KİTAB ƏHLİ OLAN KİMSƏLƏRƏ SALAM VERMƏK
Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələri: «Əhli kitab olan kimsələr bizə salam verirlər. Bu təqdirdə biz onların salamlarını necə qarşılayacağıq?» dedilər. Peyğəmbər: «Sizə kitab əhli bir kimsə salam verdikdə ona «VƏ ALEYKUM» deyin1387. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəhudilər sizə salam verdikləri zaman onlardan biri «ƏSSƏMU ALEYKUM» (ölüm sizin üzərinizə olsun) deyərsə, siz də: «VƏ ALEYKƏ» (sizin üzərinizə də) deyin1388. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəhudi və Xristianlara ilk olaraq siz salam verməyin. Siz onlardan hər hansı birilə yolda qarşılaşdığınız zaman ona yolun ən dar hissəsini verin»1389 Usamə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – içərisində müsəlman və müşrik olan bir məclisə yetişdi və onlara salam verdi». «Haqq yolu tutub gedənlərə salam olsun». (Ta ha 47). Peyğəmbər – sallallahu aleyhi və səlləm – Fars və Bizans imperatorlarına məktub göndərdikdə sözünə belə başlayardı: «Bismilləhir-Rahmənir-Rahim! Salam olsun doğru yolda olanlara»1390.
Dostları ilə paylaş: |