SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


TƏK SAYLI AYAQQABI İLƏ YERİMƏK VƏ AYAQ ÜSTƏ AYAQQABI GEYİNMƏK



Yüklə 3,12 Mb.
səhifə263/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   259   260   261   262   263   264   265   266   ...   330
TƏK SAYLI AYAQQABI İLƏ YERİMƏK VƏ AYAQ ÜSTƏ AYAQQABI GEYİNMƏK

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biriniz tək saylı ayaqqabı ilə yeriməsin. Ya ikisini də geyinsin, ya da ikisini də çıxartsın»1332. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizin ayaqqabısı (cırılarsa) biri ilə yeriməsin digərini təmir edənə qədər»1333. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir kimsənin ayaq üstə ayaqqabı geyinməsini qadağan etmişdir»1334.


KÜLƏYİ SÖYMƏK

Əbu Muazir Ubeyy b. Kəb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Küləyi söyməyin. Xoşunuza gəlməyən bir şey gördükdə: «Allahım! Bu küləyin xeyrindən, daşıdığı xeyirdən və əmr olunduğu xeyirdən istəyirik. Bu küləyin şərindən, daşıdığı şərindən və əmr olunduğu şərdən sənə sığınırıq»1335. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Külək Allahın rəhmətidir. O, həm rəhmət, həm də əzab gətirir. Onu gördükdə söyməyin. Allahdan onun xeyirini istəyin və şərindən Allaha sığının»1336. Küləyi söymək haramdır. Küləyi söyən onu yaradanı söymüş olur. Useymin – rahmətullahi aleyhi – deyir ki: «Əgər sən əyri bir bina görsən və onu təhqir etsən binanı tikəni söymüş olacaqsan».


XORUZA SÖYMƏK

Zeyd b. Xalid əl-Cuheyni - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xoruzu söyməyin. Çünki o, namaza oyadır»1337.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin