Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ölən kimsənin arxasından fəryad (qopardaraq ağlamaqla) qəbrində əzab görür (ölü üçün fəryad edildiyi müddətdə)»667. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Ölünün arxasıyca) yanaqlarını cırmaqlayaraq, yaxasını cıraraq və cahiliyyə adəti üzrə fəryad (şivən) qopardaraq ağlayan kimsə bizdən deyildir»668. Əbu Burdə - radıyallahu anhu – rəvayət edir ki, bir gün Əbu Musa əl-Əşari - radıyallahu anhu – ağır xəstə idi. Başı ailəsindən birinin qucağındaykən bayıldı (özündən getdi). Bu vaxt xanımı yüksək səslə fəryad etməyə başladı. Əbu Musa ayıldıqda: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in uzaq olduğu kimsədən mən də uzağam. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – yüksək səslə fəryad edən, saçını-başını yolan və paltarını cıran qadınlardan uzaq olmuşdur»669. Muğira b. Şöbə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kimin arxasınca fəryad edilərək ağlayarlarsa o, kimsə (onları bu əməldən çəkindirmədiyinə görə) bu fəryad səbəbiylə Qiyamət günü əzab görür»670. Ummi Atiyyə Museybə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə beyət etdiyimiz zaman (ölü arxasıyca) fəryad etməyəcəyimizə dair biz qadınlardan söz aldı (Başqa rəvayətdə: Üzü cırmaqlamayacağımıza, özümüzə bəd dua etməyəcəyimizə, yaxalarımızı cırmayacağımıza və şerlər (mərsiyələr) deməyəcəyimizə dair bizdən söz aldı671)»672. Numan b. Bəşir - radıyallahu anhu – rəvayət edir ki, bir dəfə Abdullah b. Rəvaha bayılmışdır. Bacısı: «Vay dağ kimi qardaşım! Vay belə, vay elə» deyərək yaxşılıqlarını saymağa başladı. Ayıldıqda: «Sən nə söyləyirdinsə mənə: «Məgər sən belə idin» deyərdilər673. Əbu Məlik əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdə cahiliyyə adətlərindən qalma dörd əlamət vardır ki, onu heç vaxt tərk etməyəcəklər. Əsl-nəcabətlə fəxr etmək, nəsəbə söymək, ulduzlardan vəsilə istəyərək yağmur diləmək və ölünün arxasıyca fəryad edərək ağlamaq. Ölünün arxasıyca fəryad edərək ağlayan kimsə ölümündə öncə tövbə etməzsə Qiyamət günü bədəni xəstəlik (qotur və ya dəridə xırda-xırda irin) olacaqdır və onun üzərinə qatrandan geyim geyindiriləcəkdir»674. Peyğəmbər – sallallahu aleyhi və səlləm – hər hansısa bir əməli cahiliyyəyə mənsub edərdisə insanların bundan çəkinməyini bildirir. Burada da cahiliyyə deyildikdə İslamdan qabaqkı dövr nəzərdə tutulur. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki xislət vardır ki, ümmətim onları heç vaxt tərk etməyəcəkdir. Şivən qopardaraq ağlamaq və əsl-nəcabətə tənə etmək»675. Əbu Musa - radıyallahu anhu – rəvayət edir ki, hər hansı bir ölünün arxasıyca ağlayaraq: «Ey mənim dirəyim (gözüm, işığım), ey mənim böyüyüm» və ya buna bənzər sözlər söyləyərsə iki mələk ölünün sinəsinə vuraraq: «Məgər sən beləydin?» deyərlər676. Əbu Hureyrə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlarda (cahiliyyədən qalan) iki əməl vardır ki, onlar üçün küfrdür. Nəsəbə söymək və ölü üzərinə fəryadla ağlamaq»677. Ummu Sələmə - radıyallahu anhə – rəvayət edir ki, Əbu Sələmə öldüyü zaman: «Qürbət əlində ikən ölən bir qərib! Vallahi onun üçün dillərə bir dastan olsun deyə ağlayacağam» dedim. Bu vaxt Mədinə qadınlarından biri gəldi və ağlamaqda mənə yardım etmək istədi. Bu vaxt Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə qarşılaşdı və iki dəfə: «Allahın, şeytanı çıxarmış olduğu bir evə (təkrar) şeytanmı soxmaq istəyirsiniz» deyə buyurdu. Bundan sonra ağlamaqdan çəkindim678. Abdullah b. Mubarək – rahmətullahi aleyhi – deyir ki: «Əgər ölən kimsə yaşadığı müddətdə ailəsinə belə bir şeyi etməyi qadağan etmişsə, onlar da buna baxmayaraq onun ölümündən sonra belə bir şey etmişlərsə bu vaxt ölü üçün heç bir əzab yoxdur (Əgər vəsiyyət etməyib edərsə cəzanı haqq edər)».