ULDUZ FALI – Qatadə – rahmətullahi aleyhi - deyir ki: «Allah ulduzları üç məqsədlə yaradıb. Səmaya zinət salmaq üçün, onlarla şeytanları vurmaq üçün və səfərdə olanlara (yolu tapmaq üçün) səmt göstərən kimi. Kim onlardan başqa məqsədlər üçün istifadə etsə səhv etmiş və taleyi bekara olar. Bu ona özünün də təsəvvür etmədiyi dərəcədə baha başa gələr»1490. «And olsun ki, Biz dünya səmasını qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq». (əl-Mulk 5). «Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir cəmaat üçün bu cür ətraflı izah etdik». (əl-Ənam 97). Həmçinin də jurnal və qəzetlərdən ulduz falına baxmaq da bu qəbildəndir. Taleyinə ulduzların (bürclərin) və planetlərin təsiri olduğuna inananlar müşrükdürlər. Əylənmək üçün ulduz fallarını oxuyarsa asidir, günahkardır. FAL OXLARI – Şeytan əməlidir. Nə üçün? Çünki onun dedikləri əgər düz olsaydı onda insanın həyatı zəhirmara dönərdi. 1-ci gün çölə çıxma başına bəla gələcək, 3-cü gün filan dostunla görüşmə xətrivə deyəcəkdir, 4-cü günü filan yerə getmə səni aldadacaqlar və s. Ulduzlarla gələcəyi söyləməyin yalan olduğu haqda bir çox rəvayətlər vardır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən ümmətimdə üç şeyin yaranmasından qorxuram. İmamların ədalətsizliyindən, ulduzlara inanmaqdan və qədəri inkar etməkdən»1491. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən özümdən sonra ümmətimdə iki şeyin yaranmasından qorxuram. Qədəri inkar etməkdən və ulduzlara inanmaqdan»1492. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç nəfər Cənnətə girməz. Sərxoşluq edən, sehrin doğruluğunu təsdiq edən, qohumluq əlaqələrini kəsən»1493.
Əli - radıyallahu anhu – rəvayət edir ki: «Ruzisinə şükr etməli olduğunuz halda onu yalanmı hesab edirsiniz». (əl-Vaqiə 82). Yəni sizin minnətdarlığınız: «Yağış ulduzların hansısa yerləşməsinin və ya hansısa ulduzun sayəsində yağdı» deyərək: «Onun inkar edilməsi»1494. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdə cahiliyyə dövrün-dən dörd əlamət qalmışdır. Öz əsil-nəcabəti ilə fəxr etmək, başqasının nəslinə tənə etmək, yağışın yağmasını ulduzlarla əlaqələndirmək və ölü üstündə ağı deyib ağlamaq»1495. Zeyd b. Xalid - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Hudeybiyyədə bizə sübh namazını qıldırdı. O, gecə güclü yağış yağmışdır. Namazı qılıb qurtardıqdan sonra üzünü cəmaata tərəf çevirərək buyurdu: «Bilirsinizmi Rəbbiniz nə buyurdu?». Səhabələr: «Allah və Rəsulu daha yaxşı bilir» dedilər. Rəbbiniz buyurdu ki, qullarımdan kimisi mənə mömin, kimisi də kafir olaraq sabahladılar (Başqa rəvayətdə: Kimisi şükr etmiş, kimisi küfr). Hər kim yağış bizə Allahın rəhmi və mərhəməti sayəsində yağdı desə o, Mənə iman gətirmiş, ulduzlara iman etməmişdir. Hər kim də yağış bizə ulduzların yerləşməsinə görə yağdı desə o, kimsə Mənə iman gətirməmiş, ulduzlara iman gətirmişdir (Başqa rəvayətdə: Allah qullarına hər nə zaman bir nemət ehsan etdisə bir qrupu onu ulduzlar etdi, ulduz sayəsində oldu deyərək o, nemətə küfr etdilər)» «Ulduzların mənzillərinə and olsun ki, kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz – bu çox qiymətli Qurandır. Qorunub saxlanılan kitabdır. Ona yalnız pak olanlar toxunar. (O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. İndi siz bu kəlamı yalan sayırsınız? Ruzinizə şükr etməli olduğunuz halda onu yalanmı hesab edirsiniz». (əl-Vaqiə 75-82)1496. Əgər kimsə yağışın yağmasını ulduzların müəyyən düzülüşünə görə yağdığını deyirsə bu tövhidin prisiplərinə ziddir. Etiraf edilməlidir ki, yağış və digər nemətlər Allahın öz bəndələrinə olan mərhəmətidir. Ulduzların yağışın yağmasına heç bir təsiri yoxdur. Çünki bunun səbəbi Allahın öz bəndələrinə onların ehtiyaclarına olan diqqəti və onlara olan rəhmidir. Allah öz rəhmətilə yağış göndərir. Çünki insanların və bütün canlı aləmin buna çox ehtiyacı vardır. Ulduzların və ya onların yerləşməsinin yağışın yağmasına təsir etməsi küfr və şirk olan əməldir, eynilə ölüyə və ya olmayana yalvarıb onun fayda gətirməsi və ya şərdən qoruması iddiası kimi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında günəş tutuldu. İnsanlar: «Günəş İbrahimin ölümünə görə tutulmuşdur» dedilər. Peyğəmbər: «Həqiqətən günəş və ay Allahın rəmzlqəridir. Onlar heç kəsin ölmünə və ya doğulduğuna görə tutulmurlar…»1497.
Dostları ilə paylaş: |