SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


LUT QÖVMÜNÜN ƏMƏLİNİN BƏLASINA DÜŞƏNİN DƏRMANI NƏDİR?



Yüklə 3,12 Mb.
səhifə141/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   137   138   139   140   141   142   143   144   ...   330
LUT QÖVMÜNÜN ƏMƏLİNİN BƏLASINA DÜŞƏNİN DƏRMANI NƏDİR?

Bu xəstəlik üçün bir əlac varmı? Bəli, hər nə qədər dərd verilmişsə mütləq onun dərmanı da verilmişdir. Onu bilən bilir, bilməyən də bilməz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Allah hər bir xəstəlik üçün dərman göndərmişdir. Onu bilən bilmişdir, bilməyən də bilməmişdir». Xəstəliyin müalicəsi iki yolladır: BİRİNCİ - Bu xəstəliyin ortaya çıxmasından əvvəl səbəbini ortadan qaldırmaq (qarşısının alınması). İKİNCİ - O, xəstəlik düşdükdən sonra onu qaldırmaq. Bunların hər ikisi də Allahın müyəssər etdiyi kimsə üçün asandır. Allahın yardım etmədiyi kimsə üçün isə çətindir. Çünkü işlərin ixtiyarı Allahın əlindədir.



BİRİNCİ - Gözü naməhrəmdən çevirmək. Həqiqətən də baxış şeytanın zəhərli oxlarından biridir. Əgər bir kimsə baxışını davamlı edərsə onun həsrəti, peşmançılığı davamlı olar.

İKİNCİ - Qəlbi bu dərddən uzaqlaşdıracaq şeylərlə məşğul etmək və qəlblə bu dərdə düşmənin arasına girmək. Bu da narahatçılıq içində olan qorxudur, ya da narahat edici sevgidir. Qəlb sevdiyini yalnız daha uca bir sevdiyi üçün tərk edir və ya bu sevgilinin itirilməsindən özünə daha zərərli olan bir pisliyin meydana gəlməsi qorxusu ilə tərk edir. Bunun üçün də insanın iki şeyə ehtiyacı vardır. Bunların birisini və ya hər ikisini də itirərsə bunun sahibi faydalanmaz. 1. Bəsirət. İnsanda düzgün və sağlam bəsirətin olmasıdır ki, insan bununla sevilən və sevilməyənin arasındakı dərəcələrini ayrıa bilir. Buna görə də iki sevdiyindən əsas uca sevdiyini üstün tutur. Həmçinin də xoşlamadığı şeylərdən aşağı olanı yerinə yetirir ki, daha ağır (zərəri çox) olan ona toxunmasın. Bu da ağlın xususiyyətidir. Kim bunu ziddini edərsə ağıllı634 sayılmaz. 2. Bu kimi şeyləri bilməklə, ayırmaqla yanaşı insanda güclü qətiyyət, səbr olmalıdır ki, sevdiyini yerinə yetirməyə və xoşlamadığını tərk etməyi bacarsın. Çox vaxt insan bu fərqləri bilir. Bilir ki, bu digərindən daha üstündür və bunun zərəri digərindən daha aşağıdır. Lakin onun nəfsinin zəifliyi, himməsinin635, iradəsinin zəifliyi o, mənfəətli olanı üstün tutmağa mane olur. Belə bir insan özü faydalanmadığı kimi başqaları da ondan faydalanmır. Həmçinin Allah dində imamlığa çatmağı yalnız səbr və yəqin əhlinə buyurmuşdur. «Səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etmişdik». (əs-Səcdə 24). Onlar səbr, qətiyyət sahibləri idilər və həmçinin də onlar ayələrmizə yəqinliklə inanırdılar. Bu o, kimsədir ki, öz elmi ilə faydalanan və həmçinin başqa insanlar da ondan faydalanırlar. Bunun əksi olan insan isə öz elmi ilə faydalanmır və başqaları da onunla faydalanmırlar. Həmçinin insanlardan elələri də vardır ki, öz elmi ilə özü faydalanır başqaları isə ondan faydalanmırlar. Birinci sinif insanlar o, kəslərdir ki, öz nurunda gedir və başqaları da bu nurdan faydalanırlar. İkinci sinif insan o, kəsdir ki, artıq onun nuru sönmüşdür. O, kimsə zülmət içərisində gəzir və ona tabe olanlar da bu zülmətin içərisində gəzirlər. Üçüncü sinif insan isə yalnız öz nurunda özü gəzir başqaları isə bu nurdan faydalanmırlar.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin