SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə204/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   200   201   202   203   204   205   206   207   ...   330
SAQQALIN QIRXILMASI

Bilindiyi kimi bu gün çox müsəlmanlar saqqal qırxmaq xəstəliyinə tutulmuşlar. İslam ümmətinin tarixində belə bir şey görünməmiş, müsəlmanların hidayət imamlarından saqqalını qırxan bir fərd də belə yoxdur. Bu sapıq adət bizə qeyri müsəlman ölkələrindən və ya aramızdan onların ölkələrinə gedib, saleh keçmişlərinin yolundan üz çevirərək özlərini təmamən onlara bənzədən, özlərinə möminlərin yolundan başqa yollar seçən kimsələr vasitəsiylə gətrilmişdir. «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir». (əl-Həşr 7). İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: «Sizə nə əmr edirsə onu yerinə yetirin və sizə hər nəyi qadağan edərsə ondan uzaq durun. Çünki o, ancaq xeyirli olanı əmr edir və ancaq şər olanı qadağan edir». «Hər kəs özünə doğru yol aşkar olduqdan sonra Peyğəmbərlərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115). «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allah və onun Peyğəmbərinə asi olan şəxs şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır». (əl-Əhzab 36). «Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağrıldıqları zaman möminlərin sözü ancaq eşitdik və itaət etdik deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır». (ən-Nur 51).



SAQQAL - Bığdan başqa, çənə, iki çənə sümüyünün altı, iki yanaq və boyunun iki yanında bitən üz tükləri saqqal adlanır. Saqqal saxlamaq hər bir həddi buluğa çatan müsəlman kişi üçün fərzdir. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bığlarınızı qısaldın və saqqalarınızı uzadın (buraxın)»970.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin