ŞƏKİLİ EVDƏ SAXLAMAQ OLARMI? – 1. Şəkili ucaltmaq üçün saxlamaq - haramdır. 2. Ona baxıb ləzzət almaq üçün saxlamaq – haramdır. 3. Uşaqların şəkillərini xatirə üçün saxlamaq – haramdır. 4. Dərs ləvazimatı kimi şəkili saxlamaq. Dəstəmazı başa salmaq, namazın qılınma şəkili və s. – halaldı. 5. Ayaq altı olan yerlərdə şəkilli xalça və s. – olar. 6. Bunsuz keçinmək olmaz. Məs: Şəxsiyyət vəsiqəsi, pulun üzərində olan şəkil və s.
Aişə - radıyallahu anhə – rəvayət edir ki: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in döyüşə çıxdığını gördüm. O, vaxtı mən kənarları saçaqlı bir yataq örtüyü almış və onu qapı üzərinə asmışdım (Başqa rəvayətdə: Qanadlı at şəkili olan bir örtük). Peyğəmbər – sallallahu aleyhi və səlləm – qayıtdıqda bu pərdəni gördü. Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bunu xoşlamadığını üzündən hiss etdim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – pərdəni çəkdikdə onu cırdı hətta yerindən qopardı və: «Şübhəsiz ki, Allah bizlərə divarın daşını və torpağını belə surətlə olan pərdə ilə örtməyimizi əmr etmədi» deyə buyurdu. Aişə: «Biz örtüyü parçaladıq və ondan iki yasdıq tikdik və yasdığın içini xurma yarpaqları ilə doldurduq. Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənim bu işimi pis qarşılamadı (Başqa rəvayətdə: Bunu çevir. Çünki hər girişimdə onu görür və dünyanı xatırlayıram)»687. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ya Aişə! Qiyamət günündə Allah qatında insanların ən şiddətli əzaba düçar olanı Allahın yaratdığına bənzər şeylər yaratmağa çalışanlardır»688. Aişə - radıyallahu anhə – rəvayət edir ki, balaca bir yasdıq almışdım. Üstündə bir neçə (heyvan) rəsimləri vardır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu gördükdə qapının önündə durdu və içəriyə girmədi». Aişə: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bundan xoşlanmadığını üzündən hiss etdim. Ya Rəsulullah! Allaha və Rəsuluna tövbə edirəm. Nə xəta etdim mən?» dedim. Peyğəmbər: «Bu nə yasdıqdır?» deyə buyurdu. Aişə: «Mən bunu sənin üçün üzərinə oturasan deyə aldım» dedim. Peyğəmbər: «Bu surətlərin sahibləri Qiyamət günü heç şübhəsiz ki, əzab olunacaqlar və onları (aciz etmək üçün): «Surətlərini çəkdiyiniz bu heyvanları dirildin» deyiləcəkdir (Başqa rəvayətdə: Mən bu yasdığı sökərək iki dirsək yasdıq tikdim. Artıq Peyğəmbər – sallallahu aleyhi və səlləm – evdə onlara dirsəklərini dayayardı)689. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu surətləri çəkənlər Qiyamət günü əzab olunacaqlar. Tez olun çəkdiyiniz surətlərə can verin deyiləcəkdir»690. İbn Abbas - radıyallahu anhu – nun yanına bir rəssam gələrək ondan rəsimləri haqqında fətva istədi. İbn Abbas: «Mənə yaxınlaş» dedi. Rəssam da ona yaxınlaşdı. Sonra təkrar ona: «Mənə yaxınlaş» dedi. Rəsam da ona yaxınlaşdı. İbn Abbas - radıyallahu anhu – əlini bu fətva istəyən rəssamın baş üstünə qoyaraq dedi: Mən sənə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdiyim bir hədisi xəbər verəcəyəm (yaxşı dinlə). Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən dinlədim: «Hər bir Musavvir (surət çəkən) Cəhənnəmdədir. Musavvirin təsvir etdiyi hər surətə Qiyamət günü (Allah) həyat verir və o canlı surət Cəhənnəmdə onu çəkən sahibinə əzab verir» deyə buyurdu. İbn Abbas: «Əgər sən sənətini davam etdirmək məcburityətindəsənsə ağac rəsimi və həyat sahibi olmayan vücud rəsimlərini çək (Başqa rəvayətdə: Hər kim dünyada bir surət çəkərsə Qiyamət günündə o, surətə ruh verilməsi əmr olunar. Halbuki o, həyat vermək qüdrətinə sahib deyildir)» dedi691. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əziz və Cəlil olan Allah buyurdu: «Mənim yaratdığım kimi yaratmağa girişən kimsədən daha zalım kim vardır? Bacarırsınızsa yoxdan bir zərrə yaratsınlar və ya bir Habbə (buğda) vücuda gətirsinlər və yaxud da bir arpa dənəsi yaratsınlar»692. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Cəbrail – əleyhissəlam – gəlməsi haqqında Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə söz verdi. Nəhayət vəd edilən vaxt gəldi, lakin Cəbrail – əleyhissəlam – hələdə gəlməmişdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – əlində dəyənək olduğu halda gözləməkdə idi. Dəyənəyi əlindən atdı və: «Allah vədindən dönməz, Rəsulları da dönməzlər» deyə buyurdu. Sonra arxa tərəfə döndükdə çarpayının altında bir köpək balasını gördü. O: «Ya Aişə! Bu köpək bura nə vax girmişdir?» deyə buyurdu. Aişə: «Allaha and olsun ki, bilmirəm» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – köpəyin çıxarılmasını əmr etdi, o da çıxarıldı. Ondan sonra Cəbrail – əleyhissəlam – gəldi. Peyğəmbər: «Mənə vəd etdiyin vaxtı gələcəyini bildirmişdin, mən də səni gözlədim lakin gəlmədin» deyə buyurdu. Cəbrail: «Mənim gəlməyimin qarşısını evində olan köpək almışdır. Biz mələklər içində köpək və surət olan evə girmərik. (Başqa rəvayətdə: Meymunə - radıyallahu anhə – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in nə üçün kədərli olduğunu soruşduqda o: «Cəbrail – əleyhissəlam – bu gecə mənimlə görüşəcəyini vəd etmişdir lakin gəlmədi. Allaha and olsun ki, mənə qarşı sözündən heç vaxt dönməmişdir. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in kölnünə evimizin bir dirəyi altında olan bir köpək balası düşdü. Həmən onun çıxarılmasını əmr etdi. Köpək balası çıxarıldı. Sonra əlinə su alaraq köpək balasının yatdığı yerə səpdi. Nəhayət axşam olduqda Cəbrail – əleyhissəlam – gəldi. Peyğəmbər: «Dünən gecə mənimlə görüşəcəyini vəd etmidin?» deyə buyurdu. Cəbrail: «Bəli, elədir. Lakin biz mələklər içində köpək və surət olan heç bir evə girmərik» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – o günü səhərə qədər itlərin öldürülməsini əmr etdi. Hətta o, dərəcəyə qədər ki, kiçik baxçaları qoruyan itlərin də öldürülməsini əmr edir sadəcə böyük baxçaları qoruyan itlərə dəymirdilər693«694. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İçində köpək və surət olan evə (rəhmət) mələkləri girməz»695. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mələklər içində köpək və zınqırov olan heç bir səfərdə olan qəbiləyə yoldaşlıq etməzlər»696. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zınqırov şeytanın mizmarıdır»697.