MÜNAFİQLƏRİN SİFƏTLƏRİ – İbn Qeyyim «Tarikul Hicrəteyn» adlı əsərində Allahın münafiqlər üçün saymış olduğu sifətləri sadalayaraq onlar üzərində düşünməyi tövsiyə edir. 1. Onların qəlblərində şək və şübhə xəstəliyi vardır. 2. Onlar yer üzündə fitnə və fəsad çıxarırlar. 3. Onlar Allahın dinini və qullarını ələ salırlar. 4. Onlar yer üzündə azğınlıq edər və hidayəti satıb qarşılığında zəlaləti alırlar. 5. Onlar kor, kar və laldırlar. 6. Onlar tərəddüd içində olub, Allaha ibadət etməkdə tənbəl olurlar. 7. Onlar zina etməyə düşkündürlər. 8. Onlar Allahı çox az zikr edərlər. 9. Onlar möminlərlə kafirlər arasında gedib-gəlirlər, nə onlara tərəf görünürlər, nə də bulara tərəf görünürlər. 10. Onlar yalan yerə və batil olaraq Allahın adı ilə çox and içərlər. 11. Onlar yalançıdırlar. 12. Onlar hədsiz dərəcədə qorxaqdırlar. 13. Onlar dini bilməz və dindən anlamazlar. 14. Onlar çox simicdirlər. 15. Onlar Allaha və Axirət gününə inanmazlar. 16. Onlar davamlı olaraq möminlərə zərər verməyə çalışır möminlər arasına fitnələrin daxil olması üçün çalışar, nəsihətlər edərlər. 17. Onlar heç bir zaman Allahın dininin qalib gəlməsini istəməzlər. 18. Onlar haqqı yox etmək və qaldırmaq üçün durmadan çalışarlar. 19. Onlar möminlərin qalib gəlməsinə, möminlərin zəfər çalmasına son dərəcə üzülürlər. 20. Onlar möminlərin başına gələn bəla və müsibətdən dolayı sevinirlər. 21. Onlar möminlərin başına bəla və müsibət, fəlakətin gəlməsini istəyərlər. 22. Onlar Allah rizası üçün Onun yolunda sərf etməyi sevməzlər. 23. Onlar möminlərdə olmayan bəzi vəsfləri onlara iftira edər və beləcə onları pisləməyə, ləkələməyə çalışarlar. 24. Onlar dünyanın qulları, əgər onlara dünyalıq verilərsə razı qalarlar, verilmədiyi təqdirdə isə qəzəb edərlər. 25. Onlar Allahın Rəsuluna əziyyət verər, Allahın onu münəzzəh etdiyi şeyləri ona nisbət edər, onun üçün ucalıq, fəzilət və kamil sayılacaq şeylərlə onu ayıblayarlar. 26. Onların məqsədləri yaradılmışları razı etmək, aləmlərin Rəbbini razı etməyə isə heç çalışmazlar. 27. Onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən geri qalıb cihada getməməklə sevinərlər. 28. Onlar Allah yolunda cihad etməkdən və edilməsindən xoşlanmazlar. 29. Onlar hər cür vasitə ilə Allahın fərz etdiyi şeyləri yerinə yetirməmək və onlardan qurtulmağa çalışırlar. 30. Onlar Allah və Rəsuluna itaət etməməyi arzu edərlər və bunu istəyərlər. 31. Onların qəlbləri möhürlənmişdir. Haqqı düşün-məzlər. 32. Onlar gücləri olduğu halda Allahın fərz etdiyi şeyləri tərk edərlər. 33. Onlar insanlar arasında Allahın adına ən çox and içənlər olub, bunu müsəlmanların onlara qarşı çıxmasına qarşı bir qalxan ediblər. 34. Onlar Adəm oğulları arasında ən rəzil və ən pis varlılıqlardır. 35. Onlar fasiqdirlər. Allah və Rəsulunun əmrlərinə bağlı qalmazlar. 36. Onlar möminlər üçün zərərli məxluqlar olub, davamlı olaraq onları bölüb parçalamağa çalışarlar. 37. Onlar möminlərə, Allah və Rəsulu ilə döyüşən hər kəsə kömək edərlər. 38. Onlar möminlərə zahirən bənzəməyə çalışır və əməllərində onlara təqlid edərlər ki, beləcə onlara zərər verməyə və onların birliklərini pozmağa yol tapsınlar. 39. Onlar Allahı və Rəsulunu inkar etməklə özlərini fitnəyə salmışlar. 40. Onlar pis aqibət və fəlakətlərin müsəlmanların başına gəlməsini istəyərlər. 41. Onlar din haqqında şübhəyə düşmüş və onu təsdiq etməmişlər. 42. Onları batil istəklər və şeytan aldatmışdır. 43. Onlar bədəncə insanların ən gözəlləri olub, görünüşləri və danışmaları diqqəti cəlb edəndir. Ancaq bədən və sözlərindən başqa onlardan heç bir şey yoxdur. İman yox, fiqh yox, səmimiyyət yox. Onlar tövbəyə və istiğfara dəvət edildikdə qəbul etməz və buna ehtiyaclarının olmadığını iddia edərlər. Buna da səbəb ya onlarda olan zındıqlıq və cahilliyə görədir, ya da onları dəvət edənləri aşağı görərək onlardan heç bir şey qəbul etməməkdir. Onlar Allahın ayələrini və Rəsulunu əyləncə edib bununla əylənərlər. 44. Onlar münkəri əmr edər və mərufu qadağan edərlər. 45. Onlar mücrimdirlər. 46. Onlar Allahın razı olacağı yollarda mallarını sərf etməzlər. 47. Onlar Allahı xatırlamaz və zikr etməzlər. 48. Onlar möminləri buraxıb kafirləri dost edərlər. 49. Şeytan onları idarə edir və onlara hakim olmuşdur. 50. Şeytan onlara qalib gəlmiş, Allahı zikr etməyi, xatırlamağı onlara unutdurmuşdur. Beləcə onlar da Allahı çox az xatırlayarlar. 51. Onlar şeytanın əskərləridir. 52. Onlar Allah və Rəsuluna düşmənlik edənləri sevər və onlarla dost olarlar. 53. Onların möminlərə qarşı olan nifrəti, kini, kudurəti ağızlarından çıxan sözlərdən bilinir. 54. Onlar qəlblərində olmayan şeyləri sadəcə dilləriylə deyərlər. 55. Onlar danışarkən yalan danışarlar. 56. Onlar əmanətə xəyanət edərlər. 57. Verdikləri sözdə durmazlar. 58. Mübahisə etdikdə biabırçı sözlərə yol verərlər və bağıraraq danışarlar. 59. Namazı ən son vaxına qədər gecikdirərlər. 60. Namazı tez-tez qılarlar. 61. Cəmaatla namaza gəlməzlər. Onlara ən çətin gələn namazlar sübh və işa namazlarıdır. 62. Onlar möminlər üçün xeyir diləməkdə simic olarlar. 63. Onlar bir səs eşitdikdə dərhal qorxuya düşərlər. Möminlərə dilləriylə əziyyət verən insanlar onlardır. Müsəlmanlar çətinliyə düşərkən qəlblərində olan əqrəblər dərhal ortaya çıxar və gizli olan bütün çirkinlikləri üzə çıxar. Onlar dilləri şirin, lakin qəlbləri çox sərt və acıdır. 64. Onlar insanlar arasında sözləri və əməlləri ən çox zidd gələn kimsələrdir. Heç bir zaman onlarda dini gözəl bilmək, gözəl əxlaq bir yerdə ola bilməz. Hər zaman onların hərəkətləri sözlərini, içləri çöllərini, gizli halları zahiri davranışlarının ziddidir. Həqiqi mömin onlara güvənməz. Çünki onlar haqq və ya batillə, doğru və ya yalanla hər işin bir çıxış yolunu hazırlamışlar. Hər bir işdən qurtulmaq bəhanələri onlarda hazırdır. Bu İsim tarla siçanı adlanan heyvanın yuvasının adı olan NAFİQA – dan alınmışdır. Bu heyvan yuvası üçün bir çox çıxış qapısı açar. Hansı dəlikdən yaxalanmağa çalışılarsa digərindən qaçar beləcə onu yaxalamağa çalışan kimsə tək bir dəlikdən heç bir zaman onu yaxalaya bilməz. Münafiq də belədir. Münafiqlərin ən bariz bir xüsusiyyəti də vardır ki: 65. Onlar tez-tez rəng verib rəng alar, haldan hala girmələri və heç bir zaman tək bir hal üzərə sabit olmazlar. Bəzən sən onu heyrat edəcək dərəcədə bir dindar, ibadət əhli, saleh əməllər edən və səmimi olaraq görürsən. Bir də baxırsan ki, bunların ziddini edir. Elə bil ki, o dünənki yaxşı əməlləri edən kimsə deyildir. 66. Onlar gecələri leş kimi yatar, gündüzləri isə dünyaları üçün çalışarlar. Axirəti isə heç düşünməzlər. 67. Onları Quran və Sünnəyə dəvət etdiyin zaman onlar bunu qəbul etməz və tağutlarına gedib mühakimə olunmaq üçün səni dəvət edərlər. 68. Onlar öz ağıllarını Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirdiklərinə qarşı qoyarlar. Onlar həm Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirdiklərindən üz çevirmiş, həm də onun gətirdiklərinə qarşı çıxmışlar. 69. Onlar haqqı gizlədər. 70. Onlar haqq əhlini zahid, axirətə rəğbətli və Allah ilə Rəsuluna itaətkar gördükləri zaman həmən onları pisləyərlər. Onlar haqq əhlinin əlində haqqı gördükləri zaman ona batil donunu geyindirməyə və insanları ondan uzaqlaşdırmaq üçün həmən insanı gözdən salmağa çalışarlar. Öz əllərində olan batilə də haqq donu geyindirərək insanların qəbul etmələri üçün mülayimliklə onu insanlara yeridərlər. 71. Heç şübhəsiz ki, dini üçün bu tip insanlar kimi zərərli kimsələr yoxdur. Dini pozanlarda onlardır. Buna görə də Allah Qurani Kərimdə onların sifətlərini bəyan etmiş və izah etmişdir. Onların ümmətə etdikləri çətinliklər və ümmətin onlarla imtahanı böyük olduğu üçün Allah təkrar-təkrar onları zikr etmişdir. Onlar neçə-neçə insanları doğru yoldan çıxartmış. Zəlalət yollarına sövq etmiş, onlara boş vədlər və arzular verərək aldatmışlar. Onlar vasitəsilə neçə insanların imanı və təqvası çıxarılıb atılmışdır. Onlarla bərabər olmaq ayıb və rəzillik olub, onları sevmək isə Cəbbar olan Allahın qəzəbinə və Cəhənnəminə girməyə səbəbdir. Onların bəla və müsibətinə düşməkdən çəkinin. Onların dilləri bəla və müsibət kəsən iti bıçaqlardır. Onlar özlərini Cəhənnəmin qapısında duran və ona dəvət edən Cəhənnəm dəvətçiləri etdilər. Onların dəvətinə icabət edən həlak olsun!
Səhabəllər də bu kimi şeylərə düşməkdən həzər edərdilər. Hətta Ömər - radiyallahu anhu– Huzeyfə b. Yəmən - radiyallahu anhu – ya deyərdi: «Ey Huzeyfə! Allah haqqı üçün söylə, Peyğəmbər – sallallahu aleyhi və səlləm – onlar arasında mənim adımı zikr etdimi?». Huzeyfə: «Xeyr, Lakin səndən sonra heç kimsəyə bu xüsusda bir söyləmə-yəcəyəm» deyə cavab verdi297.