SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə189/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   185   186   187   188   189   190   191   192   ...   330
MUSİQİ İKİ NÖVDÜR:

1. HARAM OLAN MUSİQİ Bura qadınların və kişilərin musiqi alətlərindən istifadə edərək oxumaları və bu mahnının sözlərində dinə zidd olan şirk, küfr, boş və faydasız sözləri istifadə etmələri, qadınların kişilərin məclisində oxumaları, məşhur olana qədər mahnı ilə çox məşğul olmaq, mahnı oxumaq müqabilində pul almaq, pis əməllərə çağıran kimsələrin mahnılarını oxumaq, musiqi alətini dinləmək, musiqi alətlərinə sahib olmaq hər yerdə və hər zamanda, musiqi alətlərinin ticarətini etmək və onu qazanc mənbəyi etmək, musiqi alətlərinin və kassetlərinin satılması və alınması və bunun üçün dükan kirayə götürmək və s. icma ilə haramdır. Bunların hamısı qulu Allahı zikr etməkdən, insanın yaradılış məqsədi olan Allaha ibadətdən, itaətdən təmamilə uzaqlaşdırır.

Mahnı və musiqi qəlblərin sərtləşməsində, xəstələnməsində, Rəhmanın kəlamını dinləməkdən çəkinməkdə, ayə və zikrlərdən təsirlənməməkdə ən böyük səbəbdir. Musiqi qəlbin imandan kasad olmasında, Rəhmanın yolundan uzaqlaşmaqda və şeytanın yoluna düşməkdə və sonun pis qurtar-masına səbəbdir. Musiqi namazın ziddidir. Çünki namaz pis və çirkin əməlləri qadağan edər. Musiqi isə onları əmr edər. Musiqi bəzi kimsələrdə nifaq, bəzi kimsələrdə inadkarlıq, bəzi kimsələrdə yalançılıq, bəzi kimsələrdə isə günahkarlıq izlərini buraxar. Ən ağır buraxdığı izlər isə surətlərə (şəkillərə) aşiq olmaq və iyrənc şeyləri bəyənməkdir. Musiqiyə qulaq asan kimsənin qəlbindən Quranın ləzzəti alınar. Artıq Quran qəlbə ağır gələr, Quranı dinləməyə istəksiz olar və bu da nifaqdan bir parçadır. İbn Məsud – radıyallahu anhu – deyir ki: «Yağış bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir»851.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin