«Qadınlar sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin». (əl-Bəqərə 223). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qadınla arxadan yaxınlıq edən məlundur (lənətlənmişdir)»726. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim kahinin yanına gedib onun dediyini təsdiqləyərsə və ya heyzli qadınla əlaqədə olarsa və yaxud qadınla arxadan yaxınlıq edərsə Muhəmmədə nazil olanı inkar etmişdir»727. Qadın və kişinin hər ikisi də buna razı olsalar da belə bu əlaqə haramdır. Çünki haram qarşılıqlı razılığın olması ilə halal ola bilməz.