«Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız». (əl-Maidə 90). Allah bu ayədə qumarı öz adı ilə adlandırmadı. Onu MEYSİR – Yəsir sözündəndir asant deməkdir. Asantlıqla qazanılan bir şeyə deyilir. Əbu Hureyrə - radiyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Öz dostunu qumara dəvət edən: Gəl mənimlə oynayaq – deyən kimsə sözünə görə sədəqə verməlidir»777. İbn Ömər - radiyallahu anhu – deyir ki: «Meysir qumardır»778. Dili ilə söylədiyinə görə sədəqə vermək lazım gəlirsə bunu oynayan haqqında fikrin nədir?