SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


MÜSƏLMANDAN KÜSMƏK, ONLARA ƏZİYYƏT VERMƏK VƏ ONLARI SÖYMƏK



Yüklə 3,12 Mb.
səhifə241/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   237   238   239   240   241   242   243   244   ...   330
MÜSƏLMANDAN KÜSMƏK, ONLARA ƏZİYYƏT VERMƏK VƏ ONLARI SÖYMƏK

«Həqiqətən də möminlər qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız». (əl-Hucurat 10). «Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt olarlar». (əl-Maidə 54). «Məhəmməd Allahın Peyğəmbəri. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər». (əl-Fəth 29). «Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin». (əl-Maidə 2). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizə nifrət etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları qardaş olun! Heç bir müsəlmana üç gündən artıq qardaşı ilə küsülü qalması halal deyildir»1184. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizə həsəd aparmayın, hərracda almayacağınız malın qiymətini qaldırmayın, bir-birinizə nifrət etməyin, bir-birinizdən üz döndərməyin, bir-birinizin ticarətinə müdaxilə etməyin. Allahın qardaşlıq edən qulları olun! Müsəlman-müsalmanın qardaşıdır. Ona zülm etməz, onu tək buraxmaz, ona yalan danışmaz, ona xor baxmaz (alçaltmaz). Üç dəfə sinəsinə işarə edərək təqva buradadır. İnsana şərr olaraq müsəlman qardaşına xor baxması kifayyət edər. Hər bir müsəlmanın qanı, malı və namusu digər bir müsəlmana haramdır (Başqa rəvayətdə: Zənnə qapılmaqdan çəkinin! Çünki zənn ən yalan sözdür. Bir-birinizə kələk gəlmək məqsədilə malın qiymətini qaldırmayın11851186. Əbu Əyyub əl-Ənsari - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç bir kimsəyə üç gündən artıq qardaşı ilə küsülü qalması halal deyildir. Qarşı-qarşıya gəldikdə bu (ondan) üz çevirir o, da (bundan) üz çevirir. Onların ən xeyirlisi salamı birinci verib (sözə) başlayandır»1187. Ənəs b. Məlik - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki nəfərdən birinin etdiyi günah onların arasını vursa, bu iki nəfər bir-birini Allah xatirinə və yaxud din yolunda sevmiş sayılmazlar»1188. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsəyə şər olaraq müsəlman qardaşına nifrət etməsi yetər»1189. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mömin öz qardaşının aynasıdır. Mömin möminin qardaşıdır. Onu azmağa (həlak olmağa) qoymaz və onu arxasından əhatə edib qoruyar (onda eyb gördüyü zaman onu düzəldər)»1190. Hişam b. Amir əl-Ənsari - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç bir müsəlmana üç gündən artıq başqa bir müsəlmanla əlaqələri kəsmək halal deyildir. Onlar küsülü qaldıqca haqdan sapmış olarlar. Onlardan birinci barışanın ilk əvvəl barışığa gəlməsi ona (günahlarının bağışlanmasına) kəffarə olar. Əgər küsülü olduqları halda ölsələr uzun müddət Cənnətə girə bilməzlər. Onlardan biri digərinə salam versə o, da onun salamını almasa, salam verənin salamını mələk alar, salamı almayanı isə şeytan qarşılayar (Başqa rəvayətdə: Aralarından üç gün keçdikdən sonra onunla görüşməyə çalışsın və ona salam versin. Salamını alırsa hər ikisidə savabda ortaq olurlar. Salamını almazsa (salamı almayan) günahla qayıdar, salam verən isə (bu küsülülüyə görə) heç bir məsuliyyət daşımayacaqdır11911192. Aişə - radiyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən sənin nə zaman qəzəbli olduğunu və nə zaman razı qaldığını bilirəm». Mən: «Hardan bilirsə, ya Rəsulullah?» deyə soruşdum. Peyğəmbər: «Sən razı qaldıqda deyirsən ki: «Bəli, Muhəmmədin Rəbbinə and olsun! Qəzəbli olduqda isə deyirsən ki: «Xeyr, İbrahimin Rəbbinə and olsun!». Mən: «Elədiki var! Mən (qəzəbləndikdə) sadəcə sənin adını çəkmirəm»1193. Əbu Xiraş əs-Silmi - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qardaşı ilə bir il əlaqələri kəsən (küsülü olan) kimsə onun qanını axıtmış kimidir»1194. Əsləm qəbiləsindən olan səhabələrdən biri rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlman ilə bir il əlaqələri kəsən (küsülü olan) kimsə onu öldürmüş kimidir»1195. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bazar ertsəi və cümə axşamı Cənnətin qapıları açılır və (müsəlman) qardaşına nifrət edən kimsələrdən başqa Allah heç bir şeyi şərik qoşmayan hər bir kəsin günahları bağışlanar. (Bir-birinə nifrət edən iki qardaş haqqında isə) deyilər: «Bu ikisi aralarındakı münasibətlər düzələnədək gözləsinlər»1196. Cabir - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç şübhəsiz ki, şeytan Ərəb yarımadasında müsəlmanların ona ibadət etməsindən ümüdünü kəsmişdir. Lakin o, müsəlmanlar arasında fitnə və fəsad salmağa ümüdlüdür»1197. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir müsəlmanın üç gündən artıq öz qardaşını tərk etməsi halal deyildir. Kim üç gündən çox tərk edərsə və bu halda ikən ölərsə Cəhənnəmə düşər»1198. Əbu Darda - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizə sədəqədən də və orucdan da daha xeyirli olan əməl barəsində xəbər verimmi?». (Sonra sözünə davam edərək) buyurdu: «(Bu küsülü olanları barışdırmaqdır. Diqqət edin! Həqiqətən nifrət (dinin kökünü kəsən bir) dəlləkdir»1199.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin