SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


SEHR-CADU-KAHİNLİK-UĞURSUZLUĞA İNANMAQ-ULDUZ FALI-MÜNƏCCİMLİK



Yüklə 3,12 Mb.
səhifə288/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   284   285   286   287   288   289   290   291   ...   330
SEHR-CADU-KAHİNLİK-UĞURSUZLUĞA İNANMAQ-ULDUZ FALI-MÜNƏCCİMLİK

«Həqiqətən onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər». (əl-Bəqərə 102). «Onlar Cibt və Tağuta inanır». (ən-Nisa 51). «Musa: «Siz atın» dedi. Onlar (əllərindəkiləri və əsaları) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxut-dular və böyük bir sehr etdilər». (əl-Əraf 116). «Musa dedi: «Xeyr, (əvvəlcə) siz tullayın! (onların əllərindəki ipləri və dəyənəkləri yerə atan kimi) Musaya elə gəldi ki, onların sehri nəticəsində kəndirləri hərəkətə gəlib sürünür». (Ta ha 66). «Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir günahkara, yalançıya (cadukara, falçıya, sehrbaza və adlarını kahin qoyub xalqı aldadanlar) nazil olur». (əş-Şuəra 221,222). «Sehrbaz isə harda olursa olsun mətləbinə çatmaz». (Ta ha 69). «Sehrbazlar (dünya və axirətdə) nicat tapmazlar». (Yunus 77). Ömər - radıyallahu anhu – rəvayət edir ki: «Cibt – sehirdir, tağut isə şeytandır». Cabir - radıyallahu anhu – rəvayət edir ki: «Tağutlar şeytanların səmadan enib xəbərlər gətirdikləri kahinlərdir ki, onların hər birində bir şeytan vardır». İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Tağut Allahdan qeyri ibadət edilən hər bir şeydir». İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki: «Cibt bütlərdir». əş-Şabi – rahmətullahi aleyhi – deyir ki: «Cibt münəccimlərdir». Auf – rahmətullahi aleyhi - deyir ki: «İyafə – quşların uçuş istiqamətlərinə görə gələcəkdən xəbər verməkdir. Tarq – yer üzərində xətlərin çəkilməsidir». Həsənul Bəsri – rahmətullahi aleyhi - deyir ki: «Cibt – şetanın əkssədasıdır». Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Özünüzü yeddi həlak edici günahdan qoruyun». Səhabələr: «Ya Rəsulullah! Onlar hansılardır?» deyə soruşdular. Peyğəmbər: «Allaha şərik qoşmaq, Sehrlə məşğul olmaq, haqqı olmadan Allahın haram etdiyi insanı öldürmək, Sələm (faiz) almaq, Yetim malını yemək, Döyüş günü meydandan qaçmaq, ismətli, namuslu qadınları namussuzluqda ittiham edərək böhtan atmaq»1471.

