SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə203/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   199   200   201   202   203   204   205   206   ...   330
PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm NƏYİ DİNLƏYƏRDİ? Bu ümmətin nümunəsi Peyğəmbər - səllallahu aleyhi və səlləm – Allahın kəlamı olan Qurani Kərimi dinləyərdi. Qəlbi onunla rahatlanar, hüzn tapar və gözləri onunla yaşarardı. «Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar! (rahat olar)». (ər-Rəd 28). «Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik…». (əl-İsra 82). İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – mənə buyurdu: «Ey İbn Məsud! Mənə Quran oxu» dedi. Mən: «Ya Rəsulullah! Quran sizə nazil olduğu zaman mən sizə Quran oxuyacağam?» dedi. Peyğəmbər: «Mən onu başqasından dinləməyi daha çox sevirəm» deyə buyurdu. Mən də ən-Nisa surəsini oxumağa başladım. Nəhayət: Hər ümmətdən şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin) halları nə cür olacaqdır». (ən-Nisa 41). Ayəsinə çatmışdım ki, Peyğəmbər: «Bu qədər kifayətdi» deyə buyurdu. Mən ona tərəf çöndükdə gördüm ki, gözləri yaşla dolub969. Bir gün Rəslullah - səllallahu aleyhi və səlləm – məscidin yanından keçərkən Əbu Musa əl-Əşari - radıyallahu anhu – nun Quran oxuduğunu eşidir, dayanıb ona qulaq asmağa başlayır. Səhəri Rəsulullah - səllallahu aleyhi və səlləm – Ona: «Dünən görsəydin, mən sənin qiraətinə qulaq asırdım...» deyə buyurdu. Əbu Musa: «Ya Rəsulallah, bilsəydim ki, mənə qulaq asırdın, (qiraətimi) Sənin üçün daha gözəl edərdim». «Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır)». (əl-Hicr 59). «Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər)». (ər-Rəd 31). «(Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!». (əl-Mursələt 50). Həsin b. AbdurRahman deyir ki, Əbu Bəkr - radıyallahu anhu – nun qızı Əsmə - radıyallahu anhə – dən soruşdum: «Quran oxuyarkən Rəsulullah - səllallahu aleyhi və səlləm – in səhabələri və Əhli Beyti nə edərdi?». O: «Allahın Quranda buyurduğu kimi idilər. Gözlərindən yaş axar və vücudları titrəyərdi» deyə cavab verdi. Ona: «Bizdə Quran oxuyan zaman özlərindən gedən kimsələr var» dedim. Əsmə: «Şeytandan Allaha sığınıram» dedi.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin