SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə127/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   123   124   125   126   127   128   129   130   ...   330
QOHUMLUQ ƏLAQƏLƏRİ ÖMRÜ UZADIR - Ənəs b. Məlik –radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim ruzisinin bol olmasını və ömrünün uzanmasını istəyərsə qohumluq əlaqələrini möhkəmləndirsin»568. İbn Ömər –radiyallahu anhu – rəvayət edir ki, Rəbbindən qorxanın və qohumluq əlaqələrini möhkəmləndirənin əcəli (ömrü) uzanar, malı çoxaldılar və əhli də onu sevər569.

QOHUMLUQ ƏLAQƏLƏRİNİ TƏRK EDƏNİN YAŞADIĞI TOPLULUĞA RƏHMƏT ENMƏZ - Abdullah b. Əbi Əvfa radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qohumluq əlaqələrini tərk edənin yaşadığı bir topluluğa rəhmət enməz»570. İbn Ömər radiyallahu anhu rəvayət edir ki: «Savab qazanmaq məqsədilə malından özünə və ailəsinə xərcləyən elə bir insan yoxdur ki, bu əmələ görə Uca Allah onu mükafatlandırmasın. Elə isə əvvəlcə ailəndən başla. Malından artıq qalanı varsa onu ən yaxın və ən yaxın olanlara ver. Yenə artıq qalsa onu dilədiyinə ver»571.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin