DÖYÜŞDƏ QADAĞAN OLUNANLAR - Peyğəmbər - səllallahu aleyhi və səlləm – döyüşlərin birində öldürülmüş qadın gördü və: «Qadınların və uşaqların öldürülməsini nəhy (qadağan) etdi»683. Abdullah b. Yəzid əl-Ənsari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ölüləri soymağı və onları tanınmaz hala salmağı qadağan etmişdir»684.
AYƏ VƏ HƏDİSLƏR OXUNDUĞU ZAMAN SƏSİ QALDIRMAQ
«Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə (onun sayəsində) rəhm olunasınız». (əl-Əraf 204). «Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın. Yoxsa özünüz də bilmədən əməlləriniz puç olar». (əl-Hucurat 2). Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə hörmət həm onun sağlığında idi, həm də ölümündən sonra da olmalıdır. Buna görə də kimin yanında hədis söylənilərsə dinləsin və etiraz etməsin685. Sabit b. Qeys - radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xatibi idi və onun yanında xütbə verərkən uca səslə danışardı. Bu ayə nazil olduqdan sonra Qeys bir neçə müddət Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəlmir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Sad b. Muaz - radıyallahu anhu – ya deyir ki: «Sənin qonşun Qeys haradadır?». Sad - radıyallahu anhu – ona baş çəkməyə gedir və görür ki, Qeys evində qorxu içərisində oturaraq ağlayır və deyir ki: «Mənim əməllərim puç olmuşdur, artıq mən Cəhənnəm əhlindənəm. Çünki səsimi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında qaldırmışam». Sad - radıyallahu anhu – bu xəbəri Peyğəmbər – sallallahu aleyhi və səlləm – söylədikdə: «Xeyr, o Cənnət əhlindəndir» deyə buyurdu686.