İbn Qudamə – rahmətullahi aleyhi - deyir ki: «Sehr düyünlər, oxumalar və söylənən sözlər, yazılan ifadələr, edilən şeylərdir ki, bunlar sehr edilən kimsənin bədəninə, qəlbinə və ya ağlına bilavasitə təsir edir. Sehirin bir həqiqəti vardır ki, kimisə öldürür, kimisə xəstə edir, kimisə xanımına yaxınlaşmaqdan çəkindirir, ər və arvadı bir-birindən ayırır, bir kimsənin digərini sevməsi üçün sehr edilir. Sehrin öyrənilməsi və öyrədilməsi haramdır. Bəziləri özlərinə təskinlik vermək üçün deyirlər ki, biz insanlara yaxşılıq edirik, onların dərdlərini azaldırıq. Buna da ağ maqiya adını verirlər. Lakin bu əsla belə deyildir. Nə ağ maqiya, nə də qara maqiya ilə məşğul olmaq olmaz. Bunların hər ikisi də haramdır. Bu işlə məşğul olan adam tövbə etməsə – Allah qorusun – dünyasını da, axirətini də puç edəcəkdir. Əgər sehr yaxşı bir şey olsaydı Allah ondan sığınmağı əmr etməzdi. «De ki: Pənah aparıram sübhün Rəbbinə, yaratdıqlarının şərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, (ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib iplərə düyün vuran) qadınların şərindən və bir də paxılın şərindən». (əl-Fələq 1-5). «De ki: Pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların tanrısına, vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən. O, şeytan ki, insanların ürəklərinə vəsvəsə salır. O, şeytan ki, cinlərdən də olur, insanlardan da». (ən-Nəs 1-6). Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik. Onları hər bir məlun şeytandan qoruduq. Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir axan ulduz təqib edə (və üstünə düşüb yandırar)». (əl-Hicr 16-18). Aişə - radıyallahu anhə – rəvayət edir ki, mən: «Ya Rəsulullah! Kahinlər bizlərə bəzi şeyləri söyləyirlər ki, onların dedikləri doğru çıxır». Peyğəmbər: «Bu doğru (sabit) olan kəliməlrdir ki, cinlər oğrun-oğrun qulaq asaraq (bu kəlimələri) oğurlayaraq öz dostlarının (sehrbazların, falçıların, kahinlərin) qulağına sözlərə yüz dənə yalan əlavə edərək pıçıldayarlar (Başqa rəvayətdə: Toyuğun qaqqıldaması kimi sözləri onların qulağına əyilərək boşaldarlar. Onlar heç bir şey deyillər)» deyə buyurdu1472. Kabisə b. əl-Mubarək - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cizgilər çəkərək fala baxan, quşun ötməsini uğur və ya uğursuzluq sayan və quşun sağa-sola uçmasından (sağ tərəfə uçarsa xeyir, sol tərəfə uçarsa şər kimi) mənalar çıxarmaq küfrün əlamətidir»1473. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sehrbazın cəzası qılınc zərbəsidir»1474. Bəcələ b. Əbdən rəvayət edir ki: «Ömər - radıyallahu anhu – yazılı surətdə fərman vermişdir ki, hər bir sehrbaz kişi və qadını öldürün. Biz də üçünü öldürdük»1475. Əbu Məsud əl-Bədri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – itdən gələn pulu, zinakarın qazancını və falçılıqdan gələn pulu götürməyi qadağan etmişdir»1476. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Əbu Bəkr - radıyallahu anhu – nun bir köləsi vardı. Bir gün yeməyə bir şey gətirdi, Əbu Bəkr də ondan yedi. Kölə ona: «Bunu nəyin qazancından alındığını bilirsənmi?». O: «Bu nəyin qazancın-dandır?» deyə soruşdu. O, da: «Cahiliyyə dövründə bir nəfərə kahinlik etmişdim. Halbuki mən kahinliyi bilmirəm. Lakin onu aldatmışdım. Mənimlə qarşılaşdı və bunları mənə verdi. Sənin yediklərin də odur. Əbu Bəkr - radıyallahu anhu – əlini ağzına soxaraq yediklərini qusdu»1477. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Astrologiya elmindən bir sahəni öyrənən sehrdən bir sahə öyrənmiş olur. Çoxunu öyrənən kəs sehrdən bir o, qədər öyrənmiş olur»1478. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir düyün bağlayıb ona üfürərsə sehr etmiş olur. Kim də sehr edərsə Allaha şərik qoşmuş olur. Kim bir şeyə bağlanarsa ona təvəkkül etmiş olur»1479.

Bu falçılar sadəlövh insanları özlərinə inandırmağa məcbur edirlər və onların pullarını və mallarını haram yolla onların əlindən alırlar. Qum üstünədə cizgi çəkməklə, əl içinin xətlərini oxumaqla, balıqqulağı, kofe stəkanı ilə, fincan, güzgü və s. üsullar tətbiq edirlər. Gələcəyini bilmək, nigahda və ticarətdə xoşbəxtmi və yaxud bədbəxtmi olacaqlarını öyrənmək, itirilmiş əşyalarını tapmaq və buna oxşar məqsədlərlə sehrbazların yanına gedirlər. Falçının və ya cadugərin yanına gedən şəxs, onların dediklərinin doğru olduğuna inanarsa küfr etmiş olar. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir kahinin yanına gedib onun dediyini təsdiq edərsə Muhəmmədə nazil olanı inkar etmiş olar»1480. İbran b. Huseyn - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim (düşər-düşməzlik, nəhs gətirmək və s mövhumatı) sınaq etsə, yaxud etdirsə, kim baxıcılıq etsə, yaxud öz falına baxdırsa, kim sehr etsə, yaxud sehrbaza müraciət etsə bizdən deyildir. Kim də kahinin yanına gedib onun dediklərini təsdiqləsə Məhəmmdə nazil olanı inkar etmiş olur»1481. Əgər cadugər və ya falçı yanına gedən şəxs onun qeybi bildiyini qəbul etmirsə və onu sadəcə dinləmək və ya buna bənzər bir səbəblə gedirsə küfr etmiş olmur, lakin fərz namazları qırx gün müddətində qəbul edilmir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim ƏRRAF1482 adlanan bir falçı yanına gedib fala baxdırsa və ona inansa onun qırx günlük namazı qəbul edilməz»1483.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin