SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


LUT QÖVMÜNÜN ƏMƏLİNİ EDƏN CƏNNƏTƏ DAXİL OLACAQMI?



Yüklə 3,12 Mb.
səhifə142/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   138   139   140   141   142   143   144   145   ...   330
LUT QÖVMÜNÜN ƏMƏLİNİ EDƏN CƏNNƏTƏ DAXİL OLACAQMI?

Lut qövmünün əməlini edən elə bir əməl edir ki, onun öldürülməsi yaşamasından daha xeyirlidir. Elə bir pozuntu edir ki, onun düzəlməsi heç vaxt umulmur. Onun bütün xeyiri gedir. Yer onun üzündən həya suyunu soyur. Bu əməli edən insan bundan sonra nə Allahdan utanır, nə də insanlardan. O, edənin ona qoyduğu nütfə bədənə düşən bir zəhər kimidir. Sələflər ixtilaf ediblər ki, bu əməli edən Cənnətə daxil olacaqmı, yoxsa yox? Bu haqda iki qövl vardır. BİRİNCİ - Cənnətə daxil olamayacaq. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vələduzna Cənnətə daxil olmayacaqdır»636. Onlar deyirlər ki, əgər zinadan doğulan uşağın halı belədirsə baxmayaraq ki, onun günahı yoxdur. Çünki o, kimsə hər bir xəbisliyə səbəbdir. Xəbisliyin əlamətidir. Çünki o, kimsə xəbis bir nütfədən yaranmışdır. Əgər haramdan bitən bir ət Cəhənnəmə layiqdirsə haram nütfədən yaranan məxluqun bədəni necə oda layiq olmasın. Onlar deyirlər ki, Lut qövmünün əməlini edən bir kimsə bu vələduznadan da şərli, rəzil və xəbisdir və o, kimsə heç bir xeyirə müvəffəq olmamağa daha layiqdir. Xeyirlə onun arasına bir maneə girər. Hər dəfə bir xeyir əməl etmək istədikdə Allah onun xeyir əməlini pozmaq üçün ona cəza olaraq bir şey çıxarar.


İKİNCİ - Əgər bir kimsə belə bir bəlaya düşərsə insan Allah qarşısında səmimi tövbə edərsə, saleh əməl edərsə, günahlarını xeyirə dəyişərsə, bu arı itaətlə silərsə, gözünü haramdan çevirərək ayıb yerlərini qoruyarsa, öz davranışında, rəftarında Allaha sadiq olarsa bağışlanmışdır və o, kimsə Cənnət əhlindəndir. Həqiqətən də Allah bütün günahları bağışlayır. Əgər tövbə bütün günahları şirk, Peyğəmbər, övliya öldürməyi, sehri, küfrü silirsə bu günah bağışlanılmayacaqmı? Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Günaha görə tövbə edən o, günahı etməmiş kimidir»637. Allah zəmanət verir ki, şikrdən, zinadan, adam öldürməkdən tövbə edənin pis əməllərini yaxşı əməllərə çevirəcəkdir. Bu da hər bir günahdan tövbə edənə aiddir. «De ki: Ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən o, bağışlayan və rəhm edəndir!». (əz-Zumər 53). Bu ayədə olan ümumilikdən heç bir günah xali deyildir. Bu ayə xüsusilə tövbə edənlər barəsindədir.

Əgər o, kimsə səmimi tövbəyə müvəffəq olmazsa, daha da şərli olarsa, əvvəl etdiklərini tərk etməzsə, pisliklərini yaxşılığa çevirməzsə bu insan öldüyü vaxt onu Cənnətə daxil edəcək bir sonluğa müvəffəq olmaqdan o, kimsə uzaqdır. Onun əməlinə uyğun olaraq bir cəza ona verilər.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin