XƏYANƏT
«Ey iman gətirənlər! Bilə-bilə Allaha, Onun Peyğəmbərinə və aranızdakı əmanətlərə xəyanət etməyin». (əl-Ənfal 27). «Yusuf dedi: Bu ona görədir ki, vəzir (evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin». (Yusuf 52). «Əmanətə xəyanət edən şəxs Qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr». (Ali İmran 161). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əmanətə riayət etməyənin imanı, sözündə durmayanın da dini olmaz»1454. Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mücahidləri (Allah yolunda vuruşanların) zövcələrinin toxunulmazlığı, döyüşə qatılmayanlar üçün onların öz analarının toxunulmazlığı kimidir. Döyüşə qatılmayan hər hansı bir kimsə mücahidin ailəsinə baxmağı öz üzərinə götürüb sonra da onlara xainlik edərsə Qiyamət günü onu mücahidin qarşısına gətirərlər. Mücahid də o, kimsənin yaxşılıqlarından dilədiyini istədiyi qədər alar. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Siz bu haqda nə fikirləşirsiniz? (Onun yaxşılıqlarını götürər, yoxsa yox)»1455.
NƏRD OYNAMAQ
Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim nərd oynasa Allaha və Onun elçisinə asilik etmiş olar»1456. İbn Məsud - radıyallahu anhu – deyir ki: «(İnsanı) ibadətdən təmamilə uzaqlaşdıran, işarələnmiş bu dördkünc daşlardan (nərd oynamaqdan) çəkinin. Çünki o, qumardır»1457. Əbu Bureydə atasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim nərd oynayarsa sanki əlini donuz ətinə və qanına bulamışdır»1458. Nəfi deyir ki, İbn Ömər - radıyallahu anhu – ailəsində bir kimsənin nərd oynadığını gördükdə onu vurar və nərdi sındırardı»1459. Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – deyir ki: «İki zərlə qumar oynayan donuz əti yeyən kimidir. Qumarsız nərd oynayan əlini donuz qanına bulamış kimidir»1460. Rəbiyə atasından rəvayət edir ki, İbn Zubeyr - radıyallahu anhu – xütbə verib dedi: «Ey Məkkə əhli! Mənə gəlib xəbərlər çatıbdır ki, Qureyşin bəzi kişiləri bir oyun oynayırlar. Buna nərd deyilir. Sonra: «Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız». (əl-Maidə 90) ayəsini oxudu. Mən Allaha and içirəm ki, hansı bir adamı nərd oynayan görsəm onu mütləq cazalandıracaq və əldə etdiyini onu tutub yanıma gətirən adama verəcəyəm»1461. Fudalə b. Ubeyd toplantılardan birində idi. Bu vaxt ona bir dəstə adamın nərd oynadıqlarını xəbər verdilər. O, qəzəbli halda ayağa qalxıb bunu sərt şəkildə inkar etdi. Sonra da: «Qumar məqsədilə nərd oynayan kimsə donuz əti yeyən, qanı ilə yuyunan adama bənzəyir»1462. Əli - radıyallahu anhu – qəsrin qapısından çıxıb nərd oynayanları gördüyü zaman onları tutub aparar, gecəyədək həbs edərdi. Onlardan bəziləri günortayadək həbsdə qalardılar. Gecəyədək həbsdə qalanlar (nərdi) pulla oynayanlar idi. Günortayadək həbsdə qalanlar isə bunu əylənmək məqsədilə oynayanlar idi. Əli - radıyallahu anhu – onlara salam verməyi qadağan edərdi»1463. Əbu Hureyrə - radıyallahu anhu – nərd ilə qumar oynayan haqqında demişdir: «(Nərd ilə qumar oynayan) donuz əti yeyən kimidir. Qumarsız nərd oynayan əlini donuz qanına bulamış kimidir. Nərd oynayanın yanında oturub ona baxan donuz ətinə baxmış kimidir»1464.
Dostları ilə paylaş: |