SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


VALİDEYNLƏRƏ ÖLÜMLƏRİNDƏN SONRA YAXŞILIQ ETMƏK -



Yüklə 3,12 Mb.
səhifə122/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   118   119   120   121   122   123   124   125   ...   330
VALİDEYNLƏRƏ ÖLÜMLƏRİNDƏN SONRA YAXŞILIQ ETMƏK - Əbu Useyd Məlik b. Rabia – radiyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında idik. Bir nəfər gəlib: «Ey Allahın Rəsulu! Valideyinlərim öldükdən sonra onlar üçün ölümlərindən sonra bir yaxşılıq varmı?» dedi. Peyğəmbər: «Bəli, dörd gözəl xislət vardır. Onlar üçün məğfirət və bağışlanma diləmək, vəsiyyətlərini yerinə yetirmək, onların sadiq dostlarına (yoldaşlarına) hörmət etmək, onlar tərəfindən olan qohumlarla əlaqələri möhkəmlən-dirmək»549. Əbu Hureyrə – radiyallahu anhu – rəvayət edir ki, ölümdən sonra ölünün dərəcəsi yüksəldilir. Ölü deyər ki: «Ey Rəbbim! Bu nəyə görədir?». Ona: «Övladın sənin üçün istiğfar (Allahdan məğfirət) dilədi»550. Əbu Hureyrə – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qul vəfat etdikdən sonra bütün əməllərinin savabı kəsilir. Üç əməldən başqa. Ardı kəsilməyən sədəqə (Sədəqəi Cariyə), İnsanları faydalandıran şərəfli elm, (valideyinləri üçün) dua edən saleh övlad»551. İbn Abbas – radiyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: «Ey Allahın Rəsulu! Mənim anam vəsiyyət etmədən vəfat etdi. Onun adından sədəqə versəm ona faydası olarmı?» Peyğəmbər: «Bəli!» deyə buyurdu552.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin