundan yaranmaqla yanaşı, həm də nar-
sisizm təzahürüdür. Söhbət «Mən»in, fərdi
mənəvi həyatın, ikinci şəxsdə davamından gedir.
İlk məhəbbət isə insanın özünün olmasa da,
idealının kənarda mövcudluğuna olan müna-
sibətidir.
Yeniyetmənin cinsi hissiyatı hələ təzəcə
formalaşarkən onun özünün də hələ anlamadığı
bir sövq-təbii ilə qəlbində bir işıq yanır və dünya
gözəlləşir, daha al-əlvan görünür.
Qönçə idim, gül oldum,
Boy atdım sünbül oldum,
Bir dilbilməz quş idim,
Oxudum bülbül oldum.
1
1
Azərbaycan şifahi xalq ədəbiyyatı antologi-
yası. B., «Çaşıoğlu», 2004, səh.137-138.
71
Və bülbül gül həsrəti ilə yanmağa başlayır.
Yeniyetmənin könlündə əks-cinsdən olan ideal
obraz yaranır. Bu da əslində genetik olaraq ötü-
rülmüş hissiyyatdır. Əlbəttə, bu obraz hələ tam
formalaşmamışdır, konturları da aydın deyil, –
amorfdur. Amma fərqi yoxdur. Yeniyetmə özü də
bilmədən kənarda bu obrazın gerçəyini axtarır.
Və hər hansı bir təsadüf, gerçəyin hər hansı bir
əlamətinin bu obraza uyğun gəlməsi yeniyetmədə
axtardığını tapmaq duyğusu, tam eyniyyət
əminliyi yaradır. Bu duyğu elmdə kəşfi, texniki
axtarışda ixtiranı, bədii yaradıcılıqda vəcdi, ilahi
ünsiyyətdə vəhyi xatırladır. Bu, – möhtəşəm və
əsrarəngiz bir duyğudur. Və bundan sonra
yeniyetməni inandırmaq çətindir ki, bu gerçək
əslində onun idealından çox fərqlidir. Çünki o
daha gerçəyi deyil, onun simasında öz idealını
görür («ilk məhəbbət kor olar»). Və bu aldadıcı
eyniyyət duyğusunun parçalanması üçün neçə-
neçə faktların möhkəm zərbələri ilə üzləşmək
lazım gəlir. Ağıl deyir ki, bu o deyil. Amma qəlb
yenə də görmək istəyini görür.
İlk məhəbbət də, şəhvani hiss də – hər ikisi
uşağın özünü cinsi baxımdan fərqləndirməyə
başladığı vaxtdan yaranır. Bu zaman içəridən
uşaq üçün anlaşılmaz və idarəolunmaz hisslər baş
qaldırır. Və bu hisslər bir-birindən tamamilə
fərqli iki müxtəlif qütb kimi ortaya çıxır.
72
Birinci hiss uşağı göylərə səsləyir; o öz
mələyini axtarır. Bu, – ilk məhəbbət duyğusudur.
İkinci hiss də əks-cinsə qarşı yönəlmişdir.
Lakin o, vəhşi bir ehtirasdır. Burada qarşı tərəf
nəinki mələk deyildir, hətta onun əxlaqı, mənəvi
keyfiyyətləri, əql-kamalı ümumiyyətlə diqqətdən,
fokusdan kənardadır. Əslinə qalsa, burada ancaq
erotik kamillik, qadın təravətinin, qadınlıq
məziyyətinin bariz ifadəsi ön plana çıxır. Bu
zaman hətta yaş da önəmli deyil. Məsələn, 14-15
yaşlı bir yeniyetmənin nəzər-diqqətini özü
yaşında olan, qönçə kimi hələ təzə açılmağa
başlayan, nərmənazik bir qız uşağı deyil, cinsi
inkişaf baxımından tam yetişmiş və cinsi
cazibədarlığını daha çox hiss etdirən hər hansı bir
qadın cəlb edir.
Bu axtarış heç də bəxt ulduzunun, könül
yoldaşının axtarışı deyil. Məqsəd də heç ev-
lənmək deyil. Sadəcə vəhşi şəhvani hiss öz əks
qütbünü axtarır və bu əks-qütb adsız-ünvansız,
şəxssizləşmiş, mücərrəd bir erotik təzahürdür. Bu
təzahürün real daşıyıcısı, onun kimliyi, digər
xüsusiyyətləri əsla maraqlı deyil. Əksinə, bu
xüsusiyyətlər ortada olanda, yəni şəxsi tanıyanda
ona «o gözlə» baxmağa utanırsan. Çünki bu
tanışlıq səni reallığa gətirir. İçində baş qaldıran
ünvansız erotik hiss isə sənə bu dünyanın real
münasibətlərindən, əxlaqi normAlardan, adət-
ənənədən, səni məhdudlaşdıran, utandıran, hissinə
73
mane olan nə varsa, – hamısından ayrılmaq,
təcrid olunmaq və öz hissinlə, bu hissin təsadüfi
və ünvansız tərəf-müqabili ilə birlikdə qalmaq
istəyi təlqin edir.
Güman edirəm ki, qızlar da bu dövrlərində
öz həmyaşıdlarından daha çox yetkin kişilərə
(xüsusən,
romanlarda
və
filmlərdə
kişi
xarakterinin və kişi gücünün timsalı sayılan
obrazlara) qarşı özləri üçün anlaşılmaz bir meyl,
cazibə hiss edirlər.
Əlbəttə, bu yaşda yeniyetmə öz hisslərin-
dən diksinir, utanır, onları gizlədir, amma da-
xilində qadın cinsinə qarşı yaranmış anlaşılmaz
bir cazibədən də qurtula bilmir. Fikri-zikri daha
çox bu mövzuya yönəlir. Yeniyetmə təcrübəli
kişilərdən, don cuanlardan fərqli olaraq, bu istəyi
reallaşdırmaq üçün plan cızmır, tədbir tökmür,
hətta belə bir görüşdən, öz hissini real
münasibətlər sisteminə daxil etməkdən çəkinir,
qaçır; amma ətraf qıcıqlandırıcı amillərlə dolu
olduqda bu istəkdən xilas olmaq çətindir. Ona
görə də, yeniyetmələrdə erotik filmlərə baxmaq
meyli yaranır, onlar çox vaxt video və internet
dünyasına səyahətə çıxmağa, reallıqdan uzaq-
laşmağa çalışırlar.
Tənzim oluna bilməyən erotik hiss hələ
tam formalaşmamış yeniyetmənin digər hissləri
ilə müqayisədə çox güclü olduğundan, hətta psi-
xikanın pozulmasına da səbəb ola bilər. Belə
74
vaxtlarda görünür bu hissləri anlamaq və idarə
edə bilmək üçün onlara xüsusi bilgilər ve-
rilməsinə ehtiyac yaranır ki, bu da ilk növbədə
valideynlərin vəzifəsidir. Cinsi tərbiyə ilə əla-
qədar Azərbaycan dilində elmi-pedaqoji mən-
bələrin
∗
olduğunu nəzərə alaraq, bu mövzu üzə-
rində ətraflı dayanmayacağıq. Bircə B.Rasseldən
belə bir fikri iqtibas gətirmək istəyirik ki,
yeniyetmələri öz cinsi hissləri ilə təkbaşına
buraxmaq, bu hisslərin gizlindən çıxarılması,
adiləşdirilməsi və tənzimlənməsi üçün zəruri bil-
gilər verməmək, onlara qarşı ən azı qəddarlıq
hesab olunmalıdır.
1
İlk məhəbbət duyğusu da, əslində ünvansız
yaranır. Yeniyetməlik dövründə məhəbbət eyni
vaxtda iki müxtəlif qütbdən başlanır. Bir tərəfdən,
bədən yetkinləşir və erotik duyğu qəlb aləminə
qədəm qoyur. Digər tərəfdən, qarşı cinsə
münasibətdə estetik duyğu daha da yetkinləşir və
xüsusi məna kəsb edir. İllər keçdikcə hər iki
hissdə mərkəzə doğru yerdəyişmə gedir. Yaş
artdıqca yeniyetmələrin cinsi meyli açmış güldən
qönçəyə doğru dəyişir və nəhayət, öz
həmyaşıdlarının üzərində dayanır. Bu dövrdə ilk
məhəbbət duyğusu da göylərdən yerə enir və artıq
Bax, məs.: Ə.Əlizadə. «Məhəbbət aləmi»;
G.Quliyev. Məhəbbətin psixologiyası. B., 2005 və s.
1
Russel B. On education. London, Routledge,
1994, p. 141-142.
75
nəzarətə alınan erotik hisslə qovuşmaq imkanı
əldə edir. Real eşq üçün, evlənmək üçün
yetkinliyin əsas şərti də məhz bu iki qütbün
birləşməsi, yerin və göyün cazibələrinin
tarazlaşmasıdır.
Düzdür, spontan başlanan ülvi məhəbbət
duyğuları ilə spontan erotik hissin qovuşması, –
eşqin kamillik məqamı heç də hamıya qismət
olmur. Kim isə hələ vaxtından əvvəl ya ülvi
duyğularını, ya da şəhvət hissini mütləqləşdirir,
onun əsirinə çevrilir; kim isə göydən yerə enə
bilmir və kim isə ömrü boyu sürünür və heç vaxt
öz nəfsinin fövqünə qalxa bilmir.
Məhəbbətin elə formaları da vardır ki,
fərqlənən tərəfə yox, özünün bir parçasına, ikinci
varlığına münasibət kimi ortaya çıxır. Bu, ilk
növbədə yaradıcılıq məhəbbətinə aiddir.
Valideyn məhəbbəti də qismən yaradıcılıq
məhəbbətini xatırladır. Yəni yaradanın öz
yaratdığına sevgisi kimidir. Bir rəssamın öz tab-
losuna, bir bəstəkarın öz musiqisinə, bir yazıçının
öz romanına bəslədiyi münasibət də bu
qəbildəndir. Çünki yaradıcılıq məhəbbəti də
əslində eyniyyət məhəbbətinin formalarından
biridir. Sənətkar əvvəlcə öz qəlbində yaratdığı
obrazı, öz qəlbinin bir guşəsini gerçəkliyə transfer
edir və yaratdığı əsərin simasında özünün ikinci
(bəlkə də daha əsas) həyatını yaşıyır.
76
Valideynlik hissi instinktiv səviyyədə hey-
vanlara da aid olub və məqsədyönlü qayğı və
himayə ilə müşayiət olunur. Lakin balaları böyü-
dükdən sonra onların «valideynə» məhəbbəti və
ya hər hansı bir qayğısından danışmaq çətindir.
Platon burada ancaq leyləyin istisna olduğunu
xüsusi qeyd edir. Bu kontekstdə Platon
yüngülqanadlı erosla leyləyin timsalında mə-
həbbətlə qayğının müqayisəsini verir.
1
Övladın valideynə məhəbbəti də eyniyyət
məhəbbətinin bir formasıdır. Övladlıq duyğusu
hissənin tama, yaradılmışın yaradana münasi-
bətini ifadə edir. Bu mənada ilahi eşqə bənzəyir.
Şagirdin ustada, hər bir şəxsin öz həyat və amal
idealına münasibəti də bu qəbildəndir. Milli ruh,
vətən sevgisi də eyniyyət məhəbbətinin məhz bu
aspektdəki formalarıdır. Yəni insan özünü
millətin və ya Vətənin bir parçası kimi duya
bilirsə, – deməli, bu ülvi hissdən məhrum deyil.
Göründüyü kimi, məhəbbətin formaları
çoxdur. Amma ən çox hallanan və dar mənada
məhəbbət anlayışına yiyə çıxan fərdi (cinsi)
məhəbbətdir ki, o da eyniyyətdən yox, fərqdən
qidalanır. Tamamlama məhəbbəti ümumdünya
cazibəsinin də, bəşər nəslinin davam etməsinin də
əsasında durur. Və bu hiss mənəvi dünyanın
qeyri-şüuri fəzasına aiddir. Onun yaranması da,
1
Платон. Собрание сочинений в четырех
томах. Том 1. М., 1990, стр. 267.
77
uğurla sonuclanması da taleyin, qədərin işidir.
İnsan bütün potensial məhəbbət enercisini
ancaq bir səmtə yönəltsə, tənasüb pozular, ahəng
itər.
İstənilən ifrat haramdır.
İlk məhəbbət və ilahi eşq eyniyyət məhəb-
bətinə əsaslansa da, sevgini göydən yerə endirən,
potensial haldan aktual hala keçirən, onun
cismani dünyada proyeksiyası və canlı həyati
forması – şəhvət duyğusu, heyvani nəfs, erotik
məhəbbətdir. Ziqmund Freyd hətta bütün başqa
hisslərin də təməlində məhz şəhvət hissinin
dayandığını iddia edir.
1
İndi az qala bütün Qərb
dünyası bu fikirdədir. Amma bu, Avropanın
tapıntısı deyil. Həmin ideyanın daha mükəmməl
forması hələ orta əsr İslam Şərqində irəli
sürülmüşdü. Ş.Sührəvərdi yazırdı: «Bütün
hərəkətverici və dərkedici qüvvələrin daşıyıcısı
heyvani nəfsdir».
2
Lakin Şərqdə bunu da bilirdilər
ki, bu «qüdrət» heyvani nəfsin insanın iç
dünyasında, ümumi nəfsin strukturunda yüksək
məqam tutmasından deyil, əksinə, ən aşağı
pillədə qərar tutmaqla bədənə daha yaxın olma-
sından, bədənlə, cismani enerci ilə bilavasitə
1
Bax: З.Фрейд. Введение в психоанализ.
Лекции. М., 1989.
2
Ş.Sührəvərdi. İşıq heykəlləri. – Şərq fəlsəfəsi.
B., 1999, səh. 218.
78
təmas imkanından irəli gəlir.
Ehtiras ülvi hisslərlə müqayisədə aşağı
pillədə dayansa da, olduqca güclü bir hissdir.
Çünki həyatın dibindən, canlı olmağın təbiə-
tindən, genetik məzmundan çıxır. İnstinktiv sə-
ciyyə daşımaqla, əql və iradəyə birbaşa tabe
deyil. Rene Dekart yazır ki, «ehtiras iradə ilə ya-
radıla bilməz. Yaranmış ehtirasdan da sadəcə
iradi cəhdlə qurtulmaq mümkün deyil».
1
Bu – doğrudur. Amma bu, şəhvət qarşı-
sında təslim olmaq və bu qəbahətə görə özünə bə-
raət qazandırmaq üçün əsas vermir. Belə ki, R.
Dekart əslində artıq baş qaldırmış və nəzarətdən
çıxmış şəhvət duyğusundan söhbət açır. Şəxsi
iradə isə öz işini buna qədər görməli, yəni insan
özünü öz hissi qarşısında belə əlacsız vəziyyətə
salmamalıdır. Bu, bir növ içki hərisliyini xa-
tırladır. Özünə nəzarətin ən etibarlısı ayıqlıq
vaxtındakı nəzarətdir. Yəni ən əsası ilk badələr-
dən imtinadır. Əgər bunu etməsən, sərxoş
olduqdan sonra nəzarət imkanı itir və sükan alka-
qolun əlinə keçir.
Biz burada belə nasiranə mövzuya heç də
təsadüfən toxunmadıq. Belə ki, məhəbbəti bəzən
aludəçilik və hərisliklə müqayisə edirlər. Lakin
içki düşkünlüyü, pul düşkünlüyü kimi, qadın düş-
künlüyünün də məhəbbətlə heç bir əlaqəsi
1
Рене Декарт. Сочинения в двух томах. Том
1. М., 1989, стр. 501.
79
yoxdur. İstər içkiyə, istər nəşəyə, istər pula,
yaxud istərsə də şəhvət hissinə aludəçilik
müxtəlif səbəblərdən də olsa mahiyyət etibarilə
iradənin daxili nəzarəti itirməsi, beyinin duman-
lanmasıdır. Maraqlıdır ki, məhəbbəti yuxarıda
sadaladığımız kef vasitələri ilə müqayisə etməyin
əleyhinə olanlar da onun məhz dumalandarıcı
təsirini, əqlin gözünü örtməsini ön plana çəkirlər.
Eşqdən dünyaya saldım dumanlar,
Əqlin gözlərini etmişəm xumar
1
.
Məhəbbətin bu xüsusiyyəti, yuxarıda gös-
tərdiyimiz kimi, ya «ilk məhəbbət» adlan-
dırdığımız «qısa qapanma»nın, ya da sağlam
düşüncəyə tabe olmayan instinktiv duyğunun –
şəhvət hissinin təzahürləridir. Maraqlıdır ki, bu
iki kənar hal nəticə etibarı ilə eyni cür təsir
göstərir. Görkəmli rus filosofu V.Solovyov yazır:
«Yüksək insanda da Eros yaşayır, yaradır, amma
düşünmür. Deməli, burada da onun bilavasitə
predmeti – ağılçatan ideyalar yox, tam cismani
həyatdır. İki Erot arasındakı əkslik isə əslində
yalnız bu həyata əxlaqi və qeyri-əxlaqi münasibət
arasında əkslikdir».
2
V.Solovyov məhəbbətin
1
Nizami Gəncəvi. Xosrov və Şirin, səh.38.
2
Вл. Соловьев. Сочинения в двух томах,
том 2, М., 1990, стр.614.
80
mənəvi-insani formAsını heyvani ehtirasdan
fərqləndirməklə bərabər, onların təbiətində
eyniyyət
məqamının
olub-olmamasını
araşdırmağa çalışır. O, erotik hissin digər
məhəbbət təzahürləri ilə əlaqəsi (əslində
əlaqəsizliyi) barədə yazır: «Məhəbbət, özünün
yüksək və aşağı təzahür səviyyəsində olmasından
asılı olmayaraq, bir erotik pafos kimi istənilən
halda
Allaha
sevgiyə,
insana
sevgiyə,
valideynlərə və Vətənə, dosta-qardaşa sevgiyə
bənzəmir, – bu, hər şeydən əvvəl cismaniliyə
meyldir».
1
Doğrudan da fərdi-cismani və ya
başqa sözlə, cinsi məhəbbəti digər məhəbbət
formalarından fərqləndirən başlıca cəhət burada
şəhvani hissin az və ya çox dərəcədə iştirakıdır.
V.Solovyov da məhz bu hissin məna və
məqsədini açmağa çalışır: «Lakin bu meylin, bu
sevginin səbəbi, məqsədi nədir? Cismani
aspektdə məhəbbət nəyə doğru bir cəhddir?... ».
Bu yerdə o, Platonun Erotun gözəllikdən
doğulması haqqında fikrini xatırladır və onun
məhəbbət təlimini bar verməyən gözəl məxməri
çiçəyə bənzədir.
2
Şəhvət hissi instinktiv olsa da, əslində heç
də sadə və yekcins olmayıb, mürəkkəb struktura
malikdir. Burada bir tərəfdən yaradıcılıq ehtirası,
digər tərəfdən, tamamlama hissi ehtiva olunur.
1
Yenə orada, səh. 615.
2
Yenə orada.
81
İnsan öz tərəf-müqabili ilə vüsala can atarkən,
bunun məhz öz nəslini davam etdirmək kimi
kortəbii və qeyri-şüuri bir ehtiyacın realizasiya
cəhdi olduğu haqqında düşünmür. Əslində adi
düşüncə üçün bunun izahı çox çətindir və hətta
xüsusi bioloji və sosial bilgilər də köməyə gəlmir.
Ona görə də, insan bu hissi dərk etməyə heç
təşəbbüs də göstərmir. Tamamlama hissi isə
əslində daha universal bütövlüyə, kamilliyə,
vəhdətə təbii meylin bir forması olmaqdan başqa,
həm də qismən instinktiv yaradıcılıq cəhdindən
törəmədir. Yəni insan nəslini davam etdirmək
missiyasını üzərinə götürmək üçün insan təbiəti
yarımçıq yox, bütövlükdə təmsil olunmalıdır.
Bütövlük ancaq insan təbiətinin fərqli təzahü-
rlərinin birləşməsi sayəsində əldə edilmiş olur.
Birliyə, vəhdətə, harmoniyaya meylin əsasında
isə, bir tərəfdən genetik-bioloji yaradıcılq ins-
tinkti dayanırsa, digər tərəfdən, bu, insanın tə-
biətə, daha doğrusu, təbiətdəki ahəngə, harmo-
niyaya məftunluğunun xüsusi halıdır. İnsan təkcə
tərəf-müqabillə deyil, onun simasında dünya
harmoniyası ilə vüsal tapmağa çalışır…
Bəli, biz hətta şəhvət hissinə də «yuxarıdan
aşağı» baxmağın, onu ancaq heyvaniliyin təza-
hürü hesab etməyin tərəfdarı deyilik. Bu hissi
idarə edə bilmək üçün onu inkar etmək yox, an-
lamaq, dərk etmək lazımdır. Yəni şəhvani hiss ali
duyğuların strukturuna daxil edilsə, həmişə
82
onların əhatəsində olsa, özündən daha yüksək
hisslər müqabilində həlledici rol oynaya bilməz.
Onu
gözəl
duyğulardan,
digər
hisslərlə
qonşuluqdan, təmasdan təcrid etdikdə, onu gö-
zümçıxdıya saldıqda, bağlı qapı arxasında
saxladıqda isə sıxılmış yay effekti yaranır. O daha
da azğınlaşır, vəhşiləşir və insanın öz əli ilə xalis
heyvani (cismani) başlanğıca doğru itələnmiş
olur. Halbuki, onda yaradıcı məhəbbətin qığılcımı
var və o, atəşə çevrilib canı yandırdığı kimi, işığa
çevrilib qəlbi işıqlandıra da bilər. Yəni şəhvət
hissi nəcib duyğular məcrasına düşdükdə sonrakı
məhəbbətin təməl daşı da ola bilər.
Heyvani şəhvətdən fərqli olaraq insani
şəhvətin şəfqət və ülfət məqamı! Ülvi hisslərlə
təmasda o da incələşir, nəcibləşir, gözəlləşir; o
bir utancaqlıq, bir xəfiflik, hətta bir həya ilə ta-
mamlanır. Bəli, insanın sevgi və sayğı göstərdiyi
insana, ömür-gün yoldaşına münasibətini, küçə
qadınına münasibətlə, vəhşi, heyvani şəhvətin
təzahürü ilə müqayisəmi etmək olar?! Vəhşi
şəhvət məhəbbətin strukturuna daxil deyil; ona
heç bir aidiyyəti yoxdur. Amma digər tərfədən,
cinsi məhəbbət şəhvani komponentdən tamamilə
məhrum da deyil. Sadəcə nəzərə almaq lazımdır
ki, buraya daxil olan şəhvət komponenti xeyli
dərəcədə fərqli mənşəyə və hətta mahiyyətə
malikdir. Əsas məsələ şəhvətin özünün dife-
rensiasiyasıdır. Digər əsas məsələ bu hissin hansı
83
digər hisslərlə qarışıq halda olmasıdır. Xalis,
çıxmır duzu ancaq heyvanlar yeyir. İnsan isə onu
xörəyə qatır. Əbu Turxan demişkən, «şəhvət
məhəbbətin duzudur». Bu yerdə ingilislərin də bir
atalar sözü yada düşür: «Məhəbbət həyatın
duzudur». Yəni şəhvət məhəbbət kontekstində,
məhəbbət isə həyat kontekstində daha dəyərlidir.
Dünyada gözəl olan çox şey var. Bəs qadın
gözəlliyinə xüsusi münasibətin səbəbi nədir?
Qadının hansı cəhəti; zahiri gözəlliyimi, zərif-
liyimi, ağlımı, xarakterimi, mənəvi keyfiyyət-
lərimi insanı daha çox cəlb edir? Burada hisslə
duyulan nədir, ağılla dərk edilən nə?
84
İnsanın ictimailəşməsi və
məhəbbətin transferi
İnsanın ictimailəşməsi kişilərin simasında
lap qədimdən başlanır. Əslində cismani və
mənəvi başlanğıcla (ruh və bədənlə) yanaşı sosial
komponent də insanı fərqləndirən ilk zəruri
şərtlərdən biridir. Ona görə də biz müasir dövrdə
ümumiyyətlə insanın yox, məhz «qadının
ictimailəşməsi» prosesindən danışmaq istərdik.
İnsanların ictimailəşməsi qədim tarixə ma-
lik olsa da, müxtəlif dövrlərdə bu ictimailəşmənin
miqyası
müxtəlif
olmuşdur.
Qadınların
ictimailəşməsi neçə min illər ərzində ailə və qo-
hum-qardaş miqyasından o tərəfə keçmədiyinə
görə biz bunu tam ictimailəşmə hesab etmirik.
Ailə bir tərəfdən cəmiyyətin özəyi olsa da, digər
tərəfdən cəmiyyət üçün xeyli dərəcədə qapalı bir
sistemdir. Qərbdə qadınlar ailə «baryerini»
çoxdan keçiblər. Bizdə isə bu proses yeni-yeni
başlayır və onun yaratdığı sosial-psixik
təbəddülatların öyrənilməsinə böyük ehtiyac
vardır.
Bu hadisə, heç şübhəsiz, məhəbbətə də
təsir göstərir və onun xarakterini xeyli dərəcədə
dəyişir.
85
Neçə əsrlər ərzində Şərqdə qadın üçün
ictimailəşmə dərəcəsi «ata evi», «qayınata evi» və
bunlar arasındakı yoldan ibarət olmuşdur.
Qadının həyatında ən böyük dəyişiklik bir ailədən
başqasına köçmək, gəlmək, «gəlin» olmaqdan
ibarət idi. Bir ailədə oturub başqa ailə üçün
hazırlanmaq – ciddii bir sosioloji və psixoloji
problem, qadın üçün isə hətta məhəbbətlə
müqayisə oluna biləcək dərəcədə əhəmiyyətli bir
hadisə idi. Biz indi buna «ailə qurmaq» deyirik.
Lakin uzun muddət, bəzən elə indi də qız üçün
söhbət əslində «ailəyə köçməkdən» gedir.
«Məhəbbət» sferası bir adamla münasibəti
əhatə edir. «Köçmək» isə qarşıya tək sevdiyin
oğlanla yox, onun ailəsi ilə münasibətlər qurmaq
problemi qoyur. Gəlin-qayınana ziddiyyəti də
ailələr arasındakı fərqdən, bir ailədə yetişmiş
insanın başqa ailənin qaydalarına, ruhuna nə
dərəcədə adaptasiya oluna bilməsindən və ya
hətta bu başqa ailəyə yeni qaydaları nə dərəcədə
məharətlə tətbiq edə bilməsindən asılı olaraq
yaranır.
Düzdür, Avropada qızlar «köçmür», onlar
oğlanla birlikdə yeni ailə qururlar. İndi bizim
şəhərlərdə də çox vaxt «köçmək» «qurmaq»la
əvəzlənir. Hansı daha yaxşıdır?
Əlbəttə, adamın ağlına gələn birinci rəy
üstünlüyü qurmağa verir. Cəmiyyətin yüksək
dərəcədə inkişaf etdiyi gen-bol bir şəraitdə bu, ola
86
bilsin ki, ən yaxşı variantdır. Hər halda, iki şəxs
arasındakı məhəbbətin sınağı üçün daha lokal bir
mühit yaranır.
Lakin burada da özünəməxsus problemlər
ortaya çıxır. Əvvəla, yenicə təhsilini başa vurmuş
gənclərin qısa müddətdə ailə üçün zəruri olan tam
şərait yaratması qeyri-mümkündür. Ona görə də,
bu şəraitin yaradılması yenə də valideynlərin
öhdəsinə düşür. Yenə də mühit genişlənir,
zövqlər toqquşur, sevgililər Kimlərdənsə asılı
vəziyyətdə qalır.
Lakin tutaq ki, bütün çətinliklərə baxma-
yaraq, müstəqil yaşamaq istəyən gənclər hər şeyi
özləri həll edirlər. Bu zaman onların fəaliyyət
istiqamətləri sosial-iqtisadi problemlərə və məişət
qayğılarına yönəlmiş olur ki, bu da yenə romantik
məhəbbətin yerə enməsi və bəzən arxa plana
keçməsi ilə nəticələnir. Bu halda birgə quruculuq
işi, ortaq çətinliklər yoxsulluqdan və ya vaxt
çatışmazlığından
irəli
gələn
narahatlıqlar
məhəbbəti daha ağır bir sınağa çəkir. İstər-
istəməz belə bir fikir yaranır ki, gəlinin qurulu
evə köçməsi, məişət məsələlərində daha təcrübəli
və təmkinli olan yaşlı nəslin himayəsini qəbul
etməsi sevgililərin münasibətində romantikanın
qorunub saxlanılması üçün daha əlverişli ola
bilər.
Göründüyü kimi, «köçmək» və «qurma-
ğın» – hərəsinin öz üstünlükləri və çatışmazlıqları
87
vardır. Bütün hallarda məhəbbəti sərt reallığın
ağır sınaqları gözləyir. Məhəbbətin ikinci, daha
realistik mərhələsi bundan sonra başlanır. Mənafe
birliyi, birgə quruculuq işləri, ortaq çətinliklər,
birgə mübarizə və bu mübarizədə qazanılan
uğurların ortaq sevinci – bütün bunlar göydən
yerə
enmiş
məhəbbətin
yeni
şəraitdə
möhkəmlənməsi üçün əlavə impuls verir.
Lakin ictimailəşmə şəraitində məhəbbət
üçün yeni təhlükələr və yeni sınaqlar ortaya çıxır.
Müstəqil yaşamaq və ailəni dolandırmaq üçün
kişi işləməli və vaxtının çox hissəsini evdən
kənarda keçirməli olur. Ərin ailə miqyasından
kənardakı həyatı gəlin qarşısında ailə daxilində
həyata uyğunlaşmaq və ya əri kimi ailədən
çıxaraq ictimai həyata qatılmaq alternativini
qoyur. Bu ikinci seçim ancaq son dövrlərdə
aktuallaşmış və «qadınların ictimailəşməsi»
prosesi üçün əsas olmuşdur. Bu zaman məhəbbət
üçün yeni sınaqlar ortaya çıxır. Ərin iş yerində
çoxlu sayda başqa qadınlar, gəlinin iş yerində də
çoxlu sayda başqa kişilər çalışır ki, onlarla
münasibətlərin
qurulması
zərurəti
yeni
mədəniyyət və yeni əxlaq normalarının
formalaşmasını tələb edir. Şərqdə bu sahədə
ənənəvilik olmadığından, çox vaxt Qərb ste-
reotipləri önə keçir.
88
Ər və arvadın ailə daxilində keçirə billə-
cəyi romantik anlar azalır. Məişətdə və ailə qu-
ruculuğunda ortaya çıxan qayğılar, problemlər –
bir tərəfdən, qayınata və qayınana ilə müna-
sibətlərin çətinlikləri – ikinci tərəfdən, əgər kA-
sıbçılıq varsa maddi problemlər – üçüncü tərəf-
dən və s., və s. – hamısı yüksək estetik hissin və
romantik anların əleyhinə işləyir.
Amma iş yerində… İş yerində hamı səli-
qə-sahmanlı, hamı sanki dərd-sərini evdə qoyub
gəlir və burada rahat nəfəs alır, dinclik tapır.
İşdə dincəlmək paradoksu! Əlbəttə, bütün
iş yerləri rahat deyil, insan burada da əlavə stress
ala bilər. Və bunları da evinə daşıyar ki, bu da
yenə məhəbbətin əleyhinədir.
Amma çox vaxt əsəblər ailədəki kimi tarım
çəkilmir, qayğılar az olur. Zahirən hamı
mədənidir və bir-birinə xoş sözlər deyir. Evdə xoş
sözə həsrət qalan qadınlar bəzi iş yerlərində gen-
bol kompliment eşidirlər. Bax, belə bir şəraitdə
insanların romantik hiss üçün əhval ruhiyyəsi
ailədəkindən daha əlverişli olur. Kimlərsə bu xoş
əhval impulsunu işdə biruzə verməyərək evə
ərməğan gətirir. Kimlərsə «səadətini» elə işdə
tapmağa çalışır.
İctimailəşmə faktoru subaylar və ailəlilər
üçün xeyli fərqli üfüqlər açır. Daha doğrusu, hələ
seçimini etməyənlər üçün geniş seçim meydanı
açıldığı halda, könlünü artıq kiminləsə bağlamış
89
adamlar üçün nəfslə mübarizə meydanı açılır;
məhəbbət və mənəviyyat sınağa çəkilir.
Beləliklə, qızların və dul qadınların ictimai
həyata qatılması ilə ailəli qadınların işləməsi eyni
tərtibli hadisə deyil və bu problemin geniş sosial-
psixoloji tədqiqinə böyük ehtiyac vardır.
«Qadınların ictimailəşməsi» kişilərin iş
yerlərini rəngarəng etməklə onları yeni həvəsə
sala bilər. Xüsusən, ailə məhəbbəti həqiqi və
güclü deyilsə, açılan yeni imkanlar müqabilində
sınaqdan uğurla çıxmaq çətin ola bilər.
Qərbdə ictimai həyat ailə həyatına nəzərən
daha önəmlidir. Ailələr çox vaxt qısa ömürlü olur.
Qadınlar çoxdan ictimailəşiblər. Kişilər də ictimai
həyatın açdığı «məhəbbət fonu»nu lazımınca
dəyərləndirirlər.
Don Cuanlıq da təbii ki, Qərb təfəkkürü-
nün məhsuludur. Əgər məqsəd sadəcə qadında
maraq oyatmaq, onu «yoldan çıxarmaq», «ələ
keçirmək»dirsə və kimsə bu sahədə çox məha-
rətlidirsə, bunun böyük sevgi ilə, eşqlə heç bir
əlaqəsi yoxdur. Burada söhbət sadəcə olaraq
hissiyatının fövqünə qalxa bilməyən qadınların
zəifliyindən və ya sadəlövhlüyündən sui-istifadə-
dən gedir. Bundan da pisi isə heç qəlbi ələ
keçirməyə təşəbbüs də göstərmədən, hansı isə
gözəlin sadəcə cisminə sahib olmaq, öz şəhvətini
söndürmək üçün istifadə etmək və bu yolda
90
rəyasətdən, vəzifədən, var-dövlətdən yararlan-
maqdır.
Əlbəttə, burada da həm zahirən, həm də
nəticə etibarilə bir-birinə bənzəyən iki situasiya
əxlaqi baxımdan fərqləndirilməlidir. Birinci hal-
da, qarşı tərəf könüllü surətdə, heç bir inzibati və
ya digər asılılığı olmayan, hətta heç tanımadığı
adama pul müqabilində təslim olur. Gecə
klublarının çoxu bu məqsədlərə xidmət edir.
Burada qadın artıq konkret bir sosial-əxlaqi
statusda çıxış edir. Və belə yerə gedən kişi də
məhəbbət axtarmaq üçün yox, ancaq şəhvani
hissini təmin etmək üçün gedir. Onun mənəvi
təskinliyi də var ki, bu qadınları kluba o dəvət
etməyib və onların əxlaqı üçün məsuliyyət
daşımır. Qərbdə buna normal baxılır. Burada heç
kimin öz kimliyini gizlətməsinə ehtiyacı olmur.
Qərbdə belə hesab edilir ki, insan öz həyat
tərzindən utanmamalıdır. Utanılası əməllər onsuz
da
hüquq
müstəvisinə
keçir.
Hüquqla
məhdudlaşdırılmayan bir sfera var ki, onun daxi-
lində insan özünü tam azad hiss edə bilər. Yəni
əməllər hüquq və ağılla tənzim olunur.
Şərqdə isə əxlaqi normadan azca da kənara
çıxan əməllərin üstü açıldıqda hüquqda nəzərdə
tutulduğuna nisbətən daha ağır cəza verildiyindən
və ictimai tənbeh də həqarətli olduğundan,
insanlar özlərinin hissi və iradi zəiflik
məqamındakı əməllərini gizlətmək məcbu-
91
riyyətində qalırlar. Nəticədə pərdəarxası real-
lıqlardan fərqli olaraq hamı zahirdə başqa cür, –
«abırlı» görünməyə çalışır; cəmiyyət riyakarlaşır,
əxlaqi
baxımdan
kimin
kim
olduğunu
müəyyənləşdirmək xeyli çətin olur. Beləliklə,
əxlaq məsələlərində Şərqdə insanları riyakarlığa
sövq edən ictimai tənbehin və cəzanın əmələ
adekvat olmaması, tərbiyəedici yox, qəhredici
olmasıdır.
Lakin digər hal da var. Öz sosial-əxlaqi
statusuna görə «küçə qadını» olmayan, ailədə və
cəmiyyətdə müəyyən mövqe tutan gənc qıza,
hətta ana olan, ailəsi olan bir qadına qarşı təhrikçi
münasibət və bu zaman vəzifə səlahiyyətlərindən
sui-istifadə edilməsi, – bu, daha ezamiyyət
sərgüzəşti, gecə klubuna getmək və ya hansı isə
ailəsiz qadınla könüllü münasibət qurmaq deyil.
Bu, sadəcə əxlaqi səbatsızlıq da deyil; əxlaqi
pozğunluğun ifrat halı, əsl cinayətdir və Qərbdə
belə münasibətə, hətta «sadəcə» təşəbbüsə görə
ciddii hüquqi cəza nəzərdə tutulur. Bəli, bizim
bəyənmədiyimiz
Qərbdə
vəzifəli
şəxsin
tabeliyində olan işçiyə başqa gözlə baxması,
müəllimin öz tələbəsinə müsbət qiymət
müqabilində təmənnalı münasibət bəsləməsi
halları nəinki hüquqi məsuliyyətə cəlb olunur,
hətta cəmiyyət özü belə adamları Daşqalaq edir
və ən başlıcası, belə şey normal insanların heç
qəlbindən də keçmir; yəni Qərb bu məsələdə
92
hüquq və əxlaqın adekvatlığına nail ola bilmişdir.
Qadınlar da öz hüquqlarını gözəl bildiyindən və
qarşı tərəfin qeyri-əxlaqi rəftarına görə onun
əvəzinə
utanmaq
məcburiyyətində
olmadıqlarından
∗
, belə hallarda mütləq məh-
kəməyə müraciət edirlər.
∗
Fəal hüquq, hüquqi
mədəniyyətin yüksəkliyi nəticə etibarilə əxlaqı da
yönləndirir.
Yəni
kişi
qarşı
tərəfin
utandığındanmı, ya nədənsə susmayacağına əmin
olduğu üçün heç belə bir təşəbbüs də göstərmir.
Çünki cəzanın, ictimai tənbehin qaçılmaz
olduğunu bilir. (Tək bir Monika əhvalatı hamıya
görk deyildimi?). Tədricən bu qorxu əxlaqi
mövqeyi formalaşdırır, daha doğrusu peşə əxlaqı
Şərqdə qadın günahsız olanda, «abrını itirən»
kişidən daha çox qadın olur. Məhz bu sosial
ədalətsizlik, ayrı-seçkilik kişilərə bu üstün vəziyyətdən
sui-istifadə üçün meydan açır.
∗
Qərbdə (xüsusən ABŞ-da) qadınların bu hü-
ququ bəzən absurd səviyyəsinə qaldırılır və nəticədə
hətta şantaj üçün baza yaranır. Qadın istədiyi kimi
açıq-saçıq geyinə bilər, amma vəzifəli kişi sadəcə ona
diqqətlə («pis gözlə», yaxud hətta «yaxşı gözlə», –
fərqi yoxdur) baxsa, bu, qadının məhkəməyə müraciət
edib cərimə kəsdirməsi üçün yetərlidir. Həyat
şəraitinin yüksək olduğu Qərb ölkələrində hakimlər
qadınların öz «şef»lərini səbəbsiz yerə cərimə
etdirməsi üçün əsas görmədiklərindən, belə
məsələlərdə bir qayda olaraq qadınların xeyrinə qərar
çıxarırlar və bundan xeyli pul qazananlar da olur.
93
qərarlaşır və öz işçisi ilə «sərbəst» rəftar, ona
təmənnalı və ya sırtıq münasibət vəzifəli şəxsin
heç ağlına da gəlmir.
Bəs bizdə? Hüquq öz funksiyasını yerinə
yetirə bilmədiyindən və hüquqi mədəniyyət aşağı
olduğundan sırtıq münasibətlə üzləşən qadın nə
edəcəyini bilmir; ya ürək ağrısı ilə təhqirlərə
dözməli, ya iş tapmağın belə çətin olduğu bir
vaxtda «üzü sulu» işdən çıxmalı, ya da bunu
ərinə, qardaşına, atasına deməklə qan tökülməsinə
bais olmalıdır. Qərbdə ən optimal sayılan
məhkəməyə müraciət variantı isə heç ağıla da
gəlmir. «Kişilər» də məhz qadının bu «əlacsız»
vəziyyətindən, «özünü
biabır
etmək
istəməməsindən» sui-istifadə edirlər.
Əlbəttə, məhəbbət haqqındakı əsərdə
söhbət təhsil müəssisələrində, iş yerlərində gənc
qız və oğlanlar, subay kişi və qadınlar arasında
yaranan sağlam dostluq münasibətlərindən və ya
məhəbbətdən getsə, daha çox yerinə düşərdi.
Lakin yuxarıda baxdığımız neqativ hallar o
dərəcədə aktuallaşıb ki, biz bu kontekstdə
psevdoməhəbbətdən və hətta antiməhəbbətdən də
danışmaq məcburiyyətində qallırıq.
Təəssüflər olsun ki, poetik idealda eşqi
göylərə qaldıran, məhəbbəti saf, təmiz və hətta
müqəddəs duyğu kimi vəsf edən Şərq kişiləri
ictimai həyatın reallığına enəndə çox vaxt başqa
hava çalırlar. Görünür, burada ictimai rəyin
94
düzgün formalaşmaması və kişi ilə qadın arasında
məsuliyyət dərəcələrinin düzgün bölünməməsinin
də rolu vardır. Belə ki, elə bil bütün məsuliyyət
qadının üzərinə atılmışdır. Kişinin təhrikçi
münasibətindən daha çox, qadın zəifliyi məzəm-
mət olunur. Bizim fikrimizə görə isə güclü cinsin
nümayəndəsi olmaqla kişi daha çox məsuliyyət
daşımalıdır. Lakin günahın çoxu kişilərdən də çox
cəmiyyətdədir.
Naqis
cəmiyyətdə
yüksək
mənəviyyatın qorunması çətin olur.
Səbəblərdən biri də eşq ideologiyasının
reallıqdan çox uzaq olması, adi insanlar üçün
əlçatmaz olmasıdır.
Qərbdə evlənənlərin istifadəsində real
ictimai mühitdən, hakim mənəvi dəyərlər siste-
mindən, üstün ictimai rəydən, ailə iqtisadiyyatın-
dan, hətta psixoloji və fizioloji bilgilərdən çıxış
edən, əməli həyatda yararlı, mükəmməl bir ailə-
məhəbbət təlimi vardır. Bizimkilər isə məc-
nunluqla, yüksək eşq idealı ilə elə yüksəklərə
qalxıblar ki, buradan nəinki ailə həyatı, heç
ümumiyyətlə yer də görünmür. Real həyatda, ailə
münasibətlərində bu konsepsiya kara gəlmir.
Daha doğrusu, «aşiqlik istedadı», cəmiyyətin
fövqünə qalxmaq əzmi seçilmişlərin qismətidir.
Həm də bu seçilmişlər adi mənada xoşbəxt ola
bilməyərək, ancaq «cəfadan zövq almağa»
məhkumdurlar.
95
İnsanların böyük əksəriyyəti isə ictimai
mühitin, mövcud sosial reallığın bir hissəsidir.
«Normal insanların» məhəbbətləri də öz səviy-
yələrinə uyğun olur. Şərqdə isə «normal mə-
həbbət» konsepsiyası yaradılmayıb; görünür, bu
əskiklik sayılıb. Ona görə də, ailə quran gənclərin
zehnində və əməli istifadəsində onlara yardımçı
ola biləcək heç bir örnək, təlimat yoxdur. Bu
sahədə biz bəyənmədiyimiz qərblilərdən geri
qalırıq. Ailə isə ancaq qadınlarımızın fədakarlığı
sayəsində qorunub saxlanır.
Təəssüflər olsun ki, bizdə qadına ikili mü-
nasibət az qala normaya çevrilmişdir. Özümünkü
və başqası bölgüsü getmiş, əxlaqi eqoizm hakim
kəsilmişdir; «hər kəs ancaq öz ailəsinə
cavabdehdir».
Başqalarının haqq yolundan, əxlaq yolun-
dan uzaqlaşmasına biganəlik göstərilir və bəzən
hətta dəstək verilir. Bu «özgəyə» biganəlik hissi,
antimilli mahiyyət kəsb edən fərdiyyətçilik və
eqoizm özünü ancaq saf məhəbbət, izzəti-nəfs və
namus məsələlərində deyil, daha geniş dairədə
göstərir. Məmməd Araz da «Məndən ötdü,
qardaşıma dəydi…» şeirində diqqəti məhz bu
cəhətə yönəldir:
Səndən, məndən ötən zərbə
96
Vətən, Vətən, sənə dəydi…
1
Vətən isə təkcə torpaq deyil, ərazi deyil,
həm də milli mənəviyyat, milli namus və qey-
rətdir. Ətrafda milli-mənəvi ənənələr pozulursa,
məhəbbət ucuzlaşırsa, maddi ehtiyac ülvi hissləri
ayaq altına atırsa, Füzulinin, Aşıq Ələsgərin vəsf
etdiyi gözəllər mənən dəyərsizləşirsə, – və bütün
bunlar sənin Vətənində, ən yaxın ətrafında baş
verirsə, özünün də, övladlarının da gec-tez bu
xəstəliyə
mübtəla
olmayacağına
əminlik
haradandır? Axı, insan mühitdə formalaşır. Və bu
mühitdə «söymə nökər atama, söyərlər bəy atana»
timsalı da vardır.
Şair biganəlikdən danışır. Lakin bu mühitin
pozulmasında bilavasitə iştirak edən, əxlaqi
dəyərlərə, bakirə könüllərə qəsd edən «insanlar»
da var. Onlar bizim aramızda olmaqla yanaşı,
həm də «hörmət sahibləridir». Belə olan halda,
kimsə soruşa bilər ki, heç olmazsa özü düz
olmağa çalışan bu binəva «biganə»nin təqsiri
nədir?
Amma bütün məsələ də elə bundadır ki, əx-
laqi normalardan kənara çıxan pozğun adamlar,
naqislər, tüfeylilər hər yerdə ola bilər; lakin
cəmiyyət onları məzəmmət edir, islah etməyə
çalışır, cəzalandırır. Faciə o zaman baş verir ki,
1
Məmməd Araz. Seçilmiş əsərləri. B., «Çaşı-
oğlu», 2004, səh. 61.
97
cəmiyyət onları başa mindirir. Bu isə ancaq
biganəlik,
etinasızlıq
xəstəliyinə
tutulmuş
cəmiyyətdə mümkündür. Buna ancaq özünü,
özünün də ancaq bugününü düşünən, «burnunun
ucundan o tərəfi görə bilməyənlər» rəvac verə
bilər.
Özünü qorumaq istəyən, ilk növbədə məhz
ətrafını, yaşadığı mənəvi mühiti qorumalı
deyilmi? Özünü mənən yüksək görə bilmək üçün
yüksək mənəviyyatlı millətin nümayəndəsi olmaq
şərt deyilmi? Alçaldılmış və təhqir olunmuş
millətin övladı baş ucalığı, qəlb rahatlığı tapa
bilərmi? Qəlbində Vətən sevgisi, millət sevgisi
olmayan adamın şəxsi məhəbbətinə, ailə
sevgisinə inanmaq olarmı?
Bu sualların cavabını şair gözəl vermişdir:
Mən vətəni canım kimi sevərəm,
Ruhum, ətim, qanım kimi sevərəm.
1
Yaxud:
Vətəni sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz.
2
Lakin, əlbəttə, vicdansızlıq, biganəlik, milli
heysiyyatdan məhrumluq heç də hamıya aid
deyil. Hələ də millətin hər bir nümayəndəsinin
1
Abbas Səhhət. Əsərləri iki cilddə. I cild. B.,
1975, səh. 81.
2
Yenə orada, səh. 35.
98
şərəf və ləyaqətini özününkü hesab edən, hər bir
Vətən qızına alçaldıcı münasibətin qeyrətini
çəkən, Xocalı faciəsini də, Dubay ləkəsini də, əsir
düşən və ya maddi ehtiyac üzündən könlünü
satan, təhqir olunan hər bir qız-gəlinin izzəti-
nəfsini də özününkü sayan və qəlbi qübar
bağlayan, millətin bu böyük dərdini öz
çiyinlərində daşıyan və bu ağırlıqdan bir az xilas
olmaq üçün «mənə biganəlik öyrət, ürəyim», –
deyən, amma bir an da biganə ola bilməyən
Məmməd Arazlar nə yaxşı ki, hələ vardır…
Vardır?!
Gözümüzün qabağında zəmanə eşqi
ehtirasın ayağına verir. Yeni «aşiqlər» peyda olur
və dinə, millətə, adət-ənənəyə meydan oxuyur.
Həyat bayağılaşır. Böyük ideallar qərbləşmək
pərdəsi altında qurban verilir. Amma Qərb heç
biz sandığımız kimi deyil. Daha çox bayağılaşan
əslində çağdaş Şərqdir.
Dostları ilə paylaş: |