SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə268/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   264   265   266   267   268   269   270   271   ...   330
SOL ƏLDƏN İSTİFADƏ YERİ

Əbu Qatadə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biriniz kiçik ayaq yoluna çıxdıqda övrətini sağ əli ilə tutmasın və sağ əliylə yuyunmasın. (Bir şey içərkən də) qabın içinə doğru nəfəs alıb-verməsin»1353. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sol əlini ayaq yolunda və xoş olmayan işlər üçün istifadə edərdi»1354.


YEMƏK VƏ İÇMƏKDƏ OLAN QADAĞALAR

Sələmə b. əl-Əkva - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzurunda sol əliylə yeyirdi». Peyğəmbər: «Sağ əlinlə ye» deyə buyurdu. Adam: «Bacarmıram» dedikdə Peyğəmbər: «Səni görüm heç bacarmayasan» deyə buyurdu. O, insanı sağ əllə yeməməsinə yalnız təkəbbürlüyü qoymadı. Sələmə deyir ki: «Həqiqətən də o, insan sağ əlini bir daha ağzına qaldırmadı»1355. Ömər b. Əbi Sələmə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Yeməyin əvvəlində) Bismilləh de, sağ əlinlə ye və önündən başla»1356. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir zaman heç bir yeməyi pisləməzdi. Ürəyi istədikdə yeyərdi, istəmədikdə yeməzdi»1357. Cəbələ b. Suhaym rəvayət edir ki, Abdullah b. Zubeyr - radıyallahu anhu – nun vaxtında qıtlığa məruz qaldıq. Bu vaxt yemək üçün bizə xurma verildi. Biz xurmaları yeyərkən İbn Ömər - radıyallahu anhu – yanımızdan keçirdi: «Xurmaları iki-iki götürərək yeməyin. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu bizə qadağan etmişdir. Lakin qardaşınızın icazə verməsi müstəsnadır»1358. Əbu Cuhayfə Vəhb b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən yaslanaraq yemək yemirəm»1359. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Biriniz yemək yediyi zaman barmaqlarını yalamadıqca onları silməsin»1360. Kəb b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – üç barmağıyla yeyərkən gördüm. Yeməyini bitirdikdə barmaqlarını yaladı»1361. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Birinizin loxması düşdüyü zaman dərhal onu qaldırsın. Ona yapışan (toz və s.) silsin və loxmanı yesin. Onu şeytana buraxmasın. Barmaqlarını yalamadıqca da əlini dəsmalla silməsin. Çünki bərəkətin yeməyin hansı hissəsində olduğunu bilməz (Başqa rəvayətdə: Yemək qabını sünnətləməyi əmr etdi)»1362. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəvə içdiyi kimi bir nəfəsə içməyin. İki, üç nəfəsə için. İçdiyiniz zaman Bismilləh deyin. Qurtardığınız zaman Əlhəmdulilləh deyin (Başqa rəvayətdə: İçərkən üç dəvə nəfəs alardı, verərdi)»1363. Əbu Qatadə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Suya doğru nəfəs almağı qadağan etmişdir»1364. Əbu səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – su qablarının ağızlarını əyərək onlardan su içməyi qadağan etmişdir»1365/1366. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qabın içinə nəfəs verməyi və ya (yeyiləsi və içiləsi bir şeyin içinə) üfləməyi qadağan etmişdir»1367. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir nəfərin ayaq üstə su içməsini qadağan etdi». Qatabə - radıyallahu anhu – deyir ki, biz Ənəsdən: «Bəs yemək» deyə soruşduq. Ənəs: «Bu daha pisdir» dedi1368. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən heç kimsə ayaq üstə su içməsin. Hər kim də unudaraq su içərsə dərhal qussun»1369.1370 İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kafir yeddi bağırsağı doldurmaq üçün yeyər, mömin isə bir bağırsağı doldurmaq üçün yeyər»1371.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin