MƏHRƏMLƏ YAXINLIQ EDƏN
Heç bir nəfs məhrəmlə yaxınlığı istəmir. Bu əmələ qarşı insanlarda nifrət vardır. Lakin buna baxmayaraq yenə də əgər bir kimsə məhrəmi ilə yaxınlıq edərsə onun həddi ölümdür (istər evli olsun, istərsə evli olmasın). Bəra b. Azim - radıyallahu anhu – deyir ki: «Mən əmimlə qarşılaşdım. Əlində bayraq var idi. Mən: «Hara gedirsən ey əmi?» deyə soruşdum. O: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – məni bir kişinin yanına göndərib ki, o kimsə atasının ölümündən sonra atasının arvadı ilə evlənib. Onun boynunu vuraraq malını götürməyə gedirəm» deyə cavab verdi638. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir məhrəmi ilə yaxınlıq edərsə onu öldürün»639. Həccacın yanına bacısı ilə yaxınlıq edən birisi gətrildi. Həccac: Bu adamı həps edin və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrindən soruşun nə edək. Abdullah b. Əbi Mutarraf - radıyallahu anhu – soruşdular. Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu dinlədim: «Kim Əgər bir kimsə möminlərin məhrəmini yararsa onun ortasını qılıncla yarın»640. Bu hədisdə onun ortadan iki hissəyə bölünərək öldürülmə cəzası vardır. heç bir şəkildə yaxınlaşması caiz olmayan biri ilə yaxınlığa girənin cəzası öldürülməkdir. Eyni şəkildə heç bir şəkildə yaxınlıq edilməsi halal olmayan məhrəmlə yaxınlıq edənin cəzası öldürülməkdir ki, Lutilik də belədir. Onlar öldürmənin formasında ixtilaf ediblər. Necə gəldi öldürülməlidir, yoxsa onun cəzası zinakarın cəzası kimidir. Bu haqda iki qövl vardır: BİRİNCİ - İmam Məlik, İmam Şafii, İmam Əhməd - Allah onlardan razı olsun - deyirlər ki: «Onun həddi zinakarın həddi kimidir». İKİNCİ - İmam Əhməd, İshaq və əhli hədisdən bir dəstə - Allah onlardan razı olsun - deyirlər ki: «Onun həddi hər hansı bir halda öldürülməkdir». Həmçinin onlar ittifaqa gəliblər ki, əgər bir kimsə nigah adı ilə məhrəmi ilə evlənərsə (haramlığını bildiyi halda) ona hədd tətbiq olunur. Təkcə Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki, burada şübhə olduğuna görə (nigah) olduğuna görə hədd düşürülür. Əbu Hənifə – rahmətullahi aleyhi – yə müxalif olanlar deyirlər ki: «Əgər nigah altında məhrəmi ilə evlənərsə bunun cəriməsi daha böyükdür. Çünki o, iki böyük qadağanı etmişdir. Birincisi nigah edilməsi haram olan birisi ilə nigah bağlamış, ikincisi isə yaxınlıq etmişdir. Bu da iki qat günahdır».
Dostları ilə paylaş: |