SOL ƏLLƏ YEMƏK, İÇMƏK, VERMƏK VƏ ALMAQ
Səlim atasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən heç biriniz sol əli ilə yeməsin, sol əli ilə içməsin. Çünki şeytan sol əli ilə yeyər, sol əli ilə içər». Nəfi əlavə edir ki: «Sol əli ilə alar, sol əli ilə verər»1348. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bütün işlərində dəstəmaz aldıqda, saçını daradıqda, ayaqqabı geyinməsində, yeməkdə, içməkdə. Paltar geyindikdə sağdan başlamağı xoşlayardı. Sol əlini də ayaq yolunda və xoş olmayan işlər üçün istifadə edərdi»1349. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Biriniz ayaqqabısını geyindikdə sağdan başlasın. Çıxardığı zaman da soldan başlasın. Beləliklədə sağ ayaq ilk geyindirilən və son çıxardıln olsun»1350. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə su ilə qatşdırılmış süd gətirdilər. Sağında bir bədəvi, solunda Əbu Bəkr - radıyallahu anhu – dayanmışdı. Allah Rəsulu içdikdən sonra südü bədəviyə verdi və: «Sağı təqib edin» deyə buyurdu1351. Səhl b. Sad - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə içiləsi bir şey gətrildi. Ondan içdi. Sağ tərəfində bir uşaq, sol tərəfində isə bir yaşlı (səhabə) otururdu. Peyğəmbər: «Bu böyüklərə verməyimə iczə verərsənmi?» deyə buyurdu. Uşaq: «Vallahi xeyir!» dedi. Səndən gələn nəsibimi heç kimə vermərəm» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bardağı ona verdi (sağda olan insan isə İbn Abbas idi)»1352.
Dostları ilə paylaş: |