SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə155/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   151   152   153   154   155   156   157   158   ...   330
QADININ ƏRİNƏ OLAN İTAƏTSİZLİYİ

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ər öz yoldaşını yatağa dəvət etdiyi halda qadın itaətsizlik edib gəlməzsə və əri bundan qəzəbli yatarsa mələklər səhərə qədər o, qadını lənətlyərlər (Başqa rəvayətdə: Qadın yatağa qayıdana qədər, əri onu bağışlayana qədər)»714. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, qadın ərinin haqqını ödəmədikcə, Rəbbinin haqqını ödəmiş olmaz. Ər öz yoldaşını yatağa dəvət etdiyi halda arvad dəvə üstündə olsa da belə, yerə enib ərinin bu istəyinə cavab verməlidir»715. Qadınların əksəriyyəti əri ilə öz arasında bir anlaşılmazlıq baş verdikdə onu özü ilə birgə olma haqqından məhrum edərək zənn edir ki, ərini cəzalandırır. Halbuki bu məhrumiyyət ərinin harama (zinaya) vadar olması kimi pis nəticəyə yol aça bilər. Bəlkə də işlər qadının əleyhinə olar və ər onun üstünə ikinci bir qadınla evlənmək haqqında düşünməyə başlayar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qadın ərinə dünyada ikən əziyyət verdikdə o, kişi üçün Cənnətdə hazırlanmış Hurisi belə deyər: Ey qadın! Allah səni zəlil etsin. O, sənin yanında müsafirdir. Bəlkə də bu yaxında səndən ayrılaraq bizim yanımıza gələcəkdir (ona əziyyət vermə) deyərlər716. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç nəfərin namazı qulaqlarından yuxarı qalxmaz. Ağasından qaçan qulun namazı qayıdana qədər, qadının namazı hansı ki, əri qəzəbli halda gecəni keçirdib və xalqın nifrət etdiyi hakimin namazı»717. Amr b. As - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə səfərlərin birində idik o: «Sizlər nə görürsünüz» deyə buyurdu. Biz: «Qırmızı dimdikli, ayağında ağ ləkələr olan qara qarığa görürük» deyə cavab verdik. Peyğəmbər: «Əgər qadın bu qarığaya oxşamasa Cənnətə girməz»718.

Bu itaətin nə qədər mühüm olduğunu - Abdullah b. Əbi Əfva – radıyallahu anhu – rəvayət edir ki, Muaz – radıyallahu anhu – Şamdan gəldiyi zaman Peyğəmbər - səllallahu aleyhi və səlləm – ə səcdə etdi. Allah Rəsulu: «Bu nədir, ey Muaz!» deyə buyurdu. Muaz: «Mən Şamda olarkən onların Rahiblərinə və Patriklərinə səcdə etdiklərini gördüm və daxilimdən bu hərəkəti sizin üçün də etmək fikrinə düşdüm» deyə cavab verdi. Peyğəmbər: «Əgər mən Allahdan başqa səcdə etməyi hər hansı bir kimsəyə əmr verməli olsaydım, qadının öz ərinə səcdə etməsini emr verərdim. Məhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, qadın ərinin haqqını ödəyincəyə qədər Rəbbinin haqqını ödəmiş olmaz. Hətta qadın dəvənin belindəki palanın üstündə oturmuş olsa belə, əri onu istədikdə ərinin istəyinə mane olmamalıdır»719.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin