SƏFƏRƏ TƏK ÇIXMAQ
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar tək çıxma (təhlükəsi haqqında) mənim bildiklərimi bilsəydilər, heç kimsə gecə vaxtı tək başına yola çıxmazdı»1421. Amr b. Şuayb atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Tək başına səfər çıxan şeytan (kimidir). İki nəfər də şeytan (kimidir). (Amma) üç nəfər isə artıq karvandır»1422. Əbu Səid və Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç nəfər səfərə çıxdıqda içərilərindən birini əmir seçsinlər»1423.
Dostları ilə paylaş: |