SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə253/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   249   250   251   252   253   254   255   256   ...   330
SÖYÜŞ SÖYMƏK

İbn Məsud - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlmanı söymək fasiqlikdir, onunla vuruşmaq (öldürmək) isə küfrdür»1271. Əbu Zərr -radiyallahu anhu– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç kimsə bir başqasını fasiqlikdə və küfrdə ittiham etməsin. Etdiyi təqdirdə əgər o, kimsə dediyi kimi deyilsə bu sözlər onun özünə qayıdar»1272. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qarşılıqlı bir-birini söyən iki kimsənin günahı, haqsızlığa uğrayan kimsə həddi aşmadıqca söyməyə (birinci) başlayanın üzərinədir»1273. Aişə - radiyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ölüləri söyməyin. Həqiqətən də onlar öz gördükləri işlərin cəzasına çatıblar»1274. Əbu Hureyrə - radiyallahu anhu – rəvayər edir ki, bir gün şərab içmiş bir nəfəri Peyğəmbər hüzuruna gətirdilər. Peyğəmbər: «Onu vurun» deyə əmr verdi. Kimimiz əlimizlə, kimimiz ayaqabısı, kimimiz də paltarı ilə vururdu. Adam dönüb getdikdə cəmaatdan biri: «Allah səni rüsvay etsin» dedi. Peyğəmbər: «Bu şəkildə danışmayın. Ona qarşı şeytana yardımçı olmayın»1275. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Heç kəsə) – Allah sənin üzünü qara etsin deməyin! Başqa rəvayətdə: Çünki qüdrətli və əzəmətli Allah Adəmi öz surətində yaratmışdır)»1276. Əli b. Əbu Talib - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəlayiq söz danışanla onu (cəmaat arasında) yayan kimsə eyni dərəcədə günah qazanırlar (ilk əvvəl onu deyən kəs kimidir)»1277. Huzeyfə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər yaxşı söz sədəqədir»1278. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – in dövründə iki kişi bir-biri söyüşdü. Onlardan biri söydü o, biri isə susdu. Rəsulullah – sallallahu aleyhi və səlləm – onların yanında oturmuşdur. Elə ki, söyülən adam söyməyə başladı Rəsulullah – sallallahu aleyhi və səlləm – durub getdi. Ondan: «Nə üçün durub getdin?» deyə soruşduqda. O: «Mələklər durub getdilər deyə mən də onlarla bərabər durub getdim. Nə qədər ki, o susurdu mələklər söyən adamın cavabını verirdilər. Elə ki, cavab verdi mələklər ondan uzaqlaşdı»1279. İyad b. Himar - radıyallahu anhu – rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu! Bir kişi məni söydü». Peyğəmbər: «Söyüşən iki nəfər, bir-birini təqsirləndirən və bir-birinə yalan söyləyən iki şeytandır»1280. Rəsulullah – sallallahu aleyhi və səlləm – Əbu Curey Cabir b. Suleym - radıyallahu anhu – ya nəsihət edərək buyurdu: «Heç kimsəni söymə. Əgər bir kimsə sənə söyərsə və səndə olan bir qüsurla səni qınayarsa sən də onu səndə olan (onun) qüsuru ilə qınama. Çünki bunun (günahını) cavabdehliyini o, daşıyacaqdır (Səhabə deyir: Mən o, gündən nə insana, nə bir köləyə, nə bir dəvəyə, nə də bir qoyuna söymədim)»1281.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin