SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə270/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   266   267   268   269   270   271   272   273   ...   330
MƏSCİDUL-HARAMDA GÜNAH ETMƏK

«Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə) etdiyimiz Məscidul harmdan döndərənlər və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq». (əl-Həcc 25).
SƏHABƏLƏRİ SÖYƏN

«(Ey möminlər!) Əgər siz Peyğəmbərə kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Muhəmmədi) iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): Qəm yemə Allah bizimlədir! Dediyi zaman göstərmişdir. O, vaxt Allah ona bir rahatlıq nazil etmiş, onu sizin görmədiyiniz əskərlərlə müdafiə etmişdi, kafirlərin sözünü alçaltmışdır. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ət-Tövbə 40). «Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqilərdir». (əz-Zumər 33). «Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaqlaşdırılar. O, kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər. O, şəxsin boynunda heç kəsin bir minnəti yoxdur ki, onun əvəzi verilsin. O, ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, razı qalacaqdır». (əl-Leyl 17-21). «Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) mələklər də onun köməkçiləridir». (ət-Təhrim 4). «(İslamı) ilk əvvəl qəbul edib (başqlarını bu işdə) qabaqlayan mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur!». (ət-Tövbə 100). «Belə olduqda sən onların düşmənçiliyindən qorxma! Allah sənə kifayət edər. O, (hər şeyi) eşidən və biləndir». (əl-Bəqərə 137). «Biz onların ürəklərindən kin-kudurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər». (əl-Hicr 47). «Peyğəmbər möminlrə onların özlərindən də əzizdir. Onun zövcələri isə möminlərin analarıdır». (əl-Əhzab 6). «İman gətirənlər, hicrət edənlər, Allah yolunda cihad edənlər və onlara sığınacaq verib kömək edənlər. Bunlar həqiqətən də möminlərdir. Onlar üçün bağışlanma və bolluca ruzi vardır». (əl-Ənfal 74). «Məhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə qarşı mərhəmətlidirlər. Sən onları ruku və səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilir ki, o artıq cücərtisini üzə çıxarmış o, da möhkəmlənib gövdəsi üstünə çıxaraq əkinçiləri heyran qoymuşdur. Bu kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət və böyük mükafat vəd buyurmuşdur». (əl-Fəth 29). «Sizə nə olub ki, Allah yolunda xərcləmirsiniz. Halbuki göylərin və yerin mirası ancaq Allahındır. Sizlərdən fəthdən əvvəl sərf edib vuruşanlar, fəthdən sonra sərf edib vuruşanlardan üstündür. Lakin Allah onların hamısına mükafat buyurmuşdu». (əl-Hədid 10). «Allaha və Peyğəmbərinə itaət edənlər Allahın nemətlər verdiyi Nəbilər, Siddiqlər, şəhidlər və əməlisalehlərlə bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşdırlar». (ən-Nisa 69). «Allah sizlərdən iman gətirənlərə və yaxşı işlər görənlərə onları özündən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, möminlər üçün onların Allahın özü bəyəndiyi dinini (İslamı) möhkəmlədəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər şübhəsiz ki, əsl fasiqlərdir». (ən-Nur 55). «Allah möminlərdən onlar ağacın altında sənə sədaqət andı içdikləri zaman razı qalmışdır. O, onların qəlblərini öyrənmiş, onlara əmin-amanlıq nazil etmiş və onları yaxın bir qələbə ilə mükafatlandırmışdır». (əl-Fəth 18). «Bu qənimət yurdlarından qovulub çıxardılmış, mal-dövləti əlindən alınmış, Allahın mərhəmətini və razılığını diləyən, Allaha və Rəsuluna kömək edən yoxsul mühacirlər üçündür. Onlar doğrucul kimsələrdir. Onlardan əvvəl yurd salan və iman gətirənlər isə onların yanına köçüb gələnləri sevər və onlara verilənlərə görə qəlblərində həsəd hissi duymazlar. Özləri ehtiyac içində olsalar da onların ehtiyaclarını özlərinkindən üstün tutarlar. Öz nəfslərindən qorunan kəslər nicat tapıb səadətə qovuşa bilərlər». (əl-Həşr 8-9). «Peyğəmbərə iman gətirənlər onun tərəfini saxlayıb ona arxa olanlar və onunla birlikdə nazil olunmuş nurun ardınca gedənlər nicat tapanlardır». (əl-Əraf 157). İmaran b. Hüseyn - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimin ən xeyirliləri mənim zamanımdakılardır. Sonra onların ardıyca gələnlərdir». Səhabə deyir ki, bilmirəm iki, yoxsa üç nəsil zikr etdi. Sonra sözünə davam edərək: «Sizdən sonra elə bir qövm gəldi ki, şahidlikləri istənilməyəcəkdir, lakin şahidlik edəcəklər. Xainlik ediləcəklər, onlara güvənilməyəcəkdir. Nəzir deyəcəklər, lakin yerinə yetirməyəcəklər…»1375. Abdullah b. Muğəffəl - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Səhabələrin haqqında Allahdan qorxun. Məndən sonra onları hədəf etməyin. Onlara məhəbbət bəsləyənlərə mənim məhəbbətim çatar. Onlara nifrət edənlərə mənim nifrətim çatar. Onları incidən məni incitmişdir. Məni incidən Allahı incitmişdir, Allahı incidən isə tezliklə öz cəzasına çatacaqdır»1376. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Səhabələrimi söyməyin. Onlardan birinin Peyğəmbəri ilə birlikdə bir anlıq olması sizdən hər hansı birinizin 40 illik əməlindən xeyirlidir»1377. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ağac altında mənə beyət edənlərdən heç kim Cəhənnəmə girməyəcəkdir»1378. Səid b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir nəfərin mənimlə yaşayıb üz-gözü cihadda tozlanması, sizdən birinizin Nuh qədər yaşasa belə bu müddət ərzində etdiyi xeyirli əməllərdən daha xeyirlidir»1379. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim səhabələrimi söyənə Allahın, mələklərinin və bütün insanların lənəti çatar»1380. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim səhabələrimi söyməyin! Həqiqətən sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə onlardan birinin verdiyi bir ovuc (sədəqəyə), hətta yarısına belə çata bilməz»1381. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Münafiqin əlaməti Ənsara nifrət (lağ) etməkdir, möminin əlaməti isə Ənsarı sevməsidir (Ənsarı sevmək iman əlaməti, onlara nifrət etmək isə nifaq əlamətidir)»1382. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim səhabələrimi söyərsə Allahın lənəti onun üzərinə olsun»1383.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin