SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə145/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   141   142   143   144   145   146   147   148   ...   330
LEZBİYANLIQ

Qadının qadına sürtünməsi deməkdir. İki qadın bir-birinə sürtünürsə hər ikisi də zinakar və lənətlidirlər. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Qadın qadına yaxınlaşmış olarsa hər ikisi də zinakardır»642. Qadınların zinası bir-birilərinə sürtünmələridir. Bunlara hədd cəzası təyin edilməyib.


ADAM ÖLDÜRMƏK

Zülm Allah qatında ən böyük günahlardandır. Zülm və düşmənçilik ədalətə və adilliyə zidd olduğuna görə o, adillik ki, Allah göyləri və yerləri ondan ötrü yaradıb, kitabları ondan ötrü nazil edib ki, insanlar bir-biriləri ilə ədalətlə rəftar etsinlər. Buna görə də zülm Allah qatında ən böyük günahlardandır. Bunun da dərəcəsi o, işin edilməsinə, fəsadına bağlıdır. İnsanın öz övladını öldürməsi Allah qatında ən çirkin zülmdür. Çünki Allah qəlbləri ona sevgi, şəfqət və rəhmət üzərində yaradıb. Valideyn isə öz övladını öldürür ki, onun yeməyinə və içməyinə şərik olmasın. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Allah qatında hansı günahın böyük olması haqda soruşdum? O: «Səni yaratmış olduğu halda Allaha şərik qoşmaqdır» deyə buyurdu. Sonra hansıdır? O: «Sənin yeməyinə şərik olmasın deyə öz övladını öldürməkdir» deyə buyurdu. Sonra hansıdır? O: «Qonşünun hanımı ilə zina etməkdir» deyə buyurdu və Allah bu ayələri nazil etdi: «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməzlər, zina etməzlər. Hər kəs bunu etsə cəzasını çəkər». (əl-Furqan 68)643. «Diri-diri torpağa gömülən qız soruşulacağı zaman. O, hansı günaha görə öldürüldü». (ət-Təkvir 8-9). Həmçinin o, övlad ki, öz valideynlərini qətl edir. O, valideynlər ki, onun mövcud olmasına səbəb olub. Həmçinin də qohumlardan birini qətlə yetirməkdə ən çirki zülmdür. Buna görə də Qiyamət günü ən şiddətli əzaba Peyğəmbəri öldürən və ya Peyğəmbərin öldürdüyü şəxs olacaqdır. Bundan sonra isə əzaba görə imamı, alimi öldürən və insanlara düz yolu göstərəni öldürənin əzabı olacaqdır. Buna görə də Allah mömin insanı qəsdən öldürənin cəzasını Cəhənnəmdə əbədi qalmaq və ya uzun müddət qalmaqla etmişdir. Allahın qəzəbinə gəlməsi, lənətlənməsi və Allahın onun üçün şiddətli əzabın hazırlamasıdır. Bu da mömin bir kimsəni qəsdən öldürənin cəzasıdır. «Hər kəs bir mömini qəsdən öldürərsə onun cəzası əbədi atılacağı Cəhənnəmdir. O, Allahın qəzəbinə gələr və onun üçün böyük əzab hazırlanmışdır». (ən-Nisa 93). «Allahın haram buyurduğu şəxsi haqsız yerə öldürməyin». (əl-Ənam 151).

Əgər kafir bir müsəlmanı öldürərsə və sonra özü İslamı qəbul edərsə bağışlanır. Bunda heç bir ixtilaf yoxdur. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah hər ikisi də Cənnətə düşən və biri digərini öldürmüş iki nəfərin halına gülər. Səhabələr: «Bu necə ola bilər Ya Rəsulullah!» deyə soruşdular. Peyğəmbər: «Onlardan biri Allah yolunda vuruşaraq (digəri tərfindən) öldürülərək şəhid olur və (Cənnətə düşür). Lakin sonra Allah onu öldürənə tövbə və hidayət nəsib edir. O, da Allah yolunda vurşur və şəhid olur» deyə buyurdu644.

Lakin bir müsəlman digər bir müsəlmanı öldürdükdən sonra onun tövbəsi ona verilən cəzaya mane olacaqmı? Bu haqda Sələf və Xələfdən iki qövl vardır. İmam Əhməd – rahmətullahi aleyhi – dən bu haqda iki görüş vardır: «Tövbə onu bu cəzadan qurtarmaz deyənlər, bu öldürülən insanın haqqıdır ki, onu dünyada almayıb, zülm olunaraq dünyadan köçmüşdür. Buna görə də o, ədalət dünyasında öz haqqını almalıdır. Hətta tövbə etsə də belə». Digər qrup: «Varis Allahın ona verdiyi iki şeyi alır. Ya haqqı tələb edir (qisas), ya da 100 dəvə alaraq onu bağışlayır. O, öldürülən kimsəyə varisin götürdüyü bu şeylərdən nə faydası? Varisin aldığı haqq öldürülənin hansı haqqını qarşılayır ki?». Bu görüş iki görüşdən ən doğrusudur. Yəni öldürülənin haqqı varisin haqqı götürməsilə qalxmaz. Buna görə də o, öz haqqını Qiyamət günü götürməlidir. Bu görüş İmam Şafii, İmam Əhməd – rahmətullahi aleyhi – və s. tərcih etdiyi görüşdür.

Digər bir qrup isə deyirlər ki: «Əgər tövbə edibsə və varis də haqqı götürübsə tövbə artıq ona cəzanın verilməsinə manedir. Çünki səhih Tövbə əvvəlki günahları silir və edilən günahın cəzası da dünyada hədd olaraq tətbiq edilmişdir. Əgər tövbə küfrün və sehrin izini silirsə və bunlar da adam öldürməkdən də böyükdürsə onda necə öldürməyin izini silməsin? Allah özünün dostlarını öldürən kafirin tövbəsini qəbul etmiş və onları ən xeyirli bəndələrindən etmişdir. «De ki: Ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən o, bağışlayan və rəhm edəndir!». (əz-Zumər 53). Bu ayə tövbə edənlər haqqındadır və küfrü, küfürdən aşağı olan hər bir günahı da əhatə edir. Yəni onlar deyirlər ki, necə ola bilər ki, bəndə günahına görə tövbə etsin və bundan sonra Allah ona cəza versin. Bildiyimizə görə şəriətdə də belə bir şey yoxdur. Tövbə ilə cəzası silinir».

Yenə deyirlər ki: «Onun tövbəsi günahkarın özünü təslim etməsidir. Nəfsini öldürülənə təslim etməsi mümkün olmadığına görə qanun onu öldürülənin varislərini öldürülənin yerinə qoymuşdur. Beləcə öldürənin özünü öldürülənin varislərinə təslim etməsi öldürülənə təslim etməsi kimidir». Bu məsələnin həqiqəti belədir: Öldürmə üç haqq ilə əlaqəlidir: BİRİNCİ - Allahın haqqı. İKİNCİ - Varisin haqqı. ÜÇÜNCÜ - Öldürülənin haqqı. Əgər öldürən özünü könüllü surətdə vəliyə təslim edərsə, peşmançılıq çəkərək, Allahdan qorxaraq, səlim tövbə edərək və bununla Allahın haqqı düşür və dünyavi cəzasını çəkmək, sülh bağlamaq ya da ölənin yaxınları tərəfindən bağışlanaraq öldürülənin vəlisinin haqqı da öz haqqını götürməklə düşür. Yerdə ölənin haqqı qalır ki, Allah da tövbə edən Muhsin bəndəsinin əvəzini verəcəkdir. Allah onunla öldürdüyü adam arasında tövbə etdiyinə görə sülh yaradacaqdır. Bu öldürülmüşün haqqı yoxa çıxmayacaqdır və həmçinin də tövbə edənin də tövbəsi.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin