ATANIN YAXŞILIQ ETDİYİ KİMSƏYƏ ÖVLADIN YAXŞILIQ ETMƏSİ -İbn Ömər – radiyallahu anhu –rəvayət edir ki, səfərlərin birində bir bədəvi ərəb ilə rastlaşır. Bu bədəvinin atası Ömər – radiyallahu anhu –nun dostu idi. Bədəvi: «Sən filankəsin oğlu deyilsənmi?». İbn Ömər: «Bəli» dedi. Bu sözdən sonra İbn Ömər – radiyallahu anhu –ona bir miniyin verilməsini əmr etdi və başında olan əmmaməni çıxardaraq ona verdi. İbn Ömər – radiyallahu anhu –yanında olanlardan biri: «(Bədəvilər qənaətkardılar, aza da razı olurlar) ona iki dirhəm pul bəs etməzdimi?» dedi. İbn Ömər – radiyallahu anhu –Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu sözlərini dedi: «Atanın dostuna sadiq ol! (ona ikram et və sevgi göstər). Onunla yaxşılığı kəsmə, yoxsa Allah da (iman) nurunu söndürər»553. Ubadə əz-Zuraqi rəvayət edir ki, Amr b. Osmanla birlikdə Mədinə məscidində oturmuşdum. Abdullah b. Səlam bizim yanımıza qardaşı oğluna söykənərək gəldi. Abdullah üç dəfə: «Ey Amr b. Osman, nə istəyirsən?». Muhəmmədi haqq ilə göndərənə and olsun ki, bu qüdrətli və əzəmətli Allahın kitabındandır. Atanın dostları ilə əlaqəni kəsmə ki, nurun sönməsin.554 İbn Ömər – radiyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: Yaxşılıqların ən yaxşısı övladın öz atanın dostu olanlara yaxşılıq etməsi (əlaqələri möhkəmləndirməsidir)»555.