SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə252/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   248   249   250   251   252   253   254   255   ...   330
HƏDİYYƏNİ GERİ ALMAQ

İbn Abbas - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Pis məsəllər bizə aid deyildir. Verdiyi hədiyyəni geri alan adam qusduğunu yeyən itə bənzəyir (Başqa rəvayətdə: Verdiyi sədəqəni geri alan kimsə qusub sonra da qayıdaraq qusduğunu yeyən köpəyə bənzəyir)»1266. Ömər - radiyallahu anhu – rəvayət edir ki, Allah yolunda bir nəfərə at hədiyyə etdim. (Hədiyə etdiyim) atın sahibi ata baxmadığından at zəifləmişdi. Mən də heyvanı geri (pulla) almaq istədim. Ucuz satacağını da təhmin etmişdim. Bu vəziyyəti Peyğəmbər – sallallahu aleyhi və səlləm – söylədikdə o: «Onu alma, onu sənə bir dirhəmə də belə versələr sədəqəni geri alma. Çünki sədəqəsini geri alan kimsə qusduğuna dönən köpək kimidir» deyə buyurdu1267. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizə hədiyyə verin ki, bir-birinizi sevəsiniz»1268. Ənəs - radiyallahu anhu – dedi: «Ey oğlanlarım! Malınızdan bir-birinizə xərcləyin (bir-birinizə hədiyyə verin). Çünki bu aranızdakı məhəbbətin (artması üçün götürülən səbəblərin) ən yaxşısıdır»1269. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah adına sizdən sığınacaq istəyən kimsəni qoruyun, Allahın adı ilə istəyənə verin, dəvət edənin dəvətini qəbul edin, kim də sizə bir yaxşılıq edərsə onun əvəzini verməyə çalışın, əgər əvəz verə bilmirsinizsə onda onun üçün əvəz verilənə qədər dua edin»1270.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin