QOHUMLUQ ƏLAQƏLƏRİNİ TƏRK EDƏNİN GÜNAHI - Cubeyr b. Mutim – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurdu: «Qohumluq əlaqələrini kəsən kimsə Cənnətə girməz»572. Əbu Hureyrə – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qohumluq əlaqəsi Rahmən isminin bir hissəsidir». Rahim: «Ya Rəbb! Mənə zülm edildi. Ya Rəbb! Mən tərk edildim. Ya Rəbb! Mənə (filan), mənə (filan haqsızlıq, zülm) edildi». Allah: «Səni kəsəni kəsməyimə, birləşdirəni də birləşdirməyimə razı olmazsanmı?»573. Səid b. Səman rəvayət edir ki, uşaqların və səfehlərin hakim olmasından (başçı seçilməsindən) Əbu Hureyrə – radiyallahu anhu – nun Allaha sığındığını eşitdim. İbn Həsən əl-Cuheyni deyir ki, mən Əbu Hureyrə – radiyallahu anhu – dan bunu soruşdum: Əbu Hureyrə: «(Bunun əlamətləri) qohumluq əlaqələrinin tərk edilməsi, (insanların) azğına itaət etmələri və mürşidə (elm və haqq yolunu öyrədənə) üsyan edilməsidir»574. Abdullah b. Amr – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qohumluq əlaqələrini qarşılıqlı olaraq saxlayan kəs, əlaqə quran bir kimsə sayıla bilməz. Həqiqi əlaqə saxlayan o, kimsədir ki, qohumu onunla əlaqələri kəssə də belə o, kimsə əlaqələri yenidən qurmağa çalışır»575. Əbu Əyyub Süleyman (Osman – radiyallahu anhu – nun köləsi) rəvayət edir ki, cümə axşamından cüməyə keçən gecə Əbu Hureyrə – radiyallahu anhu – bizə gəldi və dedi: «Qohumluq əlaqələrini tərk edən kimsə varsa ayağa qalxsın onu tənbeh edəcəyəm». O, bu sözləri üç dəfə təkrar etdi, lakin heç kəs dillənmədi. Sonra bir cavan iki ildən bəri əlaqələrini kəsdiyi bibisinin yanına gəldi. Bibisi: «Ey qardaşım oğlu! Səni gətirən nədir?». Gənc: «Əbu Hureyrə – radiyallahu anhu – nun belə-belə dediyini eşitdim». Bibisi: «Onun yanına dön və ondan soruş ki, bu sözləri nə üçün demişdir». Əbu Hureyrə – radiyallahu anhu – dedi ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: «Hər birinci və dördüncü günü Adəm oğlunun əməlləri Uca və Böyük olan Allaha ərz edilir. Qohumluq əlaqələrini tərk edənin əməli isə qəbul edilməz»576.