ALEYKƏS-SƏLƏM DEMƏK
Əbu Curey əl-Huceymi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına çatdıqda ona dedim: «Aleykəs-Sələm ya Rəsulullah!». O: «Aleykəs-Sələm demə, çünkü bu ölülərə verilən salamdır»1391.
ALLAHA HƏMD ETMƏYƏNƏ YƏRKƏMUKƏLLAH DEYİLMƏZ
Əbu Musa - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biriniz asqırdıqda Allaha həmd edərsə ona təşmit edin (YƏRHƏMİKƏLLAH) deyin. Əgər ƏLHƏMDULİLLƏH deməsə ona təşmit deməyin»1392. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında iki nəfər asqırdı. Onlardan birinə YƏRHƏMUKƏLLAH dedi. Digərinə isə demədi. Adam: «Filankəs asqırdı və ona YƏRHƏMUKƏLLƏH dedin. Mən asqırdım niyə mənə demədin?» deyə soruşdu. Peyğəmbər: «O, Allaha həmd etdi, sən isə həmd etmədin» deyə buyurdu1393.
Dostları ilə paylaş: |