«Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa) o, bütün insanları diriltmiş kimi olur». (əl-Maidə 32). Bu əməlin günahı çox böyükdür və ayəni başa düşmək də bir çox insanlarda müşküllük yaratmışdır. Onlar deyirlər ki, 100 nəfəri öldürmək bir nəfəri öldürməkdən daha şiddətlidir. Lakin ayədə onların dediklərinin əksi gəlmişdir. Bir nəfəri öldürmək bütün insanları öldürməyə bərəbərdir. Onlar elə zənn etmişlər ki, bu oxşarlıq günahın və cəzanın miqdarından aslıdır. Ayə isə buna dəlalət etmir. «Onlar Qiyaməti gördükləri gün (dünyada və ya qəbrdə) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar». (ən-Nəziat 46). Onların dünyada qaldıqları müddət bu qədər deyildir.
Həmçinin: Osman - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İşa namazını cəmaatla qılan kimsə gecənin yarısını ibadətlə keçirmiş kimidir. Hər kim də sübh namaını cəmaatla qılarsa gecəni bütün ibadətlə keçirmiş kimi olur»645. Əbu Əyyub - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim Ramazan orucunu tutar və sonra Şəvval ayından altı gün də əlavə tutarsa elə bil ki, bütün ili orucla keçirmiş kimi olur»646. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – «QUL HUVƏLLAHU ƏHƏD» haqqında buyurdu: «Canım əlində olan Allaha and olsun ki, bu surə Quranın 3/1 bərabərdir»647. Bəllidir ki, bu kimi şeyləri yerinə yetirməyin savabı oxşadılanın savabına çatmır. Əgər bir nəfər axşam və səhər namazlarını cəmaatla qılırsa, digəri isə həm bu namazları cəmaatla qılır, həm də gecəni ibadətdə keçirir. Axşam və səhəri qılan kimsə oxşadılıb gecə ibadət edənə. Onların savablarının miqdarı isə eyni deyildir. Gecə ibadət edənin savabı daha çoxdur. Əgər savabları eyni olsaydı onda o, kimsə gecə durub ibadət etdiyinə görə ona ancaq yorğunçuluq qalardı. İnsana Allahı və Rəsulunu, Quran və Sünnəni başa düşməkdən daha əfzəl bir şey verilməyib. Bu da Allahın lütfüdür dilədiyinə verir.
Onda bir insanı öldürənlə, bütün insanları öldürənin arasında nə kimi oxşarlıq vardır? BİRİNCİ - Onların hər biri (istər birini öldürsün, istərsə də bir neçə insanı) Allah və Rəsulunun əmrinə müxalif çıxmaqdır. Onlar Allahın cəzasına, qəzəbinə, lənətinə və Cəhənnəminə uzun müddətlik layiqdirlər. O, cəzanın dərəcələri də fərqlənir. Peyğəmbəri, imamı, alimi öldürmək adi müsəlmanı (insanı) öldürmək kimi deyildir (günah və cəza) tərəfdən. İKİNCİ - Həmçinin onlar qan axıdılmasında eynidirlər. ÜÇÜNCÜ - Haram qanın axıdılmasında cürət etməkdə onlar ikisi də eynidirlər. Əgər bir kimsə haqqı olmadan bir nəfsi öldürərsə o, insan qarşısına çıxan hər bir kəsi öldürməkdə cürətli olacaqdır. Belə bir kimsə insanların düşmənidir. DÖRDÜNCÜ – Bir kimsəni öldürən, bütün insanları öldürən kimi qatil, fasiq, zalım adlanır. İstər bir nəfəri öldürsün, istərsə də bir neçə. BEŞİNCİ - Allah möminləri sevgi, məhəbbət, şəfqət göstərməkdə və bir-birilərilə olan əlaqələrdə bir əzanın ağraması ilə bütün orqanların yuxusuz və rahatsız olması ilə ona şərik olan bir bədənə bənzətmişdir. Qatil bu bədəndən bir əzaya əziyyət verdikdə bədənin digər əzalarına da əziyyət vermiş olur. Buna görə də hər kim bir möminə əziyyət verərsə bütün möminlərə əziyyət vermiş olar. Bütün möminlərə əziyyət verdikdə də bütün insanlara əziyyət vermiş olur. Allah insanları ancaq aralarında olan möminlərə görə qoruyub saxlayır. Ona görə də keşikçiyə əziyyət onun qoruduqlarına da əziyyətdir. Numan b. Bəşir - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sən görürsən ki, necə müsəlmanlar bir-birlərinə olan mərhəmətlərinə, məhəbbətlərinə və şəfqətlərinə görə bir vücuda (bədənə) bənzəyirlər. O, vücuddan bir üzv xəstələnərsə bütün vücudda bu xəstəlikdən yuxusuz və hərarətdə olar»648. Əbu Musa - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminin digər bir möminə olan bağlılığı dayaqları bir-birinə keçrilmiş bir bina kimidir. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – əllərinin barmaqlarını bir-birinə keçirdi»649. «Həqiqətən möminlər qardaşdılar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız». (əl-Hucurat 10). İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə haqsız yerə öldürülən elə bir insan yoxdur ki, qatilin günahından bir misli Adəmin ilk oğlu (Qabilə) yazılmış olmasın. Çünki haqsız öldürmək yolunu ilk dəfə o, qoymuşdur»650. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Allahın ilk haqq-hesab etdiyi şey qanla əlaqəsi olan şeylərdir»651. Çünki birinci qan tökmək cığırını o, açmışdır. Həmçinin digər günahlarda: İlk zina edən, ilk oğurluq edən, ilk içki içən də belədir. Birinci edənin əzabı daha şiddətlidir. Ərəbstan yarmadasına ilk olaraq şirki Əmr b. Luhey əl-Xuzayə gətirmişdir. İbrahim – əleyhissəlam - dinini ilk dəyişən o, kimsə olmuşdur. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu Cəhənnəmdə çox böyük bir əzabla əzab edildiyini görmüşdür»652. «Onu inkar edənlərin əvvəlincisi siz olmayın». (əl-Bəqərə 41). Yəni ilk kafir olmayın ki, sizdən sonra gələnlər sizə uyaraq onların küfrünün günahı da sizin üzərinizə olar. Özündən sonra pis bir yol qoyub gedənin hökmü də belədir.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Öldürülən kimsə Qiyamət günü şah damarından qan fışqırdaraq (Başqa rəvayətdə: Kəsik başı əlində ikən) gəlir və qatilin yaxasından yapışaraq: «Ya Rəbbim! Ona məni nə üçün öldürdüyünü soruş?» deyər. Allah: «Onu nə üçün öldürdün?» deyə buyurar. O: «Ya Rəbbim! Üstünlük sənin olsun deyə (Allah yolunda cihadda)» deyər. Allah: «Doğru söylədin» deyə buyurar (Başqa rəvayətdə: Üstünlük mənim olsun deyə və ya filankəs əmr etdi deyər. Əmr edəndə, öldürəndə Cəhənnəmə atılır»653. Tövbə edirsə nə olur dedikdə o, bu ayəni oxudu: «Hər kəs bir mömini qəsdən öldürərsə onun cəzası əbədi atılacağı Cəhənnəmdir. O, Allahın qəzəbinə gələr və onun üçün böyük əzab hazırlanmışdır». (ən-Nisa 93). Bu ayəni oxuduqdan sonra dedi: Bu ayə nə nəsh edilmiş, nə də dəyişdirilmişdir. Ona necə tövbə ola bilər? İbn Abbas - radıyallahu anhu – ilə bir qrup elm adamı qəsdən mömini öldürən kimsənin tövbəsinin qəbul edilməyəcəyi görüşündədirlər. İbn Abbas - radıyallahu anhu – deyir ki: «Bu ayə ən son nazil olan ayələrdəndir və heç bir şey onu nəsh etmiş deyildir»654.
İbn Ömər - radıyallahu anhu – Kəbəyə baxaraq deyərdi: «Sən nə qədər əzəmətli və sənin hörmətin nə qədər əzəmətlidir. Lakin möminin Allah qatında hörməti səndən də əzəmətlidir». Cərir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məndən sonra bir-birilərinin boyunlarını vuran kafirlərin halına dönməyin»655. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir insan ona haram olan qanı tökmədikcə dini tərəfdən əminlik içindədir»656. «Allah din yolunda sizinlə vuruşmayan və yurdlarınızdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər. Allah ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxaran və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir». (əl-Mumtəhinə 8-9). Əbu Hureyrə - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah və Rəsulunun zimmətinə sahib olan kafiri (Muahəd) haqsız yerə öldürən kimsə Allahın əhdini pozmuşdur. Bu kimsə Cənnətin iyini belə duymayacaqdır. Halbuki Cənnətin qoxusu qırx illik məsafədən gəlir»657. Baxmayaraq ki, zimmi kafirdir. Baxın bu Allahın düşmənini öldürənin cəzasıdır. Onda mömin bəndəsini öldürənin cəzası necə olacaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir möminin öldürülməsi Allah qatında dünyanın zəval (məhv) olmasından daha böyükdür»658. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki müsəlman qılıncları bir-birilə toqquşduqları zaman ölən də öldürülən də Cəhənnəmdədir». Səhabələr: «Ya Rəsulullah! Öldürənin Cəhənnəmdə olduğunu başa düşdük. Bəs öldürülən nəyə görə?» deyə soruşdular. Peyğəmbər: «Çünkü o, da müsəlman qardaşını öldürməyə can atmışdır» deyə buyurdu659. Ubadə b. Sabit - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah müsəlmanı öldürüb sonra da sevinən heç bir kəsin tövbəsini qəbul etməz»660. Muaviyə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər bir günahın Allahdan bağışlanmasına umulur. Ancaq kafir olaraq ölən ilə bir müsəlmanı haqsız yerə öldürən kimsələrin günahı xaricdir»661. Utbə b. Amr əl-Cuhəni - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha heç bir şeyi şərik qoşmayaraq və haram olaraq qanın tökülməsinə ortaq olmayaraq Allaha qovuşan elə bir qul yoxdur ki, Allah onu dilədiyi Cənnət qapısından içəri salmasın»662. Utbə b. Amr əl-Cuhəni - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allaha şərik qoşmayaraq və haram bir qana bulaşmamış olaraq Allaha qovuşarsa Allah onu Cənnətinə salar»663. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim haram bir qana bulaşmadığı müddətdə dinində rahatlıq içində qalar»664. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir mömini öldürməyə yarım kəlimə ilə belə kömək edərsə alnında: Allahın rəhmətindən ümüdsüz – yazısı olduğu halda Allahın hüzuruna gələr»665. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Pişiyə görə bir qadına əzab verildi. Qadın onu ölənə qədər ac saxlamışdır. Elə buna görə də Cəhənnəmə girdi. Ona belə deyildi: «Sən o, pişiyi tutub saxladığın zaman ona nə yemək, nə də su verirdin. Nə də onu azad buraxdın ki, gedib yer üzündəki həşəratlardan yesin»666. Bir qadın pişiyi həps etdiyinə görə Cəhənnəmdə pişik o, qadının üzünü və sinəsini cırırdı bəs onda mömini həps edərək qətl edənin halı necədir?
Dostları ilə paylaş: |