SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


BÖYÜKLƏRƏ HÖRMƏT VƏ KİÇİKLƏRƏ RƏHM ETMƏK



Yüklə 3,12 Mb.
səhifə260/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   256   257   258   259   260   261   262   263   ...   330
BÖYÜKLƏRƏ HÖRMƏT VƏ KİÇİKLƏRƏ RƏHM ETMƏK

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kiçiklərimizə mərhəmət etməyən, böyüklərimizə hörmət etməyən bizdən deyildir»1311. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir gənc ixtiyar yaşına çatmış insana hörmət edərsə, Allah da o, gəncə ixtiyar yaşına çatdıqda ona hörmət edən kimsələri göndərər»1312.


YATARKƏN YANAR ŞEYLƏRİ SÖNDÜRMƏK

İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yatdığınız zaman evlərinizdə yanan atəş buraxmayın (söndürün)»1313. Əbu Musa əl-Əşəri - radıyallahu anhu – rəvayət edir ki, bir gecə Mədinə evlərinin birində yanğın baş verdi və ev əhli ilə birlikdə yandı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu xəbər çatdıqda buyurdu: «Bu atəş sizin düşməninizdir. Yatmaq istədikdə onu söndürün»1314. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qabların üzərini örtün. Tuluqların ağızlarını bağlayın. Qapıları örtün. Qəndilləri söndürün. Çünki şeytan bağlı tuluğu, bağlı qapını və bağlı qabı aça bilməz. Hər hansı biriniz qabları örtəcək bir şey tapmasanız bir taxta parçasını Bismilləh ilə qabların ağzına qoyun. Həqiqətən də siçan (qəndili yıxaraq) sakinləri ilə birlikdə evi yandırır»1315. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gecənin bir aləmində yaxud axşam çıxanda uşaqlarınızı (bayıra çıxmağa) qoymayın. Çünki həmin vaxt şeytanlar hər tərəfə yayılırlar. Gecədən bir müddət keçəndə onları sərbəst buraxın. Allahın adını zikr edərək qapıları bağlayın. Çünki şeytan bağlı qapını aça bilmir. Allahın adını zikr edərək tuluqlarınızın ağızını bağlayın. Allahın adını zikr edərək qablarınızın ağzını, hətta üstünə bir şey qoymalı olsanız belə ortün və işıqlarınızı da söndürün»1316. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Günəş batdığı zaman gecənin qaranlığı gedənə qədər qoyun, keçi, inək, dəvə və s. çöldə otlayan heyvanlarınızı və uşaqlarınızı çölə buraxmayın. Çünki şeytanlar günəş batdığı vaxt işanın qaranlğı gedənə qədər ətrafa yayılaraq fəaliyyətə başlayırlar»1317.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin