SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə281/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   277   278   279   280   281   282   283   284   ...   330
HEYVANLARI MƏLƏZ ETMƏK

İbn Ömər - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – atları və digər heyvanları mələz etməyi qadağan etmişdir (Mələz – hibrit, iki müxtəlif cinsli növün və ya sortun cütləşməsindən əmələ gələn heyvan və ya bitki)»1430.


QAPI DÖYÜLDÜKDƏ «MƏNƏM» DEMƏK

Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ziyaət etmək üçü gəldim və (izn istəmək üçün çöldən onu çağırdım). Peyğəmbər: «Kimdir o?» deyə buyurdu. Mən: «Mən!» deyə cavab verdim. Peyğəmbər: «Mən! Mən!» deyərək çölə çıxdı1431.



BÖHTAN VƏ BORC

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allahın hökmü ilə cəzalandırılmağa layiq olan bir kimsənin tərəfini saxlasa o, kimsə Allahın əmrinə qarşı çıxmış olar. Kim borcunu ödəmədən ölərsə (Qiyamət günü) dinar və dirhəm əvəzinə öz (borcunu) yaxşı və pis əməlləri ilə ödəyəcəkdir. Kim yalan danışmaqdan əl çəkməzsə o, kimsə Allahın qəzəbi altında olar ta ki, bu əməlindən əl çəkənə qədər. Kim bir möminə böhtan atarsa Allah onu Cəhənnəmliklərin bədənindən çıxan çirkab suya atar və o, kimsə oradan çıxmaq istəsə də belə çıxa bilməz»1432. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminin ruhu borcu (üzündən) ödənincəyə qədər əsrdir»1433. Abdullah b. Amr b. əl-As – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Allah şəhidin bütün günahlarını bağışlayır borcdan başqa»1434. Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah yolunda ölmək borcdan başqa hər şeyi örtər»1435. Əbu Qatadə - radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ayağa qalxaraq bizlərə: «Şübhəsiz ki, Allah yolunda cihad və Allaha iman etmək əməllərin ən fəzilətlisidir» deyə buyurdu. Bir nəfər: «Ya Rəsulullah! Əgər mən Allah yolunda öldürülsəm günahlarım silinirmi?» deyə soruşdu. Peyğəmbər: «Əgər sən səbr edərək, geriyə çəkilmədən Allah yolunda döyüşərək öldürülürsənsə bütün günahların bağışlanır» deyə buyurdu. O, şəxs getmək istədikdə Peyğəmbər: «Sualını bir də təkrar et» deyə buyurdu. O: «Əgər mən Allah yolunda öldürülsəm günahlarım silinərmi?». Peyğəmbər: «Bəli, səbr edərək, geriyə çəkilmədən Allah yolunda döyüşərək öldürülürsənsə borcdan başqa bütün günahların silinəcəkdir. Çünki bunu mənə Cəbrail – əleyhissəlam – söylədi» deyə buyurdu1436. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah qaytarmaq məqsədilə borc götürənin borcunu qaytarmaq üçün ona kömək edər, xərcləmək və qaytarmamaq məqsədilə borc götürəni isə məhv edər»1437. 1438



GÜNDÜZ YATMAQ

Xəvvat b. Cubeyr demişdir: «Gündüzün əvvəlində yatmaq avamlıq, ortasında yatmaq ədəb, axırında yatmaq isə axmaqlıqdır»1439. Səib b. Yezid - radıyallahu anhu – rəvayət edir ki, Ömər - radıyallahu anhu –günorta, yaxud ona yaxın bir vaxtda bizim yanımıza gəlib deyərdi: «Qalxın, gedin yatmağa. Yerdə qalan şeytan üçündür»1440.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin