MUSİQİ BARƏSİNDƏ QURANİ KƏRİMDƏ KEÇƏN AYƏLƏR - «İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək (sapdırmaq) və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar. Məhz belələrini rüsvayedici bir əzab gözləyir». (Loğman 6). İbn Məsud – radıyallahu anhu – dan ayədə keçən LƏHVƏL HƏDİSİN(mənasız, oyun-oyuncaq sözlərin) nə olduğu soruşulduqda o: «Allaha and olsun ki, bu musiqidir» deyib sözünü üç dəfə təkrar etdi852. İbn Abbas – radıyallahu anhu – deyir ki: «Ayə musiqi və bənzəri olan şeylər haqqında nazil olmuşdur»853. İkrimə – rahmətullahi aleyhi - deyir ki: «LƏHVƏL HƏDİSİN –Musiqidir»854. İbn Ömər və Cabir b. Abdullah – radıyallahu anhum – rəvayət edirlər ki: «Bunlar səhabələrin böyüklərindən olan dörd kişidir ki, qəti olaraq LƏHVƏL HƏDİSİN (mənasız, oyun-oyuncaq sözlərin) musiqi olduğu görüşündədirlər. Səhabənin təfsirinin mötəbər olduğu üsulda qəbul edilən şeylərdəndir. Səhabələr hər hansı bir təfsirdə icma edərlərsə, onların icması dəlil olur. Səhabə və tabiin LƏHVƏL HƏDİSİN (mənasız, oyun-oyuncaq sözlərin) təfsirinin Musiqi olduğunda icma etmişlər. Bu görüşdə olduqlarını bildirən bəzi Tabiinlər: Mucahid, İkrimə, Məhkul, İbrahim ən-Nəhai, Ata əl-Xorasani, Həsənul Bəsri, Said b. Cubeyr, Qatadə b. Dəamə, Meymun b. Mihran, Həbib b. Əbi Sabit, Amr b. Şueyb, Said b. Museyyib, Abdulməlik b. Cureyh – Allah onlara rəhmət etsin – bu ayədəki LƏHVƏL HƏDİSİN (mənasız, oyun-oyuncaq sözlərin) musiqi deyə təfsir etmişlər. əl-Albani – rahmətullahi aleyhi – «İslam Fiqhində Çalğı Alətləri» kitabında deyir ki: «SAPDIRMAQ –sözünün əvvəlində yer alan LƏM hərfini əl-Vahidi – rahmətullahi aleyhi - öz təfsirində belə açıqlayır: Aqibət «Ləm»-idir. Yəni belə bir kimsənin sonda varacağı yer sapmaqdır. İbnul Covzi – rahmətullahi aleyhi - «Zadul Məsir» 6/317 deyir ki: «LƏM» – illət (səbəb bildirmək) üçün deyildir». İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: «Bunu belə açıqlaya bilərik – Musiqi və çalğı alətlərini dinləməyə həvəs göstərən bir kimsədə mütləq elm və əməl etibarıyla hidayət yolundan bir miqdar sapma vardır. Quranı dinləməkdən bir az üz çevirib, musiqi dinləməyə yönəlməkdir. Belə ki, əgər eyni anda musiqi dinləmək ilə Quranı dinləmək ilə qarşı qarşıya qalarsa onu buraxıb musiqiyə yönələr. Quranı dinləmək isə ona ağır gələr. Hətta Quran oxuyanı susdurmaq həddinə də çata bilər və Quran oxuyanın oxumasının uzun olduğunu gördükdə musiqinin daha da davam etməsini istər». İbn Məsud – radıyallahu anhu – deyir ki: «Yağış bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir»855. İbn Abbas – radıyallahu anhu – deyir ki: «Dəf haramdır, çalğı alətləri haramdır, qaval (davul) haramdır, zurna haramdır»856.