GÜNAHLARI TƏRK ETMƏYİN FAYDALARI
Kişinin insaniyyət qazanması, irsinin qorunması, məxluqatı sevməsi, qəlbin güclənməsi, nəfsin xoş olması, qəlbin nemətlərlə dolması, könlünün rahatlanması, fasiq və zalımların qorxutmalarından əmin olması, xəstəlik, sıxıntı və kədərin azalması, nəfsin izzətli olması, qəlb nurunun qorunması, fasiq və zalımların zülmünə qarşı bir çıxış yolunun əldə edilməsi, ummadığı yerdən ruzinin verilməsi, itaətlərin yerinə yetrilməsi asanlaşması, Allaha dua etməyin çoxalması, müsəlmanlara zəfərin verilməsi, fasiq və asilərin çətinləşdirdikləri şeylərə qarşı asanlığın gəlməsi, dualarına həmən cavab verilməsi, mələklərin ona yaxınlaşması, şeytanın və şərli cinlərin ondan uzaqlaşması, insanların ona xidmət etməkdə və ehtiyaclarını ödəməkdə bir-birilərilə yarışmaları, onunla söhbət və yaxınlıq qurmaları, ölümdən qorxmaması, Rəbbinə qovuşması ilə sevinməsi, qəlbində dünyanı kiçik, axirəti isə böyük görməsi, itaətin dadını və imanın ləzzətini alması, ərşi daşıyan və başqa mələklərin dualarına nail olması, qurtuluşa həris olması, Allahın onu sevməsi və s.
Dostları ilə paylaş: |