LUT QÖVMÜNÜN ƏMƏLİNİ EDƏNLƏRİN CƏZASI ZİNADAN AŞAĞIDIR DEYƏNLƏRƏ CAVAB – Onların: Bu günaha Allah müəyyən bir hədd (cəza) qoymamışdır? Cavab: Allahtərəfindən çatdıran Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu hərəkəti edənə qəti olaraq öldürülmə cəzasını qoymuşdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in buyurduğu da yalnız Allah tərəfindəndir. Onların deməsi ki, bu əməlin cəzası şəriət tərəfdən bilinmir bu batil bir şeydir. Əgər deyirsinizsə ki, bu əməli edənin cəzası haqqında Quranda bir cəza gəlməyib bu onu tələb etmir ki, Sünnədə də bu haqda bir şey yoxdur. Biz deyə bilərik ki, Quranda zinakarın daş-qalaq olunması barədə də bir cəza gəlməyib. Bunların hər biri Sünnədə gəlmişdir. Onlar: Bu əvvəl Quranda olub sonra özü nəsx olub, lakin hökmü qalıb? Cavab: İçki içənin qamçılanması həddi. Bu haqda da Quranda bir şey gəlməmişdir. Yalnız Sünnədə bu əməlin cəzası gəlmişdir. Onlar: Bu əmələ bir cəza gəlməyib. Çünkü insanların təbiəti bu Lut qövmünün əməlini istəmir. (Necə ki, heyvanla, meyyidlə yaxınlığa da insanların təbiətində bir istək yoxdur). Buna qarşı ancaq insanlarda nifrət vardır. Cavab: Bu da düzgün bir qiyas deyildir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnəsi və səhabələrin icması ilə bu rədd olunub.