SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


HEÇ BİR SƏBƏB OLMADAN ƏRİNDƏN BOŞANMAĞI TƏLƏB EDƏN QADIN



Yüklə 3,12 Mb.
səhifə156/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   152   153   154   155   156   157   158   159   ...   330
HEÇ BİR SƏBƏB OLMADAN ƏRİNDƏN BOŞANMAĞI TƏLƏB EDƏN QADIN

Qadınların çoxu ən kiçik bir anlaşılmaqzlıqdan ötrü ərlərindən dərhal boşanmaq istədiklərini bildirirlər. Yaxud da əri istədiyi əşyanı. Pulu ona verməyəndə boşanmaq istəyir. Qadın bəzi aravuran rəfiqələri və ya qonşuları tərəfindən qızışdırılır. Souban - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç bir pislik olmadığı halda ərindən onu boşamasını tələb edən qadına Cənnətin qoxusu haram olar»720. Uqbə b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ərlərindən onları boşamalarını, onları buraxmalarını istəyən qadınlar münafiqlərdir»721. Qadınlar bir şeyi unutmamalıdırlar ki, Cəhənnəmin əksəriyyətini təşkil edən onlar olacaqlar. Usamə b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Merac gecəsində) Cənnətin qapısında durub içəri baxdım. Oraya girənlərin böyük çoxluğunun miskinlər olduğunu gördüm. Mal sahiblərindən Cəhənnəmlik olanlardan başqaları (haqq-hesab) üçün həps olumuşlar. Atəş əhli olan zənginlərin isə Cəhənnəmə atılmaları öncə əmr olunmuşdur. Cəhənnəmin qapısında da durdum. Bir də baxdım ki, Cəhənnəmə girənlərin çoxu qadınlardır (Başqa rəvayətdə: «Biz nəyə görə Cəhənnəm əhlinin çox hissəsi olacağı» dedilər. Peyğəmbər: «Çünki çox lənət edir, ərlərnizə qarşı nankorluq edirsiniz. Yaxşılığa qarşı küfr edirsiniz. Onlardan birinə dünya durduqca yaxşılıq etsən və sonra səndən məmnun olmayacaq bir şey görsə – səndən heç bir xeyir görmədim deyər. Ağıl və din naqisliyi də vardır. Sizin qədər ağlı başından alaraq kişiyə üstün gələni görmədim». Qadınlar: «Ağıl və din naqisliyi nədir?» deyə soruşdular. Peyğəmbər: «Ağlı nöqsanlığa gəldikdə – iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir. Dini naqisliyə gəldikdə isə – (heyzli günlərdə) namaz qılmazsınız və ramazanda da (bir müddət) oruc tut-mazsınız»722.

Əgər ər namaz qılmağı tərk edərək spirtli içkilərə qurşanması, qadını döyməsi və onu haram işlərə məcbur etməsi və ya şəriətlə müəyyən edilmiş qadın haqlarını tapdalaması halları olarsa və o kimsəyə edilən nəsihətlər fayda verməzsə qadın dinini və şərəfini qorumaq üçün boşanmaq istəməsində heç bir maneə yoxdur.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin