«Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir». (əl-Ənfal 16). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Özünüzü yeddi həlak edici günahdan qoruyun». Səhabələr: «Ya Rəsulullah! Onlar hansılardır?» deyə soruşdular. Peyğəmbər: «Döyüş günü meydandan qaçmaq»681. Əbu Dərda – radiyallahu anhu– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – doqquz şeyi əmr etmişdir: «Parça-parça doğranılsan və ya yandırılsan da belə Allaha heç bir şeyi şərik qoşma. Qəsdən (səbəb olmadan) fərz namazını əsla tərk etmə. Onu qəsdən tərk edəndən Allahın himayəsi qalxmış olur. Əsla şərab içmə. Çünkü o, hər bir pisliyin açarıdır. Ana-ataya itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr onlara görə bundan əl çək. Özünü haqlı saysan da belə təyin olunmuş əmrlərlə çəkişmə. Dostların (yoldaşların) qaçsa və həlak olsan da belə sən müharibədən qaçma. Varlığından (zənginliyindən istifadə edərək) ailənə xərclə, dəyənəyi onların üzərindən qaldırma və onları Uca və Böyük olan Allahın haqqı ilə qorxud»682.