SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə154/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   150   151   152   153   154   155   156   157   ...   330
KİŞİ VƏ QADIN HAQLARI

«Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir tutmuş olsun». (ən-Nisa 19). «Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi. Qadınların da onlar üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət və hikmət sahibidir». (əl-Bəqərə 228). «Kişilər qadınların üzərində ixtiyar sahibidirlər. Bu Allahın onlardan birini digərinə üstün etməsinə və kişilərin öz mallarından sərf etməsinə görədir. Əməlisaleh qadınlar itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzlərsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə Allah uca və böyükdür». (ən-Nisa 34). «Arvadın yeməyi və geyimi öz qüvvəsi dairəsində uşağın atasının üzərinə düşür». (əl-Bəqərə 233).

Kişi öz həyat yoldaşı ilə rəftarda necə olmalıdır? Allah qadınlar üzərində haqlar vacib etdiyi kimi, kişilər üzərinə də vacib etmişdir. «Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi. Qadınların da onlar üzərində hüquqları vardır». (əl-Bəqərə 228). Lakin Allah kişinin haqqını qadının haqqından öndə gətirmişdir. Görürsən ki, bir çox insanlar ailə qururlar. Lakin yoldaşı ilə necə rəftar etməyi, ona necə müraciət etməyi, bir-birilərinin üzərində olan haqlardan xəbərsiz olurlar. Bunun nəticəsi də rəftar etdiyi zaman öz nəfsinə uyğun, öz istədiyinə uyğun və ya öz kişiliyindən istifadə edərək rəftar edir. Şəriətin vacib etdiklərini yerinə yetirmir. Bu rəftar məsələsində şəriət əhkamlarını öyrənmirlər. Bu məsələdə olan qadağaları və əmrləri bilmirlər. İbn Abbas - radıyallahu anhu – deyir ki: «Qadınların üzərində haqlar olduğu kimi onlar üçün də haqlar vardır. Mən istəmirəm ki, qadının üzərində olan bütün haqları ondan tələb edim. Necə ki, ona vacib olduğu kimi haqlar mənə də vacib olsun. Eynilə qadın öz əri üçün bəzəndiyi kimi, kişi də öz qadını üçün bəzənməli, ondan gələn xoşagəlməz qoxulardan uzaq olmalıdır. Qadın bunu tələb edərsə o, bunu mütləq etməlidir». Baxın Peyğəmbər – sallallahu aleyhi və səlləm – in öz zövcələrilə olan rəftarına. Necə də gözəl nümunədir. «Həqiqətən Allahın Rəsulu Allaha, Qiyamət gününə ümüd bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir». (əl-Əhzab 21). Bəzən kişi öz cinsindən istifadə edərək qadını ilə rəftar edir. Bəzi insanlar isə hərisdirlər ki, onların ailələrində rəftar yalnız şəriətə uyğun olsun. Bu cür rəftara artıq insanların çoxu əməl etmirlər. Bəzi insanlar da gözəl rəftar deyildikdə qadını başlı-başına buraxmaq, istədiyini onun üçün etmək (istər icazəli olsun, istər qadağan olunan) şəkildə başa düşürlər. Belə bir rəftar artıq səhlənkarlıqdır. Belə bir rəftar nəticəsində görürsən ki, artıq qadınlar kişilərin işlərini yerinə yetirirlər.



Allah kişiləri qadınlardan bir pillə üstün etmişdir. Bu da kişilərin evə xərclədiklərinə, qazandıqlarına görə üstün tutulmuşdur. Həmçinin də dözümlülüyünə. səbrinə və gücünə görə də üstün tutulmuşdur. Buna görə də kişi evdə əmr, qadağa və xərcləmək məsələsində əmr sahibidir. Qadına vacibdir ki, ərinə Allaha itaətdə itaət etsin (haram olmayan şeylərdə). Hətta haram deyilsə və şəriətdə də deyilsə. Yaxşı əməldirlə itaət etməlidir. Ona asi olmamalıdır. Evinə ərinin xoşlamadığı insanları daxil etməsin, evdən çıxdığı halda yalnız ərinin razı qaldığı şəkildə çıxsın. Əgər qadın bu haqları qoruyarsa artıq fərzi yerinə yetirmiş olar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər qadın gündəlik beş namazı qılarsa, Ramazan orucunu tutarsa və ərinə itaət edərsə ona deyilər: Cənnətin hansı qapısından istəyirsənsə daxil ol!»702. Qadının öz ərinə itaət etməsi fərzdir. Buna görə də qadına vacibdir ki. ərinə itaət etsin, onu razı salsın və güzəştə gedən də qadın olmalıdır. Elə etməməlidir ki, kişi itaət etsin və kişi zəlil olsun. Əgər kişi zəlil olarsa bunun fəsadları böyükdür. Qadın elə bir məzluqdur ki, onun üzərində daima kimsə durmalıdır, onun üərində ixtiyar sahibi olmalıdır. Allahın əmr etdiyi formada onu ədəbləndirsin. Qadın ərinə itaət etsə və evdə ixtiyar sahibi kişi olarsa xoş aqibət onların hər ikisi üçün də olar. «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir». (ər-Rum 21). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sevdiyiniz və çox doğan qadınlarla evlənin ki, Qiyamət günü mən ümmətimlə iftixar edəcəyəm»703. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizin ən xeyirliniz ailəsinə qarşı ən yaxşı rəftar edəninizdir. Mən ailəmə (qarşı gözəl rəftar etməkdə) ən xeyirlinizəm»704. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Vida xütbəsində buyurdu: «Qadınlarınızla yaxşı davranın. Çünki onlar sizin köməkçilərinizdir. Əlinizdə bundan başqa bir haqq yoxdur. Lakin açıq bir pis iş etmələri müstəsnadır. Əgər belə bir hərəkət edərlərsə yatağınızı ayırın, xəfifcə döyün. Lakin sizə itaət edərlərsə onlara pislik etmək üçün yollar axtarmayın. Yaxşı bilin ki, sizin qadınlarınızın üzərində, qadınlarınızın da sizin üzərində haqları vardır. Sizin onlar üzərində haqınız xoşlamadığınız kimsələri evinizə daxil etməmələridir. Onların sizin üzərinizdə haqları onlarla – yeyəcəkləri və geyinəcəklərini – almanız və onlara yumşaqlıq göstərməyinizdir»705. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç bir mömin kişi, mömin bir qadına nifrət etməsin. Çünki bir əxlaqını bəyənməzsə, digər əxlaqını bəyənir»706. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminlərin ən xeyirlisi xanımı ilə xeyirli olanıdır»707. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Harada olursansa ol, ərinin haqqını ver. Çünki o, sənin həm Cənnətin, həm də Cəhənnəmindir»708. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qadınla diqqətli olun. Onlar qabırğadan yaradılıblar. Qabırğanın əyri tərəfi yuxarı hissəsidir. Düzəltmək istəsəniz sındırarsınız. Düzəltməsəniz əyilməkdə davam edəcəkdir. Onlara qarşı diqqətli olun»709. Əli - radıyallahu anhu – deyir ki: «Allah cihadı həm kişilər, həm də qadınlar üçün vacib edib. Kişilərin cihadı Allah yolunda ölüm hədinə qədər can və mallarını fəda etməkdirsə, qadınların cihadı ərinə yaxşı qulluq etməkdir»710. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uca Allah ərinə minnətdar olmayan qadına tərəf baxmaz»711. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən ən xeyirli qadın haqqında soruşduqda o, buyurdu: «Ən xeyirli o, qadındır ki, əri ona nəzər saldıqda sevinsin, əmr etdikdə itaət etsin, ərinin xoşuna gəlməyən işləri görməklə və onun malını lazımsız yerə xərcləməklə ona asi olmasın»712. Əbu Ərinə əs-Sədəfi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qadınlarınızın ən xeyirlisi ərini sevən, ondan dünyaya uşaq gətirən, ona gözəl təsəlli verən, Allahdan qorxan qadındır. Onların ən xeyirsizi isə əxlaqsız geyinən və xülyalara dalandır»713.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin