SƏLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3.92 Mb.
səhifə2/42
tarix25.12.2016
ölçüsü3.92 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   42

BÖYÜK VƏ KİÇİK GÜNAHLAR

Sələfi Salih və sonra gələnlərin görüşü budur ki, Kitab və Sünnədən alınan dəlillərdən də göründüyü kimi günahlar: Böyük (kəbair) və Kiçik (səğair) olaraq ikiyə ayrılır. «Əgər siz inkar edilmiş böyük günahlardan uzaqlaşa bilsəniz, Biz sizin kiçik günahlarınızı bağışlayarıq». (ən-Nisa 31). Bu ayədən də göründüyü kimi Quranla günahlar böyük və kiçik olaraq ikiyə ayrılır. İmam Qazali rahmətullahi aleyhi deyir ki: «Şəriətdən də göründüyü kimi böyük və kiçik günahlar arasındakı fərqi inkar etmək doğru deyildir»26. «Kim ki, kiçik günahlara yol verib, lakin böyük günahlardan və əxlaqsızlıqdan uzaq durar. Həqiqətən sənin Rəbbin böyük bağışlayandır». (ən-Nəcm 32). Ayədə keçən LƏMƏM – kiçik günahlar. Kiçilmiş əməllər mənasıdadır. Bu da kiçik günahların böyük günahlardan başqa bir şey olduğunu bəyan edir. «Allah sizə küfrü, fusqu və üsyanı çirkin göstərdi». (əl-Hucurat 7). Allah bu ayədə günahları üç mərtəbəyə ayırdı. Küfr, Fısq və üsyan. «(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Muhəmməd! O zaman) günahkarların orada yazılmış öz pis əməllərindən qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır! Onlar etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!». (əl-Kəhf 49). Bu ayədə istər böyük olsun, istər kiçik insanın etdiyi hər bir şeyin yazıldığı bildirilmişdir.

Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Beş vaxt namaz, Cümədən digər cüməyə qədər, Ramazandan digər Ramazana qədər olan vaxtda böyük günahlardan çəkindiyin təqdirdə aralarında keçən (kiçik) günahlara kəffarədir»27. Əgər insan böyük günahlardan çəkinərsə kiçik günahlara kəffarətdir. Bu şərtdir ki, insan böyük günahlar işləməsin ki, onun kiçik günahları bağışlansın. Əgər insan iki cümə arasında qeybət edirsə artıq bu şərti pozmuş olur. Belə bir halda kiçik günahları da bağışlanmır. Günahlara kəffarə olan bu əməllərin üç dərəcəsi vardır. BİRİNCİ - Bu əməllər zəifliyinə, onda olan ixlasın zəifliyinə və əməlin haqqı ilə yerinə yetirilməməsi səbəbi ilə heç kiçik günahları da belə silməyə kifayət olmasın. Necə ki, xəstə bir insana zəif, onun xəstəliyinə müqavimət göstərə bilməyən bir dərman verirsən. Dərman da zəif olduğuna görə onun xəstəliyini aradan qaldıra bilmir. Həmçinin bu əməllərdə zəif olduğuna görə o, kiçik günahları da belə qaldıra bilmir. İKİNCİ - Əgər yaxşı olarsa kiçik günahlara müqavimət göstərir. Lakin böyük günahları silmək dərəcəsinə çatmır. ÜÇÜNCÜ - Bu dərəcədə edilən ibadət isə güclü olduğuna görə həm kiçik günahları silir, həm də bəzi böyük günahları silir. Bu haqda dərindən düşün, çünkü bu səndə olan bir çox problemləri qaldırar.

Abdullah b. Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dən Allah qatında günahların hansının daha böyük olduğunu soruşdum. O, buyurdu: «Səni yaratdığı halda Allaha şərik qoşmaq». Mən: «Sonra hansıdır?» deyə soruşdum. O: «Yeməyinə ortaq olar qorxusuyla uşağını öldürmək» deyə buyurdu. Mən: «Sonra hansıdır?» deyə soruşdum. O: «Qonşunun xanımı (yoldaşı) ilə zina (yaxınlıq) etmək» deyə buyurdu28. Əbu Bəkrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizə böyük günahların ən böyüyündən xəbər verimmi? (Bunu üç dəfə təkrar etdi)». Onlar: «Bəli, ya Rəsulullah» dedilər. O: «Allaha şərik qoşmaq, ata-anaya asi olmaq və yalançı şahidlik (və ya yalan söz)». Peyğəmbər sallallahu aleyhi və səlləm yaslanmış olduğu halda qalxdı və oturdu. Yalan şahidlik! Bu sözünü o, qədər təkrar etdi ki, (biz qorxumuzdan) kaşki susardı dedik»29.

Beləcə Uca Allah kiçik günahların böyük günahlardan çəkinmək və xeyirli işlər etməklə bağışlanacağını xəbər vermişdir. Əbu Zərr Cundub b. Cunədə və Əbu AbdurRahmən Muaz b. Cəbəl - radiyallahu anhum rəvayət edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Harda olursansa ol, Allahdan qorx və pis əməldən sonra dərhal yaxşı əməl et ki, onu silsin və insanlarla gözəl əxlaqla davran»30. Səhih hədislərdə isə: Dəstəmaz almaq31, məscidə getdikdə atılan hər bir addım32, beş vaxt namaz33, cümədən cüməyə, Ramazandan digər Ramazana qədər34, Ramazan ayını qiyamla keçirmək35, qədr gecələri36, Aşura orucu və daha nə qədər əməllər kiçik günahlar üçün bir kəffarədir.

Göründüyü kimi günahların böyüyü və kiçiyi olur. Quran, Sünnə, səhabələrin icması, tabiinlərin, imamların icması dəlalət etmişdir ki, günahların böyüyü və həmçinin də kiçiyi olur37.

Elm əhlindən bir qrupu isə günahın böyüklüyünü və kiçikliyini qəbul etmədilər. Dedilər ki: «Bütün günahlar böyükdür». Hər hansı bir günaha kiçik deyilməsini pis qarşıladılar. Çünki hər hansı bir günah Allahın əzəmətinə qarşı edildiyi üçün böyükdür. Ənəs - radıyallahu anhu deyir ki: «Sizlər bir çox əməllər (günahlar) edirsiniz ki, onlar sizin gözlərinizdə tükdən incədir. Lakin bizlər Peyğəmbər sallallahu aleyhi və səlləm in zamanında onları həlak edici günahlar sayırdıq»38. İbn Abbas - radıyallahu anhu deyir ki: «Nəhy edilən hər bir əməl böyük günahdır. Allaha üsyan olan hər bir hərəkət böyük günahdır»39.
BÖYÜK VƏ KİÇİK GÜNAHIN TƏRİFİ

Onlar deyirlər ki: «Allahın Quranda qadağan etdiyi hər bir günah böyük, Rəsulullahın Sünnədə qadağan etdiyi isə kiçik günah sayılır». Bir qrup da: «Qadağan olunan günaha hədə, cəza, lənət, qəzəb, bizdən deyildir gələrsə bu böyük günahdır, bunlar gəlməzsə bu kiçik günah sayılır». Digər qrup: «O, günaha görə dünyada hədd, axirətdə əzab varsa böyük günah, dünyada hədd, axirərtdə isə əzab yoxdursa kiçik günah sayılır». Digər qrup: «Əgər bu günah haqda şəriətlər ittifaqa gəliblərsə ki, bu böyük günahdır deməli bu böyük günah, yox əgər bir şəriətdə böyük, digərində kiçik günah sayılırsa onda kiçik günahdır». Digər qrup: «Allah və Rəsulunun lənət etdiyi hər bir günah böyükdür». Digər qrup: «Nisa surəsinin əvvəlindən bu ayəyə qədər zikr edilənlər böyük günah-lardır: «Əgər siz inkar (qadağan) edilmiş böyük günahlardan uzaqlaşa bilsəniz, Biz sizin kiçik günahlarınızı bağışlayarıq». (ən-Nisa 31).

Günahları böyük və kiçik deyə ayırmayanlar demişlər: Günahların nə böyüyü vardır, nə də kiçiyi. Çünkü sən hər ikisində də Allaha qarşı çıxmış olursan. Asilik tərəfdən fərq olmur. Çünkü sən hər ikisində də Allaha qarşı çıxmış olursan. Onlar deyirlər: «Günahlar Allaha zərər verməz və O bundan faydalanmaz. Buna görə Allah üçün bunların bəzisi digərindən böyük olmaz. Elə isə ortada yalnız Ona üsyan etmək və əmrinə müxalif olmaq qalır. Buna görə də günahların arasında fərq olmaz». Bir qrup da deyir: «Qul günahın böyüklüyünə və kiçikliyinə baxmasın. Lakin asi olduğu Zatın əzəmətinə, qüdrətinə və günahı etməklə asiliyinə baxsın. Bu da günahlar arasında heç bir fərqin olmadığına görədir. Əgər hökmüdar kölələrindən birini mühüm bir iş üçün uzaq bir bölgəyə göndərsə, digər bir köləsini də sarayının yanında olan mühüm bir iş üçün göndərsə və bunların hər ikisi də ona üsyan edib əmrinə müxalif olsalar ikisinə də qəzəblənməsi və gözündən düşmələri eyni olar».

Lakin səhih odur ki, günahın böyüyü də, kiçiyi də vardır. İbn Abbas - radıyallahu anhu da bu günahları ayırmış və böyük günaha da tərif verərək demişdir ki: «O, günah ki, onu qurtarar hədd (qamçılanmaq, əl kəsmək, daş-qalaq və s.), hədə, əzab, od və lənət gələrsə bu böyük günahdır»40. İbn Atiyyə və İbnus Salah rahmətullahi aleyhi deyirlər ki: «Böyük günah həd (cəza) və ya haqqında Cəhənnəmlə təhdid olan, haqqında lənət ediləh hər bir əməldir»41. İmam Qazali rahmətullahi aleyhi deyir ki: «Kişinin qorxu olmadan və peşmanlıq çəkmədən, vicdan hissi çəkmədən və cəsarətlə etdiyi xəta böyük günahdır. Nəfsinə uyan, peşmanlıq çəkərək, üzülərək, vicdan hissi çəkərək edilən xəta böyük günah deyildir»42. Bu tərifə etiraz olunaraq deyilir ki: «İnsan böyük günah olduğunu bilərək bir günah edər, bunu edərkən qorxsa, onu etməkdən peşmançılıq çəksə o, əməl böyük günah olmaqdan çıxmaz». İmam Qurtubi rahmətullahi aleyhi deyir ki: «Bir günah ki, şəriət ona böyük bir cəza təqdir edərsə böyük günah. Bundan başqaları isə kiçik günahdır»43.


BÖYÜK GÜNAHLARIN SAYI

Alimlər böyük günahların sayı olub olmadığı barəsində ixtilaf edərək iki görüşə ayrılıblar: BİRİNCİ Böyük günahlarda say olduğunu qeyd edənlər də sayında ixtilaf etmişlər: İbn Məsud - radıyallahu anhu deyir ki: «Dördür», İbn Ömər - radıyallahu anhu deyir ki: «Yeddidir», Abdullah b. Amr - radıyallahu anhu deyir ki: «Doqquzdur», İbn Abbas - radıyallahu anhu deyir ki: «Onlar yeddi yüzə yaxındır»44, İmam Zəhəbi rahmətullahi aleyhi «Yetmiş beş».

Əbu Talib əl-Məkki rahmətullahi aleyhi deyir ki: «Mən bu böyük günahları səhabələrin sözlərindən götürərək cəm etdim və gördüm ki, dördü qəlbdədir: 1. Allaha şirk qoşmaq. 2. Günah üzərində israr etmək. 3. Allahın rəhmətindən ümüd üzmək. 4. Allahın məkrinə əmin olmaq. Dördü də dildədir: 1. Yalan şahidlik. 2. İffətli qadınlara böhtan. 3. Yalan and. 4. Sehr. Üçü də qarınla əlaqədardır: 1. İçki içmək. 2. Yetim malını yemək. 3. Riba (faiz). İkisi də övrət yeri ilə əlaqədardır: 1. Zina. 2. Lut qövmünün əməlini etmək. İkisi də əllə bağlıdır: 1. Öldürmək. 2. Oğurluq. Biridə ayaqla: 1. Döyüş meydanından qaçmaq. Biridə vardır ki, bütün bədənlə əlaqədardır: 1. Valideyinlərə ağ olmaq»45.

Peyğəmbər sallallahu aleyhi və səlləm in buyurduğu kimi: «Yeddi həlak edici günahlardan çəkinin, sizə böyük günahların ən böyüyünü xəbər verimmi? və s. böyük günahlardan bəhs edən hədislər onu göstərir ki, böyük günahların sayı çoxdur. Bir hədisdə yeddisindən söhbət gedirsə, digərində doqquzundan və başqa böyük günahlardan bəhs edilir. Daha doğrusu böyük günahların sayı və sərhədi bəlli deyildir.



İKİNCİ Böyük günahlarda say olmadığını qeyd edənlər isə deyirlər ki, bu haqda ayə və hədislərdə müəyyən say gəlməmişdir.
KİÇİK GÜNAHLARDA İSRAR ETMƏYİN HÖKMÜ

Günahlarda israr etmək, onlara qapanmaq, davam etmək, onları tərk etməmək, onlardan tövbə etməmək və istiğfar diləməmək, qəlbən günaha bağlanmaq, və ya onları etməkdən sevinc duymaq məsələsinə gəlincə, Əhli Sünnə vəl Cəmaata görə bunun hökmü böyük günahları edən kimsənin hökmü kimidir. Belə bir kimsənin sonunun pis olmasından qorxulur. Çünki onlara görə günahlar küfrün dəhlizidir. Bunlar ondan qaynaqlanır və sonda ona səbəb olur. Buna görə də sadiq iman sahibi olan müsəlman bir qul həlak edici böyük günahdan da, əhəmiyyət vermədiyi kiçik günahdan da şiddətlə çəkinməsi lazımdır.



Kiçik günahları etməkdə cürətli olan kimsə gün gəlir böyük günahlar da edər. Lakin kiçik günahlardan uzaq duran kimsə isə böyük günahlardan da uzaqlaşmış olur. Eyni şəkildə şübhəli şeylərdən qaçan bir kimsə haramlardan da qorunmuş, lakin heç çəkinmədən şübhəli şeylərə gedən kimsə açıq olan bir günaha da düşməsi yaxındır. Günahlara, kiçik günahlara çox qapanmaq və etmək - Allah qorusun küfrə və mürtədliyə düşməyə yol aça bilir. Çünki günahlarda israrlı olmaq, onları tərk etməmək bu günahlar sahibinin qəlbini işğal etməyə və ondan imandan heç bir şey qalmamasına qədər aparıb çıxarda bilər. «Bəli günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər Cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar». (əl-Bəqərə 81). «O, müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar gördükləri işin (pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar». (Ali İmran 135). İmam Buxari rahmətullahi aleyhi öz məşhur Səhih əsərində belə bir bab açmışdır: «Kiçik görülən günahları xəfif görməkdən çəkinmək». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kiçik günahlardan çəkinin. Kiçik günahların misalı bir vadiyə enmiş bir topluluğa bənzər ki, onlar yemək bişirmək üçün odun toplayırlar. Bunlardan biri bir odun, digəri isə bir odun gətirir və nəhayət yeməklərini hazırlayacaq qədər odun toplanır. Günahları kiçik görməkdən çəkinin. Çünki bunlar bir kimsədə olarsa onu həlaka sürükləyərlər»46. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qul bir günah etdiyi zaman qəlbinə qara bir nöqtə düşər. O, günahdan çəkinib tövbə edər və istiğfar diləyərsə o, nöqtə silinər və qəlbi yenə də parlayar. Eyni günahı təkrar etdiyi zaman o, qara nöqtə artar. Nəhayət bütün qəlbini tutar. Allahın ayəsində olan: «Xeyr, əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır». (əl-Mutaffifin 14) budur»47. İbn Abbas - radıyallahu anhu deyir ki: «Tövbə-istiğfarla birlikdə böyük günah olmaz. İsrarla birlikdə kiçik günah olmaz»48. İbn Məsud - radıyallahu anhu deyir ki: «Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə düşəcəyindən qorxar. Günahı kiçik görən facir isə işlədiyi günahı burnun üzərinə qonan milçək kimi görər»49. Çünki günah qulun gözündə nə qədər böyüyərsə Allah qatında o, qədər də kiçilər və qul günahı nə qədər xəfif sayarsa Allah qatında da o, qədər böyüyər. Günahın qulun gözündə böyüməsi, qəlbində ondan xoşlanmadığını göstərir. Möminin gözündə günahın böyüməsinin səbəbi Allahın ucalığını bilməsindən ötrüdür. Çünki o, insan üsyan etdiyi Allahın ucalığına baxdıqca kiçik bir günahı da belə böyük bir günah olaraq görər. Əbu Hureyrə, AbdurRahmən b. Saxr - radiyallahu anhum rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim: «Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun, nəyi sizə əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin. Şübhə yox ki, sizdən əvvəlki ummətləri çox sual vermələri və peyğəmbərlərinə müxalif olmaları məhv etdi»50. Peyğəmbər sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim: «Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun» deyə buyurmuş və burada kiçik günah, böyük günah deyə ayıraraq fərq qoymamışdır. Günahlardan çəkinməyi əmr etmişdir. Buna görə də pislik yalnız yaxşılıqla dəf edilir: «Sən pisliyi yaxşılıqla dəf et». (əl-Muminun 96). İbn Qudamə rahmətullahi aleyhi deyir ki: «Bir dəfə edilərək bitmiş və bir daha edilməyən böyük bir günahın əff edilmə ümüdü, davamlı surətdə edilən kiçik bir günahın əff edilmə ümüdündən daha çoxdur. Buna bir daşın üstünə damla-damla düşən su damcısını misal çəkmək olar. Bu damlalar o, daşda iz salar. Lakin o, damlalar bir dəfəsində onun üstünə düşsəydi heç bir zərəri olmazdı. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allahın ən çox sevdiyi əməl az da olsa davamlı olanıdır»51. Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Ey Aişə! Kiçik görülən günahlardan çəkin! Çünki Allah tərəfindən onları yazmaqla əmr edilmiş (bir mələk) vardır»52. Ənəs - radıyallahu anhu deyir ki: «Sizlər bir çox əməllər (günahlar) edirsiniz ki, onlar sizin gözlərinizdə tükdən incədir. Lakin bizlər Peyğəmbər sallallahu aleyhi və səlləm in zamanında onları həlak edici günahlar sayırdıq»53. Ənəs - radıyallahu anhu nun söylədiyi tükdən incə sözü incə kəliməsindən törədilmiş İsmi tafdildir. Bu kəlimə əhəmiyyət verilməyəсək xəfif görsənən əməlləri ifadə edir. Yəni sizlər xəfif düşündüyünüz elə əməllər edirsiniz ki, onlar əslində böyükdür, ya da nəticəsi ağırdır. İbn Battal rahmətullahi aleyhi deyir ki: «Kiçik günahlar davamlı etmək çoxaldıqda böyük günaha dönür. Əbu Əyyub əl-Ənsari - radıyallahu anhu deyir ki: «Birisi etdiyi bir yaxşılığa görə sevinir, kiçik günahları da unudur. Beləcə Allahın hüzuruna kiçik günahlara batmıış bir şəkildə gəlir. Başqa birisi də pis bir əməl edər və ondan ötrü də qorxuya düşər və Allahın hüzuruna arxayın çıxar»54.

KİÇİK GÜNAHLARIN BÖYÜK GÜNAHLARA DÖNƏ BİLMƏ SƏBƏBLƏRİ

1. Günahı kiçik görmək və ona əhəmiyyət verməmək. Bilal b. Sad deyir ki: «Günahın kiçikliyinə deyil, üsyan etdiyin zatın böyüklüyünə bax»55. Çünkü günah qulun gözündə nə qədər böyüyərsə Allah qatında o, qədər kiçilər və qul günahı nə qədər xəfif görərsə Allah qatında da o, qədər böyüyər. Çünkü günahın qulun gözündə böyüməsi qəlbinin ondan xoşlanmadığını göstərir. İbn Məsud - radıyallahu anhu deyir ki: «Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə düşəcəyindən qorxar. Günahı kiçik görən facir isə işlədiyi günahı burnun üzərinə qonan milçək kimi görər»56. Möminin gözündə günahın böyüməsinin səbəbi Allahın ucalığını bilməsindən ötrüdür. Çünki o, insan üsyan etdiyi Allahın ucalığına baxdıqca kiçik bir günahı da belə böyük bir günah olaraq görər. 2. Onlarda israrlı olmaq və davamiyyətli olaraq etmək. 3. Günahı edərkən sevinmək və onunla öyünmək. Məs: «Gördünmü filankəsi necə aldatdım, necə köhnə malı ona sırıdım və ya gördünmü filankəsin gizli əməllərini açaraq onu rəzil etdim» və s. 4. Günahı etdikdən sonra açıq şəkildə bunu bəyan etmək. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətimin hər bir üzvü (Allah) tərəfindən əff olunmuşdur. Yalnız aşkara günah edənlərdən başqa. Onlar əff olunmamışlar. Günahı aşkara edənlərdən biri gecə vaxtı günah edər. Sonra Rəbbi o, günahı insanlaın gözündən örtmüş olduğu halda səhərə çıxar. Səhəri o, qul: «Ey filan! Mən bu gecə belə-belə günahlar etdim» deyər. Halbuki Rəbbi onun günah işini örtbasdır edərək gecələmişdir. Səhəri isə Allahın örtdüyü gizlilik pərdəsini qaldırmışdır»57. 5. Günah edən kimsə. Ona uyan bir alim, elm tələbəsi olarsa. Görürsən ki, cahillərin çoxu tanıdıqları elm əhlindən kimisə misal çəkərək: «Sən ondan daha yaxşı biləcəksən» deyirlər. 6. Allah qorxusunun olmaması və Allahı ciddi qəbul etməmək. İbn Əbil İzz rahmətullahi aleyhi deyir ki: «Bəzən həya, qorxu və günahı gözündə böyütmək kimi hallar içində edilən böyük günah kiçik günahlara daxil olur. Bəzən də həya və qorxu azlığı, günahı kiçik görmək kimi hallar kiçik bir günahı böyük günahlara daxil edir. Buna səbəb isə qəlbin əməlidir»58.



BÖYÜK GÜNAH EDƏNİN HÖKMÜ

Əhli sünnə vəl Cəmaata görə böyük günah edən üçün iki hökm vardır.

1. DÜNYADAKI HÖKMÜ: Əbu Hureyrə radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olduğu halda zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğru, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»59. Belə bir şəxsin imanı əskik bir mömindir və ya imanı ilə mömin, etdiyi günahı səbəbi ilə fasiqdir. Bu vəziyyətdə ona nə mütləq olaraq iman adı verilir, nə də mütləq olaraq ondan iman adı alınır. Yəni Əhli Sünnəyə görə belə bir kimsənin iman adı qaldırılmaz. Mötəzilə və Xəvariclərin dedikləri kimi onun əbədi olaraq Cəhənnəmlik olduğunu deməzlər. Günah işləyən kimsənin imandan çıxmadığını da ittifaq ilə qəbul etmişlər. Əksinə belə bir kimsə Allahın mərhəmətinə qalmışdır, dilərsə onu bağışlayar, dilərsə əzab edər. İmam Əhməd rahmətullahi aleyhi dən murciyəlilərə aid sual soruşulduqda belə cavab vermişdir: «Bizlər diyirik ki, iman söz və əməldir. Artar və əskilər. Bir kimsə zina edər, içki içərsə imanı əskilər»60. O, əksik imanlı bir mömindir. İmanıyla mömin, günahına görə isə fasiqdir. Əgər bir həd, cəza olmayan cinsdən bir günah etmişsə və sonra da bundan ötrü tövbə etmişsə Allah lütfü və kərəmiylə onun tövbəsini qəbul edər. Əgər etdiyi günah həd, cəzası olan bir günahdırsa bu onun üçün bir kəffarə olur.

2. AXİRƏTDƏKİ HÖKMÜ: Əgər tövbə etməmişsə o, kimsə Allahın iradəsi altında olur. Onun işi Allaha qalmışdır. Dilərsə onu bağışlayar, dilərsə cəzalandırar. Bu da Allahın ədalətindəndir. Çünki o, kimsə cəzanı haqq etmiş, lakin atəşdə əbədi qalmağı haqq etməmişdir. Zərrə qədər də sahib olduğu imanına görə Cəhənnəmdən çıxacaqdır. Buna görə də Əhli Sünnə imanın əslini qaldıran günah istisna olmaqla heç bir günahdan ötrü Qiblə əhlini təkfir etməzlər. Ubadə b. Samit - radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ərafə günü səhabələr-dən bir toplum olduğu halda buyurdu: «Allaha heç bir şeyi şərik qoşmamaq, oğurluq etməmək, zina etməmək, uşaqlarınızı öldürməmək, yalanla heç kimsəyə iftira atmamaq, haram olmayan heç bir xüsusda itaətsizlik etməmək üzərə mənə beyət edin. Kim bunları yerinə yetirərsə əcrini vermək Allaha aiddir. Kim də bu şeyləri etdikdə başına bir müsibət gələrsə və sıxıtıya düşərsə bu onun üçü bir kəffarədir. Hər kim də bu günahlarda birini edərsə onun işi Allaha qalmışdır. Dilərsə onu bağışlayar, dilərsə cəzalandırar61. Əbu Zərr radıyallahu anhu – rəvayət edir ki, bir gün Rəsulullah sallallahu aleyhi və səlləm ilə birlikdə Mədinənin qara daşlı sahəsi ilə gedirdik. Uhud tərəfə döndükdə o, mənə buyurdu: «…Yerində qal! Mən gəlmədikcə heç bir tərəfə tərpənmə deyib qaranlıq gecədə gözdən itənə qədər irəlilədi. Bir müddətdən sonra mən gurultulu səslər eşitdim. Kiminsə Peyğəmbər sallallahu aleyhi və səlləm in üzərinə hücum edib ona zərər yetirməsindən qorxduğum üçün qərara gəldim ki, səs gələn tərəfə gedim. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm in mənə dediyi sözlər yadıma düşdü və o, geri qayıdana qədər yerimdən tərpənmədim. O, qayıtdıqda mən dedim: «Ya Rəsulallah! Məni qorxudacaq səslər eşitdim» deyib eşitdiklərimi ona danışdım». O: «Sən həqiqətəndə bu səsləri eşitdin». Mən: «Bəli, ya Rəsulallah!». O: «O, Cəbrail əleyhissəlam idi. Mənə müjdə verərək dedi: «Ümətindən Allaha heç bir şeyi ortaq qoşmayaraq ölən hər kəs Cənnətə girəcəkdir». Mən: «Zina və oğurluq etsə də?» O: «Zina və oğurluq etsə də?» deyə cavab verdi62.


BÖYÜK GÜNAHLARIN ƏLAMƏTLƏRİ

1. O, günah ki, ona hədd vardır (əl kəsmək, daşqalaq və s.). 2. Böyük günah olaraq isimləndirilmişdir: Abdullah b. Amr - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizə nəyin böyük günah olduğunu xəbər verimmi?»63. 3. Həlak edici olaraq adlandırılması: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həlak edici yeddi şeydən çəkinin»64. 4. Günahın həyasızlıq, çirkin və iyrənc bir iş olaraq adlandırılması: «Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Əlbəttə bu çox pis işdir və (Allahın qəzəbinə səbəb olan) çirkin bir yoldur». (ən-Nisa 22). 5. Günahın şeytan əməli olaraq adlandırılması: «Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız». (əl-Maidə 90). 6. Günahın fısq deyə adlandırılması: İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Müsəlmanı söymək fasiqlikdir, onunla vuruşmaq isə küfrdür»65. 7. Günah edənə Allah tərəfindən hərb elan edilməsi: «Əgər belə etsəniz o, zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girdiyinizi bilin!». (əl-Bəqərə 279). Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz Rəbbindən buyurdu: «Kim mənim dostumla düşmənçilik edərsə mən də ona müharibə elan edərəm»66. 8. Günah edənin Allah və Rəsulu tərəfindən lənətlənməsi: İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qadınlara bənzəməyə çalışan kişilərə və kişilərə bənzəməyə çalışan qadınlara lənət etdi»67. 9. Günah edən kimsənin üzünə Allahın baxmayacağının ifadə edilməsi: İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Təkəbbürlənərək paltarını yerlə sürükləyən kimsənin üzünə Allah Qiyamət günü baxmaz»68. 10. Günah edənin Cənnətə girməyəcəyinin ifadə edilməsi: İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qəlbində zərrə qədər təkəbbürlük olan Cənnətə girməz»69. 11. Günah edənin mömin olmayacağının ifadə edilməsi: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Vallahi iman etmiş olmaz! Qonşusu onun şərrindən əmin olmayan kimsə»70. 12. Günah edən bir kimsəyə Allahın qəzəb edəcəyinin ifadə edilməsi: İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Müsəlman bir kimsənin malını əlindən almaq üçün yalan yerə and içən kimsə Allahın qəzəbinə uğrayaraq Onun hüzuruna çıxar»71. 13. Günah edənin küfr və ya şirklə ifadə eilməsi: Bureydə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bizimlə onlar arasında fərq namazdır. Hər kim onu tərk edərsə küfr etmiş olar»72. 14. Günah edənin xüsran ilə ifadə edilməsi: «Yaxud o, məmləkətin əhalisi Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allahın bu yolla dolaşdırıb bəla toruna salmayacağına xüsrana uğrayanlardan başqa heç kəs əmin olmaz». (əl-Əraf 99). 15. Günah edənin sapıqlıqla ifadə edilməsi: «Rəbbinin rəhmətindən doğru yoldan sapandan başqa kim ümüd kəsə bilər». (əl-Hicr 56). 16. Günah edənin bizdən deyildir sözü ilə ifadə edilməsi: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bizi aldadan bizdən deyildir»73. 17. Günah edənin Cəhənnəmdə əbədiyyən qalmasının ifadə edilməsi: «Kim qəsdən bir mömini öldürərsə içində əbədiyyən qalacağı Cəhənnəmdir». (ən-Nisa 93). 18. Günah edənin yerin dibinə keçrilməsi ilə ifadə edilməsi: İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən öncəki ümmətlrdən bir nəfər təkəbbürlü olaraq yeridiyi halda yerin dibinə keçrildi…»74. 19. Günah edənin halınınn soruşulmamasını bildirən günahlar: «Cəhənnəmliklərin halını heç soruşma». (əl-Bəqərə 119). 20. Günah edənə Allahın düşmən olması ilə ifadə edilməsi: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz Rəbbindən buyurdu: «Mən Qiyamət günü üç kimsəyə düşmənəm. Mənim adımla söz verim və yerinə yetirməyən insan. Azad bir insanı qul kimi satıb pulunu da yeyən kimsə və bir də işçini öz işi üçün işlətdikdən sonra pulunu verməyən kimsəyə»75. 21. Günah edənin Cənnətin iyini belə hiss etməyəcək: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Allah rizası üçün öyrəniləcək bir elmi sırf dünyaya sahib olmaq üçün öyrənərsə o, kimsə Qiyamət günü Cənnətin iyini də belə hiss etməz»76. 22. Günah edənə Veyl kəliməsinin ifadə edilməsi: «Vay halına çəkidə və ölçüdə aldadanların!». (əl-Mutəffifin 1). 23. Günah edənin əməlinin boşa çıxması: Bureydə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim əsr namazını tərk edərsə əməli boşa çıxar»77. 24. Günah edənin Qiyamət günü edə bilməyəcəyi bir işlə mükəlləf edilməsi: İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim görmədiyi bir yuxunu gördüm deyə danışarsa Qiyamət günü iki arpa dənəsini bir-birinə dügünləməklə əmr edilir. Lakin o, bunu əsla edə bilməz. Kim bir topluluğun söhbətlətinə onlar istəmədikləri halda oğrun-oğrun qulaq asarsa (öyrənməyə çalışarsa) Qiyamət günü qulaqlarına qurğuşun tökülər. Kim də hər hansı bir canlı şəkil və (heykəl) çəkərsə Qiyamət günü çəkdiklərinə can verilməsi əmr edilər. Lakin o, bunu əsla edə bilməz»78.


1   2   3   4   5   6   7   8   9   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə