VƏSİYƏT ETMƏDƏN GECƏLƏMƏK
İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Vəsiyət etmək istədiyi bir şeyi olan müsəlman kimsəyə vəsəyyəti yanında yazılı olmadıqca iki (üç) gecə (vəsiyyətsiz) yatması caiz deyildir»1428.
AZAN VAXTI MƏSCİDDƏN ÇIXMAQ
Əbu Şuşa rəvayət edir ki, Əbu Hureyrə - radıyallahu anhu – ilə birlikdə məsciddə oturmuşduq. Müəzzin azan oxudu. Adamın biri məsciddə durub getməyə başladı. Əbu Hureyrə - radıyallahu anhu – o, kişini məsciddən çıxana qədər gözü ilə izlədi və: «Bu adam Əbul Qasıma üsyan etmişdir» dedi1429.
Dostları ilə paylaş: |